Məhkəmə qərarları › İş №2(035)-740/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-740/2024

04.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-740/2024 04.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 04 dekabr 2024-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 6,86 ha torpaq sahəsindən onun payına düşən 1,0 ha hissəsindən çıxarılmasına və dövlət rüsumuna görə ödədiyi 100 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıya və onn ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşaoba kəndi ərazisində 6.86 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışlar verilmişdir. İddiaçı cavabdehə xx.xx.2014-cü ildən, xx.xx.2064-cü ilədək Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 6,86 ha torpaq sahəsindən onun payına düşən 1,0 ha hissəsini idarə etməyi, istifadə etməyi, alqı-satqı müqaviləsini imzalamağı, adından ərizə verməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. lakin, səhhətində yaranmış problemlərlə bağlı həmin torpaq sahəsinə ehtiyacı olduğu üçün, iddiaçı etibarnamənin ləğv edilməsini və cavabdehin ona məxsus olan 1,0 ha torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşaoba kəndi ərazisində 6.86 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışlar verilmişdir. Onun səhəti ilə bağlı çoxlu problemlər yaranmışdır. Həkimlər ona məsəhət bilmişlər ki, əməliyyat olunmalıdır. Onun pula ehtiyacı vardır. O, isə cavabdehə bildirmişdir ki, ona köməklik etsin. Lakin, cavabdeh isə ona heçbir köməklik etmək istəməmişdir. Odur ki, o, iddiaçıya, özünə məxsus torpaq sasindən çıxmasını xahiş edərək bildirmişdir ki, torpaq sahəsini satsın və əməliyyat olunması üçün pulunu ödəsin. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun keçmiş qonşusudur. İddiaçı hazırda ailə qurub Zərdab rayonu Təzəkənd kəndində yaşayır. Onun tərəfindən iddiaçıya həmişə köməklik edilmişdir. Belə ki, cavabdeh müalicə xərci üçün ondan həmişə borc pul alaraq, sonra isə vaxtında qaytarmışdır. xx.xx.2014-cü ildə isə iddiaçı ona müraciət edərək müalicəsinə görə pul lazım olduğu üçün onların mülkiyyətində olan Zərdab rayonu Qoşaba kəndi ərazisində olan 6.86 ha çöl pay torpaq sahəsindən, özünə məxsus 1.00 ha hissəsini 1000 manat müqabilində satmaq istədiyini bildirmişdir. İddiaçı və onun ailə üzvülərinə məxsus Çıxarışlarda iddiaçının adı təkrarən, yəni Fidanın adı iki dəfə yazıldığı üçün onlar alqı-satqı edə bilməmişlər. Odur ki, onlar öz aralarında razılaşmışlar ki, xx.xx.2014-cü ildən, xx.xx.2064-cü ilədək Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 6,86 ha torpaq sahəsindən iddiaçının payına düşən 1,0 ha hissəsini idarə etməyi, istifadə etməyi, alqı-satqı müqaviləsini imzalamağı, adından ərizə verməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi ona etibar etmişdir. İddiaçı ona yenidən müraciət edərərk pul istəmişdir. Lakin, o, iddiaçıya bildirmişdir ki, maddi durumu, ailə vəziyyəti və imkanı ağır olduğu üçün ona heç-bir köməklik edə biməyəcəkdir. Həmin günü axşamı iddiaçı onun arvadına zəng edərək bildirmişdir ki, ona məxsus torpaq sahəsindən çıxsınlar. O, isə iddiaçıya bildirmişdir ki, sözügedən torpaq asahəsindən çıxmayacaqdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışların surətindən görünür ki, İddiaçı və onların ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşaba kənd ərazisindən 6.89 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli “Elektron notoriat” X1 Çıxarışının surətindən görünür ki, İddiaçı, Cavabdeh xx.xx.2014-cü ildən, xx.xx.2064-cü ilədək Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 6,86 ha torpaq sahəsindən payına düşən 1,0 ha hissəsini idarə etməyi, istifadə etməyi, alqı-satqı müqaviləsini imzalamağı, adından ərizə verməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. “Mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanunun normaları imperativ qaydada olmaqla mülkiyyətçilərin hüquqlarını digər şəxslərin özbaşnalığından qorumaq məqsədi daşıyır. Göründüyü kimi, mülkiyyət qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi umumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıya və onn ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşaoba kəndi ərazisində 6.86 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışlar verilmişdir. İddiaçı cavabdehə xx.xx.2014-cü ildən, xx.xx.2064-cü ilədək Zərdab rayonunun Qoşaoba kəndində yerləşən 6,86 ha torpaq sahəsindən onun payına düşən 1,0 ha hissəsini idarə etməyi, istifadə etməyi, alqı-satqı müqaviləsini imzalamağı, adından ərizə verməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışlara, iş matereallarına əlavə olunmuş “Elektron notariat” X1 Çıxarışına və işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı iddianın əsaslı və qanuni olmasını məhkəmə iclasında sübüta yetirə bilməmiş və iddianın təmin edilməsi üçün məhkəməyə hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar