Məhkəmə qərarları › İş №2(035)-685/2024

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-685/2024

26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-685/2024 26.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən olunması tələbi”nə dair ərizəsinə 26 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X2 xx.xx.1945-ci il tarixdə doğulması faktının müəyyən olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizədən görünür ki, iddia ərizəsinin prosessual forma və məzmununa riayət edilməmiş, yəni iddia ərizəsi məhkəməyə bir nüsxədən ibarət göndərilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki ərizəçi mərhum həyat yoldaşının doğum faktının müəyyən olunmasını xahiş etsədə lakin buna subyektiv hüququ yoxdur. Eyni zamanda ərizəçi müvafiq sənədləşmə işlərinin aparılması məqsədilə doğum faktının müəyyən olunmasını xahiş etsədə məhkəmə hesab edir ki,X2 ölüm haqqında şəhadətnaməsinin olması vərəsəlik və s işlərin aparılması üçün əsasdır Azərbaycan Respublikası MPM-nin 150.0.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin surəti məhkəməyə cavabdehlərin sayına görə göndərilməlidir. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi məhkəməyə bir nüsxədən ibarət göndərilmişdir Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq Ərizəçi qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ərizə maraqlı şəxsə çatacaq sayda əlavə edilmədiyi və eyni zamanda ərizəçinin sözügedən tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığı üçün ərizə geri qaytarılmalıdır. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Beləliklə. məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən olunması tələbinə” dair ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq Ərizəçi geri qaytarılsın Qərardaddan 10 gün müddətində Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar