Məhkəmə qərarları › İş №2(035)-881/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-881/2025

05.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-881/2025 05.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən olunması tələbinə” dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evə köçürülməklə həmin evdən istifadəsi hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, iddia ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə ünvan 1 ünvanında yerləşən evin atasına məxsus olmasına dair hər hansı bir sənəd əlavə etməmiş, onu təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməmişdir. Həmçinin iddia ərizəsindən göründüyü kimi İddiaçı iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində atası yəni Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında yerləşən evə köçürülməyinə və mənzildən istifadə qaydalarının müəyyən olunmasına maneə yaradılmadığını və etiraz edilmədiyini, həmin evə köçrülməsinə qardaşı Vüsal tərəfindən maneə yaradıldığını göstərdiyi halda iddianı atası Cavabdeh qarşı qaldırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən olunması tələbinə” dair iddia ərizəsi geri qaytarılmalı, İddiaçı ərizənin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunamlı, həmçinin iddia ərizəsi geri qaytarıldığından xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən olunması tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 50 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar