Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-910/2025 28.01.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Qoşaoba Sudan X9 Cavabdeh qarşı“işçinin işəgötürənə vurduğu ziyana görə pul tələbi”nə dair mülki işüzrə Açar sözlər: (işçinin işəgötürənə vurduğu ziyana görə pul tələbi) X15 Elxan oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı Qoşaoba Sudan X9 nümayəndəsi -X3 Cavabdeh iştirakı ilə, İddiaçı Qoşaoba Sudan X9 Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 28 yanvar 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qoşaoba Sudan X17 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən Qoşaoba Sudan X12 vurduğu maddi ziyana görə 1855 manat və mediasiya xərcinə görə ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq Qoşaoba Sudan X9 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Qoşaoba Sudan X17 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Qoşaoba Sudan X10 mühasib vəzifəsində çalışsa da, lakin, 2023-cü ildən etibarən əmək müqaviləsinin bildirişində dəyişiklik edilməklə həmin Birlikdə su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir. Cavabdeh çalışdığı illərdə ciddi əmək pozuntularına yol verdiyinə görə onun tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Belə ki, cavabdehin vətəndaşlardan birbaşa nağd pul qəbul etmək səlahiyyəti olmadığı halda, vətəndaşlardan istifadə olunmuş su pullarını toplayaraq şəxsi məqsədləri üçün xərcləmişdir. X19 X12 maddi ziyan dəymişdir. İddiaçı cavabdehdən dəymiş maddi ziyanı birliyin hesabına ödəməsini tələb etsə də, bu istiqamətdə müsbət bir nəticə əldə edə bilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən rayon prokurorluğuna müraciət edilmiş və müraciət əsasında müvafiq araşdırmalar aparılaraq vətəndaşların izahatları alınmışdır. Vətəndaşlar, ödənişləri şəxsən Cavabdeh verdiklərini təsdiq etmişdirlər. Eyni zamanda, müstəqil auditor "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş audit rəyində cavabdehin qanunsuz hərəkətləri nəticəsində birliyə ümumilikdə 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində maddi ziyan dəydiyi göstərilmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə təqdim olunmuş etiraz: Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Qoşaoba X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qoşaoba Sudan X12 vurduğu maddi ziyana görə 1855 manat pulun və mediasiya xərcinə görə ödənilmiş 60 manat dövlət rüsumunun ondan alınaraq Qoşaoba Sudan X9 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddiasına sübut kimi auditor "xxxx" MMC tərəfindən verilmiş audit rəyini iddia ərizəsinəəlavə etmişdir. O, hesab edir ki, Auditorlar Palatasının siyahısında "xxxx" MMC-nin adının olmaması ona əsas verir ki, onun verdiyi rəyin heç bir hüquqi qüvvəsi yoxdur və sübut kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçı Qoşaoba Sudan X17 eyni predmet üzrə və eyni əsaslarla xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş, lakin, iddiaçının subyektiv hüququ olmadığı üçün iddia təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı Qoşaoba Sudan X9 nümayəndəsi -X6 audit rəyini və yığılmış pulların adlı siyahısını əsas gətirərək çatışmamazlıq (1855 manat) 2024-cü ilin yaz aylarına təsadüf etdiyini bildirsədə, lakin Eldəniz Vəliyevin təqdim etdiyi sənədlərdə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə maliyyə hesabatlarının yoxlanılması üçün auditorla müqavilə bağladığı görünür. Müqavilənin şərtlərinə uyğun tələb olunan əsas sənədlər auditora təqdim edilməmişdir. Eldəniz Vəliyevin bu hərəkətləri onu deməyə əsas verir ki, onun tələb etdiyi 1855 manat uydurmadır və özünün qanuna zidd əməllərini gizlətmək üçün Prokurorluğa və Məhkəməyə bu cür üsullara onu işdən qovmaqla öz oğlunu onun yerinə işə götürməkdən ibarət olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq 1855 manat pul tələbinə dair” iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X21 X9 icraçı direktoru X6 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən etibarən Qoşaoba sudan X9 icraçı direktoru vəzifəsində çalışır. Cavabdeh ilk dəfə xx.xx.2021-ci il tarixdə Qoşaoba Sudan X12 işə qəbul etmişdir. Əslində həmin şəxsin vəzifəsi su mirabı olsada texniki səhv olaraq onunla mühasib kimi əmək müqaviləsi bağlanılmışdır. Lakin sonradan əmək müqaviləsində dəyişiklik edərək onu, su mirabı vəzifəsinə keçirmişdir. Cavabdeh vətəndaşlardan su üçün müəyyən olunmuş məbləği şəxsən yığaraq birliyin bank hesabına köçürmədən şəxsi məqsədləri üçün xərcləmişdir. Bununla bağlı rayon prokurorluğuna müraciət edilmiş və müraciət əsasında müvafiq araşdırmalar aparılaraq vətəndaşların izahatları alınmışdır. Vətəndaşlar, ödənişləri şəxsən Cavabdeh verdiklərini təsdiq etmişdirlər. Eyni zamanda, müstəqil auditor "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş audit rəyində cavabdehin qanunsuz hərəkətləri nəticəsində birliyə ümumilikdə 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində maddi ziyan dəydiyi göstərilmişdir. Cavabdeh dəfələrlə mənimsədiyi pulu birliyin hesabına köçürməsini tələb etsədə müsbət nəticə əldə edə bilməmişdir. Odur ki, iddianın təmin olunmaısnı xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı X21 X9 icraçı direktoru X6 ilə 2021-2024-cü illər ərzində bir yerdə çalışmışdırlar. Belə ki, o, əvvəllər X21 X10 mühasib vəzifəsində çalışsa da, 2023-cü ildən etibarən isə həmin Birlikdə su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir.İddiaya münasibətdə isə bildirir ki, vətəndaşlardan pulu bəzən nəğd qaydada əldə etsədə lakin,əldə etdiyi pulları birliyin direktoru X4 vermişdir. Əldə olunmuş pulları şəxsi məqsədləri üçün istifadə etməmişdir. Buna əsasən iddianın rədd olunmaısnı xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan 31 may 2020-ci il tarixli 11 saylı əmrdən Çıxarışdan müəyyən olunur ki,X1 Sudan X12 icraçı direktor təyin olunmuşdur. İşdə olan Qoşaoba Sudan X9 xx.xx.2021-cü il tarixli, 12 saylıəmrindən görünür ki, Cavabdeh Qoşaoba Sudan X10 mühasib vəzifəsinə təyin edilmişdir. İşdə olan Qoşaoba Sudan X9 xx.xx.2023-cü il tarixli, 13 saylı əmrindən görünür ki, su mirabı vəzifəsini icra edən Cavabdeh tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Qoşaoba Sudan X9 xx.xx.2023-cü il tarixli, 14 saylı əmrindən görünür ki, Cavabdeh Qoşaoba Sudan X10 su mirabı vəzifəsinə təyin edilmişdir. İşdə olan Qoşaoba Sudan X9 xx.xx.2024-cü il tarixli, 16 saylı əmrindən görünür ki, su mirabı vəzifəsini icra edən Cavabdeh tutduğu vəzifədən azad edilmişdir. İşdə olanAzərbaycan Respublikası Auditorlar Palatasının müstəqil auditoru "xxxx" MMC-nin Qoşaoba Sudan X9 2023-cü il üzrə maliyyə hesablarının auditi üzrə hesablanmış xx.xx.2024-cü il tarixli, EQ-93/24 saylı rəyindən görünür ki, yekun olaraq Cavabdeh hərəkətləri nəticəsində "xxxx" MMC-nə təqdim edilmiş sənədlər əsasında təsdiq olunmuş dəymiş maddi zərər 1855.00 (bir min səkkiz yüz əlli beş manat 0.00 qəpik ) manat təşkil etdiyi bildirilmişdir. İşdə olan Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh ərizəsi əsasında Zərdab rayon Prokurorluğunda araşdırma aparılmış və toplanmış materiallar üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir İşdə olan mediator X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞZ/MT050/2025- 00127 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında olan mübahisənin mediasiya qaydasında həll edilməsi üçün X6 müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının ƏməkMəcəlləsi: 16-cı maddəsinə görə əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsinin 2-ci maddəsinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 191.1-ci maddəsinə görə Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192.1-ci maddəsinə görə Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2-ci maddəsinə görə Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.1-ci maddəsinə görə Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, araşdırılan iddia ərizəsindən və tədqiq edilən işin materiallarından müəyyən olundu ki, Cavabdeh Qoşaoba Sudan X10 mühasib vəzifəsində çalışsa da, lakin, 2023-cü ildən etibarən əmək müqaviləsinin bildirişində dəyişiklik edilməklə həmin Birlikdə su mirabı (suyun yığılması, təmizlənməsi və paylanması) vəzifəsində işləmişdir. Məhkəmə cavabdehin "xxxx" MMC tərəfindən verilmiş audit rəyini mübahisələndirməsinə münasibətdə bildirir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının Zərdab Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli № 142 saylı məktubda qeyd olunmuşdur ki, 27 yanvar 2025-ci il tarixdən etibarən Azərbaycan Qiymətləndiricilər Palatasının Nizamnəsi qüvvəyə minmiş və Palata rəsmi fəaliyyətə başlamışdır. Eyni zamanda həmin məktubda qeyd olunmuşdur ki, həmin tarixdən sonra təqdim olunmuş audit rəylərində palatanın şəhadətnaməsini və ixtisasını təsdiqləyən sənədin tələb olunması zəruridir. Buna əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş audit rəyi köhnə dövrlərə təsadüf etdiyindən sübut kimi qiymətləndirilməlidir. Cavabdehin etirazının digər hissəsinə münasibətdə məhkəmə bildirir ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli № 2(035)-492/2025 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh Qoşaoba Sudan X12 qarşı “əmək haqqı tələbi” nə dair iddiası qismən təmin olunmuş, həmin iş üzrə X3 “işçinin işəgötürənə vurduğu ziyana görə pul tələbi” nə qarşılıqlı iddiası isə subyektiv hüququ olmaması səbəbi ilə rədd olunmuşdur. Həmin qətnamədə X3 iddia qaldırmaq üçün subyektiv əsaslarının olmaması qeyd olunmaqla yalnız həmin mübahisə ilə bağlı Qoşaoba Sudan X9 iddia qaldırmaq hüququ izah olunmuşdur. Buna əsasən məhkəmə hesab edir ki, hazır ki, ziyanlıq birbaşa Qoşaoba Sudan X12 dəydiyi üçün onun iddia qaldırmaq üçün subyektiv əsasları vardır. Bundan əlavə məhkəmə qeyd edir ki, Zərdab Rayon prokrorluğunda aparılmış araşdırmada Cavabdeh vətəndaşlardan nəğd şəkildə pul yığması və yığılan pulları özünə əmək haqqı kimi götürməsi sübuta yetirilmişdir. Mənimsənilən məbləğin miqdarı isə iş materiallarında olan audit rəyi ilə tam sübuta yetirilir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını, həmçinin tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini araşdırıb, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək vəAzərbaycan Respublikası Auditorlar Palatasının müstəqil auditoru "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, EQ-93/24 saylı rəyinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tam əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərəəsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin Cavabdeh maddi ziyana görə 1855 manat və mediasiya xərcinə görə ödənilmiş 60 manat dövlət rüsumu olmaqla, cəmi 1915 manat pul tutularaq Qoşaoba Sudan X9 hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-910/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-910/2025
28.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver