Məhkəmə qərarları › İş №2(036)-101/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-101/2025

16.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-101/2025 16.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin - Cavabdeh qarşı “evdən çıxarılması və evin boşaldılması” tələbinə dair mülki iş üzrə GİRİŞ HİSSƏSİ: İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyev Günel Mirzə qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi İmişli rayon MKİS-nin rəisi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin - Cavabdeh qarşı “evdən çıxarılması və evin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı “evdən çıxarılması və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Cavabdeh (Məmməd) Xanlar oğlunun müvəqqəti istifadəsinə verilmiş İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində 476 nömrəli evə dair 17 yanvar 2014-cü il tarixli "476" nömrəli "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi" ləğv edilsin və Cavabdeh (Məmməd) Xanlar oğlunun əşyaları ilə birlikdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən 476 nömrəli evdən çıxarılmaqla, "476" nömrəli evin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 17 yanvar 2014-cü il tarixli "476" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh (Məmməd) Xanlar oğlu və X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində İmişli rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Yeni Bəhrəmtəpə qəsəbəsində 476 nömrəli 2 otaqlı ev ilə təmin edilmişdir. Daha sonra Departamentin İmişli rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh (Məmməd) Xanlar oğlunun 476 nömrəli evdə yaşamadığı və evin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə abonentin qaz saldosu və aktlar əlavə olunur). Müqavilədə adı qeyd edilən X6 vəfat etmişdir. Sahə rəisi tərəfindən Cavabdeh 476 nömrəli evdə yaşamadığı üçün evin açarlarının könüllü təhvil verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi İmişli rayon MKİSnin rəisi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, xeyli müddətdir ki, İmişli rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Yeni Bəhrəmtəpə qəsəbəsində 476 nömrəli evdə yaşamır. Səhhət ilə əlaqədar olaraq hazırda Bakı şəhərində qızının evində yaşayır. Arvadı öldükdən sonra tək qala bilmədiyi və qulluğa ehtiyacı olduğu üçün Bakı şəhərində qızına məxsus evdə yaşayır. Bakı şəhərində müalicə alması ilə əlaqədar onda heç bir sənəd yoxdur. Hazırda da Bakı şəhərində yaşayır. Sonda iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1934-cü il tarixdə Cəbrayıl rayonu, Çərəkən kəndində anadan olmuşdur; Cavabdeh adına olan, (abonent kodu **********04760) İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi 476 nömrəli evin saldosundan görünür ki, 2024-cü ilin yanvar ayında iyun ayınadək olan dövrdə qaz sərfiyyatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin İmişli rayon Mənzil-Kommunal İstismar Sahəsinin MKİS-nin rəisi X5, mühəndis X7, sahə nəzarətçisi X4 və kərgüzar X2 iştirakı ilə, xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində 476 saylı evə baxış keçirərək tərtib edilmiş aktdan görünür ki, həmin evin sakini Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evində yaşamamışdı. Alınmış məlumata görə həyat yoldaşı vəfat edəndən sonra Bakıda övladlarının yanında məskunlaşıbdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin İmişli rayon Mənzil-Kommunal İstismar Sahəsinin MKİS-nin rəisi X5, mühəndis X7, sahə nəzarətçisi X4 və kərgüzar X2 iştirakı ilə, xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində 476 saylı evə baxış keçirərək tərtib edilmiş aktdan görünür ki, həmin evin sakini Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evində yaşamamışdı. Alınmış məlumata görə həyat yoldaşı vəfat edəndən sonra Bakıda övladlarının yanında məskunlaşıbdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin İmişli rayon Mənzil-Kommunal İstismar Sahəsinin MKİS-nin rəisi X5, mühəndis X7, sahə nəzarətçisi X4 və kərgüzar X2 iştirakı ilə, xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində 476 saylı evə baxış keçirərək tərtib edilmiş aktdan görünür ki, həmin evin sakini Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evində yaşamamışdı. Alınmış məlumata görə həyat yoldaşı vəfat edəndən sonra Bakıda övladlarının yanında məskunlaşıbdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin İmişli rayon Mənzil-Kommunal İstismar Sahəsinin MKİS-nin rəisi X5, mühəndis X7, sahə nəzarətçisi X4 və kərgüzar X2 iştirakı ilə, xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində 476 saylı evə baxış keçirərək tərtib edilmiş aktdan görünür ki, həmin evin sakini Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evində yaşamamışdı. Alınmış məlumata görə həyat yoldaşı vəfat edəndən sonra Bakıda övladlarının yanında məskunlaşıbdır. İş materiallarında olan 17 yanvar avqust 2014-cü il tarixli 476 nömrəli müqavilədən görünür ki, kirayəyə verən adlandırılacaq xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru, rəisi X9 şəxsində bir tərəfdən və bundan sonra Kirayəçi adlandırılacaq vətəndaş X13 digər tərəfdən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi haqqında Azərbaycan Respublikasının mənzil qanunvericiliyə uyğun olaraq kirayə verən İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi 476 nömrəli 2 otaqlı yaşayış evi müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müşəyyən edilmiş şərtlər daxilində istifadəsinə verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 2.4. Bu Müqavilə üzrə Kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.2 xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. 5.2. Kirayəçi istənilən vaxt bu Müqaviləni ləğv edə bilər. 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. Kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla); 5.4.3. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4.kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5.yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasına əsasən: 2.4. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. 2.6. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir-əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin istifadəsində olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh əşyaları ilə birlikdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən 476 nömrəli 2 otaqlı evdən çıxarılmalı və 476 nömrəli evin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

5. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. X8 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyac olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. İş materiallarna əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 17 yanvar avqust 2014-cü il tarixli 476 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Cavabdeh Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində İmişli rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Yeni Bəhrəmtəpə qəsəbəsində 476 nömrəli 2 otaqlı evlə təmin edilmişdir. 2024-cü ilin yanvar ayından Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin evdə yaşamamışdır. İş materiallarına və özünün də verdiyi izahata görə arvadı öldükdən sonra tək qala bilmədiyi və qulluğa ehtiyacı olduğu üçün Bakı şəhərində qızına məxsus evdə yaşayır. Bakı şəhərində müalicə almasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə araşdırma zamanı isə 476 nömrəli evdə Cavabdeh uzun 2024-cü ilin yanvar ayından üzrsüz səbəbdən yaşamadığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasının tələblərinə əsasən Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli "476 nömrəli "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi" ləğv edilməli və Cavabdeh əşyaları ilə birlikdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən 476 nömrəli evdən çıxarılmalı, və ev boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh (Məmməd) Xanlar oğlu arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli "476 nömrəli "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi" ləğv edilsin və Cavabdeh əşyaları ilə birlikdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən 476 nömrəli evdən çıxarılsın və ev boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar