Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-106/2024 10.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı İmişli rayonu Hacırüstəmli bələdiyyəsinin sədri X1, Cavabdeh iştirakı ilə, İddiaçı İmişli rayonu Hacırüstəmli bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadəyə görə pulun ödənilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İmişli rayonu Hacırüstəmli bələdiyyəsi iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İmişli rayonu Hacırüstəmli kəndi ərazisində zəbt etdiyi bələdiyyəyə məxsus 48 ha örüş otlaq sahəsindən Cavabdeh çıxarılması və bələdiyyə torpağından istifadəyə görə 5520 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş icraata qəbul edilmiş və məhkəmə baxış iclası 10 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı İmişli rayonu Hacırüstəmli bələdiyyəsinin sədri X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə mübahisənin həlli ilə bağlı razılığa gəldikləri üçün iddia ərizəsinin qaytarılması və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh həmin vəsatətə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 259.0.11. İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barəsində ərizə verdiyini, cavabdehin isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalı və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İmişli rayonu Hacırüstəmli bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz inşa edilmiş tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(036)-106/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-106/2024
10.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver