Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-94/2025 24.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X10rşı “gecikdirilmiş son haqq-hesaba görə 1% pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn öhdəliklər) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı Cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13n nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7rşı “gecikdirilmiş son haqq-hesaba görə 1% pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X8 gecikdirilmiş son haqq-hesaba görə hər gün üçün 1% pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,2007-ci ilin yanvar ayının 6-da Zərdab Rayon Mərkəzi Xəstəxanasına mühasib vəzifəsinə təyin olunmuşdur.2024-cü ilin aprel ayının 25-də 65 yaşının tamam olması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur.25 aprel 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilsədə son haqq hesab pulunu 05 iyun 2024-cü il tarixdə almışdır.Dəfələrlə tələb etməsinə baxmayaraq istifadə olunmamış məzuniyyət illərinə hesablanmış 22519 (iyirmi iki min beş yüz on doqquz) manat pulu vaxtında ala bilməmişdir.Məzuniyyət pullarının gecikdirilməsi səbəbi ilə 22519 (iyirmi iki min beş yüz on doqquz) manat pulun hər gecikdirilmiş gün üçün 1% ona ödənilməlidir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaya Etiraz Cavabdeh Zərdab Rayon X2 Hüquqi Şəxsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddiaçının iddia ərizəsi verməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürməsi səbəbi ilə iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki,05 iyun 2024-cü il tarixdə iddiaçıya istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi olaraq 22519 (iyirmi iki min beş yüz on doqquz) manat məbləğində pul ödənilmişdir.İddiaçının iddia ərizəsinin 25 dekabr 2024-cü il tarixdə qeydiyyata alınması səbəbi ilə 05 iyun 2024-cü il tarixdən etibarən bir aylıq iddia müddəti tədbiq olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki,2007-ci ilin yanvar ayının 6-da Zərdab Rayon Mərkəzi Xəstəxanasına mühasib vəzifəsinə təyin olunmuşdur.2024-cü ilin aprel ayının 25-də 65 yaşının tamam olması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur.25 aprel 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilsədə son haqq hesab pulunu 05 iyun 2024-cü il tarixdə almışdır.Dəfələrlə tələb etməsinə baxmayaraq istifadə olunmamış məzuniyyət illərinə hesablanmış 22519 (iyirmi iki min beş yüz on doqquz) manat pulu vaxtında ala bilməmişdir.Məzuniyyət pullarının gecikdirilməsi səbəbi ilə hər gecikdirilmiş gün üçün 1% ona əlavə ödənc ödənilməlidir. Ona görə də məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Zərdab Rayon X2 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki,iddiaçı iddia qaldırmaq üçün qanunla müəyyən olunmuş 1 aylıq prosessual müddəti ötürməklə iddia qaldırmışdır. Eyni zamanda bildirmişdir ki,iddiaçı işdən azad olan zaman iddiaçının işində yol verdiyi nöqsanlara görə istintaq orqanı tərəfindən Zərdab X2 Hüquqi Şəxsində müvafiq araşdırılmalar aparılmış və araşdırma nəticəsində cinayət işi başlanaraq iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İddiaçı ödənilməli olan məzuniyyət günlərinin əvəzi olan pulun gecikdirilməsinə səbəb də həmin istintaq işinin aparılması olmuşdur. Buna əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Məhkəmənin əvvəlki,baxış iclasında iştirak edən cavabdeh Zərdab Rayon X2 Hüquqi Şəxsin digər nümayəndəsi Nümayəndə1 Nümayəndə2 izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Mülki işdə olan sənədlər: İşdə olan 25 aprel 2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında № 256 nömrəli əmrdən müəyyən olunur ki,İddiaçı ilə “Zərdab rayon Mərkəzi Xəstəxanası” X13 arasında bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “E” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən xitam verilmişdir. Həmin əmrə əsasən 2007-ci ildən 2024-cü ilə qədər əmək məzuniyyətinə görə 430 (dörd yüz otuz) təqvim gününün əvəzi pul şəklində İddiaçı ödənilməlidir. İşdə olan maliyyə arayışından müəyyən olunur ki,İddiaçı 2008-2024-cü illər üçün məzuniyyət günlərinin əvəzi olaraq 22518.42 manat pul hesablanmış vergilər və digər tutulmalar çıxıldıqdan sonra ona 17864.28 manat ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki,Nümayəndə1 və Nümayəndə2 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13n səlahiyyətli nümayəndəsidir. İşdə olan xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01989 nömrəli X1 İştirak edilməməsi barədə Arayışdan müəyyən olunur ki,iddiaçı işin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etsədə lakin cavabdeh şəxs mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 26-cı maddəsinin 1-ci hissəsinə görə Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Azərbaycan Respublikası Əmək Məcəlləsi: 83.4-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir 143.1-ci maddəsinə əsasən Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143.2-ci maddəsinə əsasən İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 172.4-cü maddəsinə əsasən İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və tədqiq edilən iş materiallarından müəyyən olunur ki,iddiaçı 2007-ci ilin yanvar ayının 6-da Zərdab Rayon Mərkəzi Xəstəxanasına mühasib vəzifəsinə təyin olunmuş və 2024-cü ilin aprel ayının 26da 65 yaşının tamam olması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. İşlədiyi illər ərzində əmək məzuniyyəti hüququndan istifadə etmədiyinə görə 430 gün əmək məzuniyyəti hüququ yaranmışdır. Buna əsasən işçiyə məzuniyyət günlərinin əvəzi olaraq 22518.42 manat pul hesablanmış vergilər və digər tutulmalar çıxıldıqdan sonra 17864.28 manat pul iddiaçıya ödənilmişdir.Məhkəmə ilk öncə cavabdehin iddia müddətinin tədbiqi ilə bağlı ərizəsinə münasibətdə bildirir ki,ərizə əsassız olduğundan iddia müddəti tədbiq olunmalı deyil. Belə ki, qanunvericiliyin imperativ normalarına əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün 1 il iddia müddəti tədbiq olunur. Məhkəmə hesab edir ki,1 il iddia müddətinin başlanğıcı iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən yəni 2024-cü ilin aprel ayının 25-dən hesablanmalıdır.İddiaçının iddiası isə xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Buna əsasən məhkəmə iddia müddətinin tədbiqi barədə ərizəni əsassız hesab edir. İddiaçının gecikdirilmiş hər günə görə 1 faiz ödənilməsi tələbinə münasibətdə isə məhkəmə bildirir ki,qanunvericiliklə əlavə ödəncin verilməsi müəyyən edilməklə işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir ki, bu göstərilən qayda da işəgötürənin əmək haqqı və son haqqhesab pulunu vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. İşçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi isə iki şərtdən asılı edilmişdir.Belə ki, ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir ki, hazırki iş üzrə də məhkəmə tərəfindən hər iki halın mövcud olduğu müəyyən edilmişdir. Belə ki,iş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki,iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsədə lakin son haqq-hesab pulu işçiyə 05 iyun 2024-cü il tarixdə ödənilmişdir.Məhkəmə hesab edir ki,işin birinci halı yəni son haqq-hesab pulunun vaxtında ödənilməməsi məsələnin mübahisəsiz hissəsidir. Son haqq-hesab pulunun işəgötürənin təqsiri üzündən gecikdirilməsinin sübuta yetirilməsi yükü isə işəgötürənin üzərinə düşür.Cavabdehin nümayəndəsinin “istintaq işinin aparılması ilə bağlı son haqq-hesab pulu gecikdirilmişdir” fikirinə münasibətdə isə məhkəmə bildirir ki,bu hal əsaslı hesab oluna bilməz. Belə ki,bu hissədə sübut etmə yükü cavabdehin üzərində olduğundan cavabdeh həmin müddətlər ərzində digər işçilərin əməkhaqqısını verə bilməməsi,bank hesablarına köçürmələrlə bağlı məhdudiyyətlərin olması və s buna oxşar hallarla bağlı məhkəməyə sübutlar təqdim etməli idi. Lakin cavabdeh bununla bağlı hər hansısa sübut məhkəməyə təqdim etməmiş formal mülahizələrlə özünü müdafiə etməyə çalışmışdır. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216 - 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Zərdab Rayon X2 Hüquqi Şəxsindən son haqq-hesab pulunun (hesablanmış 22518.42 manat) gecikdirilmiş hər günə görə 1% miqdarında ödənc tutularaq İddiaçı ödənilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-94/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-94/2025
24.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver