Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-10/2024 13.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: mülkiyyət hüququ, torpaq sahəsindən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə pay torpağı kimi İmişli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(00\36)-95/2011 saylı qətnaməsi əsasında, İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 02 saylı qərarı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon şöbəsi tərəfindən təsdiq edilmiş və X5 kitabında xx.xx.2011-ci il tarixdə 271 nömrə ilə uçota alınmış həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün İmişli rayonunun Otuziki kəndi ərazisində verilmiş 2,7 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə pay torpağı kimi İmişli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(00\36)-95/2011 saylı qətnaməsi əsasında, İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 02 saylı qərarı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon şöbəsi tərəfindən təsdiq edilmiş və X5 kitabında xx.xx.2011-ci il tarixdə 271 nömrə ilə uçota alınmış həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün İmişli rayonunun Otuziki kəndi ərazisində verilmiş 2,7 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə pay torpağı kimi İmişli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(00\36)-95/2011 saylı qətnaməsi əsasında, İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 02 saylı qərarı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon şöbəsi tərəfindən təsdiq edilmiş və X5 kitabında xx.xx.2011-ci il tarixdə 271 nömrə ilə uçota alınmış həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün İmişli rayonunun Otuziki kəndi ərazisində 2,7 ha torpaq sahəsi verilmişdir. İddiaçı hazırda heç bir yerdə işləmir, 2-ci qrup əlildir. 2011-ci ildən həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin vaxtdan etibarən torpaq sahəsi qonşu sahələrdə heyvandarlıqla məşğul olan cavabdeh tərəfindən ona məxsus iri və xırdabuynuzlu heyvanlarla ara-sıra otarılsa da, iddiaçı bu barədə dəfələrlə onu xəbərdar etmiş, lakin qonşuluq münasibətlərini pozmamaq xatirinə bu hallara ciddi əhəmiyyət verməmişdir. 2018-ci ilin əkin mövsümündə İmişli rayonunun Otuziki kənd sakini X1 ilə həmin torpaq sahəsində yonca toxumu səpilmiş və müvafiq becərmə işləri aparılmışdır. Lakin 2019-cu ilin mart ayında həmin əkin sahəsi yenidən cavabdeh tərəfindən iri və xırdabuynuzlu heyvanlarla otarılmış və tapdalanmış, nəticədə iddiaçıya ciddi maddi ziyan vurulmuşdur. İddiaçı cavabdehdən bu qanunsuz hərəkətlərə son qoymasını dəfələrlə tələb etmiş, laki o həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və iddiaçının tələblərinə məhəl qoymamışdır. Bundan sonra da o, 2019-cu ilin avqust ayının əvvəllərində qanunsuz hərəkətlərini davam etdirmiş, təsərrüfatında olan iri və xırda buynuzlu heyvanlarla iddiaçıya məxsus torpaq sahəsində təkrar əkib-becərdiyi yonca məhsulunu yenidən tapdaladıb otarmaqla məhv etmişdir. İddiaçı bu barədə “102” xidməti vasitəsilə polis orqanlarına, habelə rəsmi olaraq yazılı surətdə ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və İmişli rayon polis şöbəsinə müraciət etmişdir. Həmin ərizə ilə əlaqədar İmişli rayon polis şöbəsindən ünvanına daxil olan xx.xx.2019-cu il tarixli cavab məktubunda Cavabdehla aralarında torpaq sahəsi ilə bağlı mülki mübahisə olduğuna görə məhkəməyə müraciət etməyi bildirilmişdir. Hazırda cavbdehin özbaşına olaraq torpaq sahəsini zəbt edib ondan istifadə etməni davam etdirməsi nəticəsində iddiaçı mülkiyyətində olan qanuni pay torpaqlarından tam istifadədən məhrum olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(036)-1050/2019 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh icarəsində olan İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən 10 ha kənf təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,03 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə edilməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(106)-79/2021 saylı qətnaməsindən görünür ki, İmişli Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(036)- 1050/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh icarəsində olan İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən 10 ha kənf təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,75 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsindən Cavabdeh istifadə etməsinə mane olan qanunazidd hərəkətlərə son qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(102)- 5868/2021 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(106)-79/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
12. Yuxarıda göstərilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Hüseynov X2 Hidayət Salaməli oğluna icarəyə verilmiş torpaq sahəsinin 0,75 ha hissəsini zəbt edərək istifadə etmişdir.
13. Məhkəmə qeyd edir ki, işin hallarından və qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi iddiaçı cavabdehə məxsus (icarəsində olan) torpaq sahəsini zəbt etməklə istifadə etmişdir. Yəni cavabdeh iddiaçının deyil, iddiaçı cavabdehin icarəsində olan torpaq sahəsinə özbaşına olaraq sahiblənmişdir.
14. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin oluna bilməz.
VI. Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə pay torpağı kimi İmişli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(00\36)-95/2011 saylı qətnaməsi əsasında, İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2011-ci il tarixli 02 saylı qərarı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon şöbəsi tərəfindən təsdiq edilmiş və X5 kitabında xx.xx.2011-ci il tarixdə 271 nömrə ilə uçota alınmış həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün İmişli rayonunun Otuziki kəndi ərazisində verilmiş 2,7 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərinə son qoyulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev