Məhkəmə qərarları › İş №2(036)-1006/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1006/2025

18.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1006/2025 18.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlu sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Büsat qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İmişli rayonunun Hacırüstəmli kəndi yaxınlığında yerləşən **********07 nömrəli Çıxarışla və Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə iddiaçıya və ailə üzvlərinə məxsus 3,0233 hektar torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İmişli rayonunun Hacırüstəmli kəndi yaxınlığında yerləşən **********07 nömrəli Çıxarışla və Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə iddiaçıya və ailə üzvlərinə məxsus 3,0233 hektar torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İmişli rayonunun Hacırüstəmli kəndi yaxınlığında yerləşən **********07 nömrəli Çıxarışla və Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə iddiaçıya və ailə üzvlərinə məxsus 3,0233 hektar torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar