Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-751/2024 18.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 18 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən şifahi razılaşma əsasında cavabdehlə, eləcə də digər şəxslərin arasında oynanılmış lotoreya oyunu üzrə ona ödənilməli olan 530 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 560 manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi tanıdığı üçün onların arasında müəyyən münasibətləri olmuşdur. Belə ki, 2022-ci ildə ondan başqa digər bir neçə şəxslər olmaqla öz aralarında hər günü 20 manatdan olmaqla «lotoreya» oyununa başlamışlar. Nəzərdə tutulmuş pul məbləği toplanmaqla hər dəfə bir şəxsə verilmişdir. Növbə ona çatdıqda, yəni 2022-ci ilin sentyabr ayında cavabdeh oyunun digər iştirakçıları kimi pulu ona cəm olaraq verməli olduğu halda, ona çatacaq pulu qısa müddət ərzində verəcəyinə söz vermişdir. Lakin, cavabdeh iddiaçıya olan borcundan verdiyi sözünə və şifahi razılaşmanın şərtlərinə əməl etməyərək, hər dəfə müxtəlif bəhanələr gətirməklə hazırki vaxta kimi 530 manat pulu geri qaytarmamışdır. Cavabdeh keçən müddət ərzində borclu olduğu 530 manat pulu ödəmədiyindən iddiaçı belə nəticəyə gəldimişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyildir. İddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə cavabdehin iddiaçıya 530 manat borcu yaranmışdır. Ona görə də hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək iddianın rədd edilməsini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehi tanıdığı üçün onların arasında müəyyən münasibətləri olmuşdur. Belə ki, 2022ci ildə o, anası Səməni Qurbanova və digər bir neçə şəxslər olmaqla öz aralarında hər günü 20 manatdan olmaqla «lotoreya» oyununa başlamışlar. Nəzərdə tutulmuş pul məbləği toplanmaqla hər dəfə bir şəxsə verilmişdir. Növbə ona çatdıqda, yəni 2022-ci ilin sentyabr ayında oyunun digər iştirakçıları kimi cavabdeh pulu ona cəm olaraq verməli olduğu halda, ona çatacaq pulu qısa müddət ərzində verəcəyinə söz versədə, lakin, verdiyi sözünə və şifahi razılaşmanın şərtlərinə əməl etməyərək, hər dəfə müxtəlif bəhanələr gətirməklə hazırki vaxta kimi 530 manat borcunu verməmişdir. Onun tərəfindən cavabdehə borcla bağlı çoxlu sayda zənglər edib iradlarını bildirmək istədikdə, cavabdeh ona borclu olduğunu etiraf etsədə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh keçən müddət ərzində borclu olduğı 530 manat pulu ödəmədiyindən belə nəticəyə gəlmişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında göstərmişdir ki, iddiaçı onun oğludur. Cavabdeh isə onların qonşusudur. 2022-ci ildə oğlu ona bildirmişdir ki, ondan başqa digər bir neçə şəxslər olmaqla öz aralarında hər günü 20 manatdan olmaqla «lotoreya» oynamaq istəyirlər. Bu məqsədlə iddiaçıda oda həmin qrupa qoşulmaqla bir neçə şəxslər olmaqla öz aralarında hər günü 20 manatdan olmaqla «lotoreya» oynamağa razılaşmışlar. Pulu götürmək üçün növbə ilə axrıncı olaraq oğlunun, yəni iddiaçının növbəsi olmuşdur. Lakin, iddiaçının növbəsinin çatmasına baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu verməmək üçün vaxtı uzatmışdır. Oda oğlu ilə birlikdə cavabdehin yaşadığı ünvanına pulu almaq üçün getmişdir. Cavabdeh isə onlara bildirmişdir ki, maşını təmir etdikdən sonra taksi sürücüsü kimi fəaliyyət göstərərək borcunu tezliklə qaytaracaqdır. Lakin, cavabdeh verdiyi sözə əməl etməyərək iddiaçıya olan borcunu bu günədək qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında göstərmişdir ki, iddiaçı onun oğludur. Cavabdeh isə onların qonşusudur. Bir ata olaraq iddiaçı ona bildirmişdir ki, ondan başqa digər bir neçə şəxslər olmaqla öz aralarında hər günü 20 manatdan olmaqla «lotoreya» oynamaq istəyirlər. Bu məqsədlə iddiaçı, onun həyat yoldaşı Səməni və bir neçə şəxslər olmaqla öz aralarında hər günü 20 manatdan olmaqla «lotoreya» oynamağa başlamışlar. Pulu götürmək üçün axırıncı iddiaçının növbəsi olmuşdur. Lakin, iddiaçının növbəsi çatmasına baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu verməmək üçün vaxtı uzatmışdır. Hətta cavabdehin valideynləridə ona zəng edərək pulu qaytarmaq üçün iddiaçının vaxt verməsini ondan xahiş etmişlər. Cavabdeh isə onlara maşını təmir etdikdən sonra taksi sürücüsü kimi fəaliyyət göstərərək hər gün pul toplayaraq iddiaçıya olan borcunu bir aya qaytaracağına vəd vermişdir. Lakin, cavabdeh iddiaçıya olan borcunu qaytaracağına söz versədə, bu günədək qaytarmamışdır. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş matereallarına əlavə olunmuş DİSK-dəki səs yazısından görünür ki, tərəflər arasında olan səs yazısında cavabdehin iddiaçıya 500 manat məbləğində pul borcu olması öz təstiqini tapmışdır. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə, miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1083.1-ci maddəsinə əsasən oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. 1083.2.1- ci maddəsinə əsasən oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi oyun və mərc kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının və şahidlərin izahatından və iş materiallarından müəyyən olundu ki, 2022-ci ildə iddiaçı, iddiaçının anası, cavabdeh və başqa digər bir neçə şəxslər olmaqla öz aralarında hər günü 20 manatdan olmaqla «lotoreya» oynamaq üçün razılaşmışlar. Nəzərdə tutulmuş pul məbləği toplanmaqla hər dəfə bir şəxsə verilmişdir. Növbə iddiaçıya çatdıqda, yəni 2022-ci ilin sentyabr ayında, cavabdeh oyunun digər iştirakçıları kimi pulu iddiaçıya cəm olaraq verməli olduğu halda, cavabdeh iddiaçıya çatacaq pulu qısa müddət ərzində verəcəyinə vəd versədə, verdiyi sözünə və şifahi razılaşmanın şərtlərinə əməl etməyərək, hər dəfə müxtəlif bəhanələr gətirməklə hazırki vaxta kimi 500 manat pulu geri qaytarmamışdır. İddiaçı iddia ərizəsində tələbinin 530 manat olmasını bildirsədə, işə əlavə edilmiş diskdəki səs yazısında bu qismən sübut olunmuş, yəni cavabdehin iddiaçıya 500 manat borclu olduğu məlum olmuşdur. Cavabdeh keçən müddət ərzində borclu olduğu pulu ödəmədiyindən iddiaçı belə nəticəyə gəldimişdir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyildir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş matereallarına əlavə edilmiş səs yazısına hüquqi qiymət verərərk hesab edir ki, qeyd olunan məlumatlar səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və sair) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özüözlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki bu şəxsin şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu Azərbaycan Respublikasının MPM-nin 76.3-cü maddəsindəki qadağanın məqsədi xaricindədir.Yəni sözü gedən disk sübut kimi qəbul olunmalıdır. Məhkəmə iddiaçının izahatına, işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq, həmçinin istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 530 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh yaranmış borca görə 500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 530 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-751/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-751/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver