Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1092/2021 31.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçı İmişli rayon Muradallı Bələdiyyəsinin nümayəndəsi X6 və Cavabdeh iştirakları ilə, İddiaçı İmişli rayon Muradallı Bələdiyyəsinin Cavabdeh qarşı “doldurulmuş su arxının açılaraq cavabdehin öz hesabına bərpa edilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İmişli rayon Muradallı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən doldurulmuş X2 mülkiyyətində olan 0.90 ha həyətyanı torpaq sahəsinə gedən su arxının cavabdehin öz hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İmişli rayon Muradallı Bələdiyyəsinin sədri X6 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh X2 mülkiyyətində olan 0.90 ha həyətyanı torpaq sahəsinə gedən su arxını özbaşına olaraq doldurmuş hə hazırda onun həyətyanı torpaq sahəsinə suyun aparılması mümkün deyildir. Həmin su arxı 1992-ci ildə çəkilmişdir. Qeyd olunan torpaq sahəsinə gedən su arxının qanunsuz olaraq doldurulması nəticəsində təsərrüfatına ciddi ziyan dəyir. Lakin cavabdeh qanunsuz hərəkətlərinə davam edərək su arxını bərpa etmir. Həmin su arxının açılması ilə bağlı vətəndaşın iddia ərizəsi hakim T.Nüsrətov tərəfindən geri qaytarılaraq bu barədə yalnız İmişli rayon Muradallı Bələdiyyəsinin iddia qaldırmaq hüququnun olduğu qeyd olunmuşdur. Ona görə də Bələdiyyə tərəfindən məhkəməyə müraciət olunmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, X2 mülkiyyətində olan torpaq sahəsinə gedən su arxı sovet dövründən mövcud olmuşdur, lakin hazırda həmin su arxı onun torpaq sahəsinə ziyan vurduğuna görə doldurmuşdur və bərpa etməyəcəkdir. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də rədd olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-014B saylı 90712018 kodlu şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında mübahisəyə səbəb olmuş su arxı qeyd olunan şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş həyətyanı sahənin sərhədləri daxilindədir. İşdə olan İmişli rayon İcra hakimiyyətinin nümayəndələri X9, X12, Muradallı kənd inzibati ərazi dairəsinin nümayəndəsi X1, Muradallı Bələdiyyəsinin sədri X6, Muradallı kənd sakinləri X7, X5 və X2 imzaları ilə təsdiq olunaraq tərtib olunmuş 19 mart 2021-ci il tarixli aktdan görünür ki, 1992-ci ildə X4, X7 və digər ailə üzvlərinin mülkiyyətində olan 0.90 ha torpaq sahəsinin suvarılmasına xidmət edən su arxı Cavabdeh tərəfindən doldurulmuş və torpaq sahəsinin suvarılmasında ciddi problemlər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşuların ziyanına dəyişsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. «Bələdiyyələrin statusu haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-014B saylı 90712018 kodlu şəhadətnaməyə əsasən X4 və digər ailə üzvlərinin mülkiyyətində olan 0.90 ha torpaq sahəsinə gedən su arxı Cavabdeh tərəfindən öz hesabına bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-014B saylı 90712018 kodlu şəhadətnaməyə əsasən X4 və digər ailə üzvlərinin mülkiyyətində olan 0.90 ha torpaq sahəsinə gedən su arxı Cavabdeh tərəfindən öz hesabına bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1092/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1092/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver