Məhkəmə qərarları › İş №2(035)-907/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-907/2025

17.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-907/2025 17.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Mən, Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “texniki səhv olaraq yazılmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dəyişdirilərək, Əmək Məcəlləsinin 68.2 “a” bəndinin yazılaraq mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, barəsində “Əmək və Məşğulluq” altsistemində xitam əmri daxil edilərkən texniki səhv olaraq yazılmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi dəyişdirilərək, Əmək Məcəlləsinin 68.2 “a” bəndinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinə həvalə ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, iddia ərizəsinə baxış keçirilən zaman imzalanmadığı müəyyən olunmuş, həmçinin, içərisində iddia ərizəsinin olduğu zərf açılarkən ərizədə qoşma olaraq göstərilmiş mediyasiya arayışının, əmək müqaviləsi bildirişinin, şəxsiyyət vəsiqəsinin surətinin, əmək müfəttişliyi tərəfindən verilən məktubun və sosial arayışın iddia ərizəsinə əlavə olunmadığı məlum olmuş və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlər əsasında hesab edirəm ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “texniki səhv olaraq yazılmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dəyişdirilərək, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinin yazılaraq mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya iddia ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “texniki səhv olaraq yazılmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dəyişdirilərək, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinin yazılaraq mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar