Məhkəmə qərarları › İş №2(035)-885/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-885/2024

27.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-885/2024 27.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Cehiz əşyaların çıxarılması tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehqarşı “cehiz əşyaların çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 27 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Zərdab rayonu, Dəkkəoba kəndində yerləşən fərdi yaşayış evinə gəlin gələrkən gətirdiyi cehiz əşyalarının məcburi olaraq onun yaşadığı evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh Nərmin ilə oğlu Sadiq xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin ailə münasibətləri pisləşdiyinə görə aralarındakı nikahları pozulmuşdur. 10 ildən çox müddətdir ki, tərərəflər ayrı yaşayırlar. Lakin, tərəflər ayrıldıqdan sonra, cavabdehin onun evinə gəlin köçərkən cehiz olaraq gətirdiyi əşyalar, onun yaşadığı evdə qalmışdır. Cehiz əşyalarının siyahısı olaraq, bir dəst mebel (taxt və 2 ədəd tumbası, şifaner), bir ədəd stol, iki dəst mitil, bir ədəd xalça, bir ədəd adyal, üç ədəd balış, bir ədəd doş stol, üç ədəd stul (yararsız), iki ədəd qarniz, bir ədəd şüşəli termo və xırdavari qab qacaq (5 ədəd boşqab, 10 ədəd stəkan) onun yaşadığı evdə qalmışdır. Onun tərəfindən cavabdehə dəfələrlə cehiz əşyaların çıxarılmasını xahiş etsədə, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, aparacağını söz versədə, bugünədək aparmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh ilə o, xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə münasibətləri pisləşdiyinə görə aralarındakı nikahları pozulmuşdur. Tərərəflər hazırda ayrı yaşayırlar. Lakin, ayrıldıqdan sonra, cavabdehin iddiaçının evinə gəlin köçərkən cehiz olaraq gətirdiyi bir dəst mebel (taxt və 2 ədəd tumbası, şifaner), bir ədəd stol, iki dəst mitil, bir ədəd xalça, bir ədəd adyal, üç ədəd balış, bir ədəd doş stol, üç ədəd stul (yararsız), iki ədəd qarniz, bir ədəd şüşəli termo və xırdavari qab qacaq (5 ədəd boşqab, 10 ədəd stəkan) əşyalar, iddiaçının yaşadığı evdə qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən özünə məxsus olan həmin cehiz əşyalarının çıxarılmasını tələb etsə də, cavabdeh cehiz əşyalarını aparmaqdan imtina etmiş və bu günədək özünə məxsus cehiz əşyalarını aparmamışdır. İddiaçı ilkin olaraq bu məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-00862 nömrəli “ilkin mediasiya sesiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, X4 ilkin olaraq mediasiya təşkilatına müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsas ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətindəər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrəəldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəməər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinəçatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından, araşdırılan iddia ərizəsindən və tədqiq edilən işin materiallarından müəyyən olundu ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh Nərmin ilə iddiaçının oğlu Sadiq xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin ailə münasibətləri pisləşdiyinə görə aralarındakı nikahları pozulmuşdur. 10 ildən çox müddətdir ki, tərərəflər ayrı yaşayırlar. Lakin, tərəflər ayrıldıqdan sonra, cavabdehin onun evinə gəlin köçərkən cehiz olaraq gətirdiyi əşyalar, onun yaşadığı evdə qalmışdır. Cehiz əşyalarının siyahısı olaraq, bir dəst mebel (taxt və 2 ədəd tumbası, şifaner), bir ədəd stol, iki dəst mitil, bir ədəd xalça, bir ədəd adyal, üç ədəd balış, bir ədəd doş stol, üç ədəd stul (yararsız), iki ədəd qarniz, bir ədəd şüşəli termo və xırdavari qab qacaq (5 ədəd boşqab, 10 ədəd stəkan) onun yaşadığı evdə qalmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə cehiz əşyaların çıxarılmasını xahiş etsədə, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, aparacağını söz versədə, bugünədək aparmamışdır. İddiaçı ilkin olaraq bu məsələnin həlli üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməməyi səbəbindən mübahisə öz həllini tapmamışdır. Ona görə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən Cavabdeh məxsus cehiz əşyalarının yerləşdiyi Zərdab rayon Dəkkəoba kəndində yerləşən fərdi yaşayış evində İddiaçı əmlakı olduğundan onun həmin əmlaka (evə) dair öz mülahizəsinə görə sahiblik, ondan istifadə hüququ vardır. Hazırda aralarında ümumiliyə əsas verən hal olmadığı və başqa yerdə yaşadığı halda cavabdehə məxsus iddia ərizəsində göstərilən cehiz əşyalarının iddiaçının iradəsinin ziddinə olaraq sonuncuya məxsus evdə qalması və cavabdehin həmin əşyaları oradan çıxartmaması iddiaçının öz əmlakından - yaşadığı evdən sərbəst istifadə və sahiblik hüququnu pozur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının öz evindən öz istədiyi kimi istifadə və sahiblik hüququna təminat verilməli və bu məqsədlə iddia tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürmüş olduğu dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları: bir dəst mebel (taxt və 2 ədəd tumbası, şifaner), bir ədəd stol, iki dəst mitil, bir ədəd xalça, bir ədəd adyal, üç ədəd balış, bir ədəd doş stol, üç ədəd stul (yararsız), iki ədəd qarniz, bir ədəd şüşəli termo və xırdavari qab qacaq (5 ədəd boşqab, 10 ədəd stəkan) iddiaçının yaşadığı Zərdab rayon Dəkkəoba kəndində yerləşən İddiaçı məxsus Zərdab rayon Dəkkəoba kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar