Məhkəmə qərarları › İş №2(035)-892/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-892/2024

23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-892/2024 23.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi) X20 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi maraqlı şəxs Zərdab Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum valideynlərindən miras qalmış Zərdab rayonu, Salahlı kəndində 1.01 ha pay torpaq sahəsi, 0.20 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 72 kv.m olan 1 mərtəbəli, 3 otaqlı evin onun tərəfindən miras əmlak kimi qəbul etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Zərdab rayonunun Salahlı kəndində anadan olmuşdur. X5 xx.xx.2002-ci ildə, atası X14 xx.xx.2014-cü ildə vəfat etmişdir. Valideynlərindən miras qalmış Zərdab rayonu, Salahlı kəndində 1.01. ha pay torpaq sahəsi, 0.20 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 72 kv.m olan 1 mərtəbəli, 3 otaqlı evi bu günə kimi özü istifadə edir. Həmin əmlakı qəbul etməyinə etiraz edə biləcək heç kim yoxdur. Valideynlərinin vəfatından, yəni miras açıldığı vaxtdan xeyli müddətdən artıq vaxt keçdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxs Zərdab rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, anası X19 30.08.202-ci ildə, atası X14 xx.xx.2014-cü ildə ölmüşdür. Valideynlərindən Zərdab rayonunun Salahlı kəndində 1.01. ha pay torpaq sahəsi, 0.20 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 72 kv.m olan 1 mərtəbəli, 3 otaqlı evi miras qalmışdır. Miras qoyanların, o da daxil olmaqla bacısı X7, qardaşları X11, X8, bacısı X1 ibarət 5 nəfər vərəsəsi vardır. Miras qalan əmlaklar onun tərəfindən faktiki olaraq miras kimi qəbul edilmişdir. Digər vərəsələr (bacıları və qardaşları) miras qalan əmlakları onun tərəfindən miras kimi qəbul etməsinə razıdırlar. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçün mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə prosesinin gedişində maraqlı şəxs qismində tanınaraq dindirilən X8 və X6 izahatlarında bildirmişlər ki, valideyinləri X14 və anasi X9 miras qalan əmlakların ərizəçi tərəfindən qəbul edilməsinə razıdırlar. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-0058 kod 90505028 olan Dövlət Aktından görünür ki, X14 və X13 Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 saylı qərarı ilə Zərdab rayonu Salahlı kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.01 ha torpaq sahəsi verilmişdir. İşdə olan Zərdab rayon İHB-nin Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 206 saylı arayışından görünür ki, Ərizəçi mərhum valideynlərinin Zərdab rayonu Salahlı kəndində 0.20 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 72 kv.m. olan 1 mərtəbəli, 3 otaqlı evi vardır. İşdə olan Zərdab rayon İHB-nin Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 160 saylı arayışından görünür ki, Ərizəçi mərhum atası X14 xx.xx.2014-cü il tarixdə vəfat edənədək Salahlı kəndində Ərizəçila birgə yaşamış və onun qızı X7, oğlu X11, X8, Ərizəçi (ərizəçi) və qızı X1 ibarət vərəsələri vardır. İşdə olan Gəlmə kənd XZDS tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi Ərizəçi atası qrafasında atası kimi X14, anası qrafasında anası kimi X18 yazılmışdır. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X3 atası qrafasında atası kimi X14, anası qrafasında anası kimi X18 yazılmışdır. İşdə olan Gəlmə kənd ZDS tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X4 atası qrafasında atası kimi X14, anası qrafasında anası kimi X18 yazılmışdır. İşdə olan Gəlmə kənd Soveti tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi X2 atası qrafasında atası kimi X14, anası qrafasında anası kimi X18 yazılmışdır. İşdə olan Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 və X10 arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsində nikah akt qeydləri kitabında 467 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Bədəlov, arvada Bədəlova soyadı verilmişdir. İşdə olan Zərdab rayon İHB-nin Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə təkrar verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2002-ci ildə ölmüşdür. İşdə olan Zərdab rayon İHB-nin Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə təkrar verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2014-cü ildə ölmüşdür. İşdə olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 (ərizəçinin qardaşı) xx.xx.2009-cu ildə ölmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-cü maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cü maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ərizəçinin valideynləri atası X14 və anası X15 məxsus Zərdab rayonu, Salahlı kəndində yerləşən 1.01. ha pay torpaq sahəsi, 0.20 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 72 kv.m olan 1 mərtəbəli, 3 otaqlı evi olmuşdur. X14 xx.xx.2014-cü il tarixdə, X18 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Miras qoyanlar sözügedən miras əmlakları heç kimə vəsiyyət etməmişlər. Miras qoyanın ərizəçi də daxil olmaqla 5 nəfər qanun üzrə birinci növbəli vərəsələri vardır. Vərəsələrdən hazırkı Ərizəçi sözügedən miras əmlakları faktiki qəbul etmişdir. Digər vərəsələr nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə mirası qəbul etməmişlər. Miras əmlaklar barəsində vərəsəlik işi açılmamışdır. Digər vərəsələr X7, X11 məhkəməyə teleqramlar göndərərək mərhum valideynlərindən qalmış miras əmlakların qardaşı Ərizəçi tərəfindən qəbul edilməsinə razı olduqlarını, gələcəkdə ona qarşı heç bir tələblərinin olmayacağını bildirmişlər. Miras əmlaklar barədə hər hansı bir mübahisə yoxdur. Lakin, mirasın açıldığı vaxtdan altı aydan artıq vaxt keçdiyi üçun mirasın qəbulu ilə bağlı notariat hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, miras 2014-cü ildə açıldığından mirasın qəbuluna dair məsələ hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı normaları tətbiq edilməklə həll edilməlidir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosessual qanunvericilik normalarının müddalarını rəhbər tutaraq hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli və sözügedən mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X14 və X9 miras qalmış Zərdab rayonu, Salahlı kəndində yerləşən 1.01 ha pay torpaq sahəsi, 0.20 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 72 kv.m olan 1 mərtəbəli, 3 otaqlı evinin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar