Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-916/2024 27.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi tələbinə” dair mülki iş üzrə (Açar sözlər: doğum faktının müəyyən edilməsi tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.2024cü il tarixdə Ukrayna Respublikasının Melitopol şəhərində bir qız uşağı (X4) doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. xx.xx.2024cü il tarixdə Ukrayna Respublikasının Melitopol şəhərində doğulmuş X1, Ukrayna Respublikasında məlum hadisələr başladığı üçün (Rusiya-Ukrayna müharibəsi) Zeynəbə doğum haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə rəsmi olaraq müraciət edilsə də, doğum faktını təsdiq edən sənədi (tibb müəssisəsinin sənədi) təqdim etmədikləri üçün Zeynəbə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Doğum haqqında şəhadətnamənin olmaması gələcəkdə Zeynəbin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınmasında, təhsil və tibb müəssisələrində qeydiyyata alınmasında və müvafiq arayışlar alınmasında müəyyən çətinliklər törədə bilər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, X6 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Qızı Zeynəb xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının Melitopol şəhərində doğulmuşdur. X10 Respublikasının Melitopol şəhərində doğulduğundan, Ukrayna Respublikasında məlum hadisələr başladığı üçün (Rusiya- Ukrayna müharibəsi) Zeynəbə doğum haqqında şəhadətnaməsinin alınması mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə rəsmi olaraq müraciət etsədə də, doğum faktını təsdiq edən sənədi (tibb müəssisəsinin sənədi) təqdim etmədiyim üçün Zeynəbə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Doğum haqqında şəhadətnamənin olmaması gələcəkdə Zeynəbə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alınmasında, təhsil və tibb müəssisələrində qeydiyyata alınmasında və müvafiq arayışlar alınmasında müəyyən çətinliklər törədə bilər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, Ərizəçi qardaşının arvadıdır. Ərizəçinin iki uşağı var. Ərizəçinin X10 Respublikasının Melitopol şəhərində doğulub. Hazırda Zeynəb sağ-salamatdır və ərizəçi ilə birlikdə Zərdab rayonunun Lələağacı kəndində ərizəçinin yanında yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşının gəlinidir. Ərizəçinin iki uşağ var. Ərizçinin X10 Respublikasının Melitopol şəhərində doğulmuşdur. Hazırda Zeynəb sağ-salamatdır və ərizəçi ilə birlikdə Zərdab rayonunun Lələağacı kəndində yaşayır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında xx.xx.2019-cü il tarixdə nikah haqqında akt qeydləri kitabında 03 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Muradlı, arvada Rəsulova soyadı verilmişdir. İşdə olan Zərdab rayon İHB-nin Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 114 saylı arayışdan görünür ki, Ərizəçi hal-hazırda Zərdab rayonu Lələağacı kəndində qeydiyyatda olmaqla uşaqları xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X4 ilə birlikdə Lələağacı kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 519 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, hazırki ərizəçi doğum faktını təsdiq edən tibbi sənəd təqdim etmədiyi üçün qeydiyyat şöbəsi tərəfindən doğumun qeydə alınmasından imtina edilmiş və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 305.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını məhkəmə qaydasında müəyyən edir. 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetnin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.4.5-ci bəndinə uyğun olaraq uşaq tibb müəssisəsində kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndinə görə Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Ərizəçi X6 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Ərizəçinin qızı Zeynəb xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının Melitopol şəhərində doğulmuşdur. Ukrayna Respublikasında məlum hadisələr başladığı üçün (Rusiya-Ukrayna müharibəsi) Zeynəbə doğum haqqında şəhadətnaməsinin alınması mümkün olmamışdır. Ərizəçi xx.xx.2024-cü il təvəllüdlü qızı Zeynəbə doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə rəsmi olaraq müraciət etsə də, doğum faktını təsdiq edən sənədi (tibb müəssisəsinin sənədi) təqdim etmədiyi üçün Zeynəbə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarına əsaslanaraq ərizəçinin izahatına, şahidlərin ifadəsinə və işdə digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə Ukrayna Respublikasının Melitopol şəhərində bir nəfər qız uşağı doğması faktı və bu uşağın doğumunun qeydə alınmasından Maraqlı şəxs tərəfindən imtina edilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi Ukrayna Respublikasının Melitopol şəhərində xx.xx.2024-cü tarixdə bir nəfər qız uşağı doğması faktı sübuta yetirildiyindən, bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı və qanunidir. Ona görə də təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ukrayna Respublikasının Melitopol şəhərində xx.xx.2024-cü il təvəllüdlü bir qız uşağı (X2) doğması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-916/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-916/2024
27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver