Məhkəmə qərarları › İş №2(035)-65/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-65/2024

09.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-65/2024 09.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “himayəyə verilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: himayəyə verilməsi tələbi) X12 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X13 və Maraqlı şəxs qarşı “himayəyə verilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər X13 və Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək nəvəsi 18 oktyabr 2009-cu il təvəllüdlü X7 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1989-cu il təvəllüdlü qızı X8 və X6 birgə nikahlarından olan övladları xx.xx.2009-cu il təvəllüdlü X4 yaşlarından onun himayəsindədir. Qızının nikahı pozulduqdan sonra uşağın atası digər bir xanımla ailə qurmuş və hazırda iki qızı var. Qızı ilə Rəşad Cəfərov uşağın üç yaşı olanda nikahları pozulmuşdur. Uşaq doğulduğu gündən uşağı özü saxlamış, hazırda da özünün himayəsindədir. Qızı məhkumluğu ilə əlaqədar uşağa baxa bilmir, nəzarət, analıq edə bilmir. Ayan uşaq olduğundan öz hüquq və vəzifələrini müstəqill həyata keçirə bilmir. Himayəsində olduğu anası isə cəza çəkmə müəssisəsində cəza çəkir. Ayanın atası Rəşad Cəfərov onun Ayana baxmağına, himayəsinə götürməsinə etiraz etmir, lakin bununla bağlı rəsmi razılığı yoxdur. Ayan faktiki olaraq onun himayəsində olsa da, rəsmi olaraq onun himayəsində olmadığı üçün Ayanı ayrı-ayrı idarə və təşkilatlarda təmsil edə bilmir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş (maraqlı şəxs X14 ilə telefon əlaqəsi yaradılaraq, onun mülahizəsi öyrənilmiş, sonuncu qızı xx.xx.2009-cu il təvəllüdlü X7 nənəsi Ərizəçi himayəsinə verilməsinə etiraz etmədiyini bildirmişdir) və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs X14 və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını münkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, qızı X1 Rəşad Ağəli oğlu ilə ailə qurmuş, onların birgə nikahlarından bir uşaqları xx.xx.2009-cu il təvəllüdlü X16 doğulmuşdur. Ayanın üç yaşı olanda qızı Sahilə ilə Rəşad Cəfərov boşanmış, Ayan Sahilənin himayəsində qalmışdır. Hazırda qızı Sahilə Məmmədova çəzaçəkmə müəssisəsində cəza çəkir. Nəvəsi Ayan isə özünün yanında qalır və Şahhüseynli kənd tam orta məktəbində təhsil alır, Ayana özü baxır. Ayan uşaq olduğundan öz hüquq və vəzifələrini müstəqill həyata keçirə bilmir. Ayan faktiki olaraq onun himayəsində olsa da, rəsmi olaraq onun himayəsində olmadığı üçün Ayanın ayrı-ayrı idarə və təşkilatlarda təmsil edə bilmir. Ayanın atası X10 yanında qalmasına etiraz etmir. Lakin buna dair rəsmi sənədi yoxdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilərək nəvəsi xx.xx.2009-cu il təvəllüdlü X7 onun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında fikiri dinlənilən xx.xx.2009-cu il təvəllüdlü X16 bildirmişdir ki, 15 yaşı var. X2 hazırda cəza çəkmə müəssisəsində cəza çəkir. Özü nənəsi Ərizəçi yanında Zərdab rayonunun Şahhüseynli kəndində yaşayır və həmin kəndin tam orta məktəbin 8-ci sinifində təhsil alır. Nənəsi ona baxır, qayğısına qalır, ona görə də nənəsinin yanında qalmaq istəyir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin sahibi xx.xx.2009-cu il təvəllüdlü X7 atası qrafasında atası kimi X13, anası qrafasında anası kimi X9 yazılmışdır. İşdə olan Zərdab rayon Şahhüseynli kənd Soveti tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin sahibi X5 anası qrafasında anası kimi Ərizəçi yazılmışdır. İşdə olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Elgiz İsmailov tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ünvanında yerləşən. Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən , xx.xx.1989-cu il təvəllüdlü, məhkum X8 bu etibarnaməni verərək, həmin etibarnamə ilə xx.xx.2009-cu il təvəllüdlü qızı X17 üzərində qəyyumluğa dair bütün hüquqi hərəkətlərin aparılmasını, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi, işləri aparmağı, sənəd almağı, sənəd verməyi, imza etməyi, anası Ərizəçi etibar etmişdir. İşdə olan Zərdab rayon İHB-nin Şahhüseynli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 45 saylı arayışdan görünür ki, Zərdab rayonu Şahhüseynli kənd sakini Ərizəçi qız nəvəsi xx.xx.2009-cu il təvəllüdlü X3 Məmmədovanın himayəsindədir, Şahhüseynli kənd tam orta məktəbin Vİİİ sinifində təhsil alır və hal hazırda Şahhüseynli kəndində yaşayır. İşdə olan Maraqlı şəxssı tərəfindən xx.xx.2024-cü il tarixli, 5-84-7/2-01/2024 saylı məktubla məhkəməyə göndərilən rəydən görünür ki, komissiya azyaşlı uşağın qanunla qorunan hüquq və mənafelərini nəzərə alaraq, xx.xx.2009-cu il təvəllüdlü X7 nənəsi Ərizəçi himayəsində saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlığının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 63.2-ci maddəsinə görə məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. 136.2-ci maddəsinə görə qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 33.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçinin qızı X8 maraqlı şəxs X13 ilə ailə qurmuş, onların birgə nikahlarından bir uşaqları xx.xx.2009-cu il təvəllüdlü X16 doğulmuşdur. Sahilə Məmmədova ilə Rəşad Cəfərov arasında olan nikah pozulmuş, uşaqları X24 Məmmədovanın (ananın) yanında qalmışdır. Hazırda xx.xx.2009-cu il təvəllüdlü X7 X2 Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Ayan Cəfərli nənəsi, hazırki Ərizəçi yanında qalır və Zərdab rayonunun Şahhüseynli kənd tam orta məktəbində təhsil alır. Ayana ərizəçi (nənəsi) baxır, qayğısına qalır. Məhkəmə iclasında fikiri dinlənilən X17 nənəsinin himayəsində qaldığını və bundan sonra da nənəsinin himayəsində qalmaq istədiyini bildirmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına və sadalanan qanunvericilik normalarının müddəalarına əsasən belə nəticəyə gəlir ki, xx.xx.2009-cu il təvəllüdlü X7 maraqlarının daha yaxşı qorunması və təmsil olunması üçün onun nənəsinin-hazırkı ərizəçinin himayəsində olması məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X16 Ərizəçi (nənənin) himayəsinə verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar