Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1103/2022 11.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, iddiaçı Ərizəçi oğlunun maraqlı şəxs İmişli Regional “ Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs İmişli Regional “ Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək 29.05.2007-ci il tarixdə vəfat etmiş Əsədov Qüdrət Məhərrəm oğlundan və 12.04.2004cü il tarixdə vəfat etmiş Əsədova Gülbikə İsmayıl qızından qalmış mirasın (Torpağa mülkiyyət hüququna dair JN 0459 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Aranlı kəndində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) qəbul edilmə vaxtının uzadılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Əsədov Qüdrət Məhərrəm oğlu və Əsədova Gülbikə İsmayıl qızından törəmiş və onlara birlikdə valideynlərinə məxsus olan İmişli rayonu Aranlı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Əsədova Gülbikə İsmayıl qızı 12.04.2004-cü il tarixdə, Əsədov Qüdrət Məhərrəm oğlu isə 29.05.2007-ci il tarixdə vəfat etmiş, onlardan miras qalmış İmişli rayonu Aranlı kəndində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi indiyədək onun tərəfindən əkilərək istifadə olunmuşdur. Mirası faktiki surətdə qəbul etməsinə baxmayaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almadığından mirasın rəsmi surətdə qəbulu müddətini ötürmüşdür. Əsədov Qüdrət Məhərrəm oğlu və Əsədova Gülbikə İsmayıl qızından qalmış mirasla bağlı heç bir mübahisə olmadığına baxmayaraq İmişli Regional “ Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən birinci növbəli vərəsə kimi ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən mirasın rəsmi surətdə qəbul edilmə vaxtı keçdiyi üçün imtina edilmişdir. Ona görə də, 29.05.2007-ci il tarixdə vəfat etmiş Əsədov Qüdrət Məhərrəm oğlundan və 12.04.2004-cü il tarixdə vəfat etmiş Əsədova Gülbikə İsmayıl qızından qalmış mirasın ( Torpağa mülkiyyət hüququna dair JN 0459 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Aranlı kəndində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) qəbul edilmə vaxtının uzadılması haqqında ətizə vermişdir. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” JN 0459 saylı Dövlət aktının surətinə əsasən planda yeri göstərilmiş İmişli rayonu Aranlı kəndində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Əsədov Qüdrət Məhərrəm oğlu və Əsədova Gülbikə İsmayıl qızının adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 078682 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən Əsədova Gülbikə İsmayıl qızı 12.04.2004-cü il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 241523 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən Əsədov Qüdrət Məhərrəm oğlu isə 29.05.2007-ci il tarixdə ölmüşdür. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1967ci ildə İmişli rayonunda anadan olmuş Ərizəçi Əsədov Qüdrət Məhərrəm oğlu və Əsədova Gülbikə İsmayıl qızından törəmişdir. İşdə olan İmişli RİHB -nin Aranlı kənd İƏD üzrə İN-si tərəfindən verilmiş 11.05.2022-ci il tarixli 250 saylı arayışda göstərilmişdir ki, Ərizəçi vəfat etdikləri günədək valideynləri, Əsədov Qüdrət Məhərrəm oğlu və Əsədova Gülbikə İsmayıl qızı ilə birlikdə yaşamış, onlardan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən indiyədək istifadə etmiş və torpağın əkilməsinə görə verilən subsidiyanı almışdır. İşdə olan İmişli Regional “ Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən verilmiş 28.02.2022-ci il tarixli 80 saylı məlumatda göstərilmişdir ki, 29.05.2007-ci il tarixdə vəfat etmiş Əsədov Qüdrət Məhərrəm oğlundan və 12.04.2004-cü il tarixdə vəfat etmiş Əsədova Gülbikə İsmayıl qızından qalmış mirasın qəbuluna dair Ərizəçi ərizəsi mirasın açıldığı vaxtdan altı ay keçdiyinə görə təmin edilməmişdir. AR Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, 29.05.2007ci il tarixdə vəfat etmiş Əsədov Qüdrət Məhərrəm oğlundan və 12.04.2004-cü il tarixdə vəfat etmiş Əsədova Gülbikə İsmayıl qızından “Torpağa mülkiyyət hüququna dair” JN 0459 saylı Dövlət aktının surətinə əsasən planda yeri göstərilmiş İmişli rayonu Aranlı kəndində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır; ümumi birgə əmlaka sahiblik edərək Ərizəçi mirası faktiki surətdə qəbul etmişdir. Ona görə də, İmişli Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi Əsədov Qüdrət Məhərrəm oğlundan və Əsədova Gülbikə İsmayıl qızından qalmış mirası faktiki surətdə qəbul etmiş vərəsənin tələbini mirasın açıldığı vaxtdan altı ay keçdiyinə görə təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər тутараг QƏT E TDİ: Ərizə təmin olunsun. Ərizəçi 29.05.2007-ci il tarixdə vəfat etmiş Əsədov Qüdrət Məhərrəm oğlundan və 12.04.2004-cü il tarixdə vəfat etmiş Əsədova Gülbikə İsmayıl qızından qalmış mirası ( Torpağa mülkiyyət hüququna dair JN 0459 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Aranlı kəndində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) rəsmi surətdə qəbul etmə müddəti ( notariat kontoruna mirası qəbul etmə barədə ərizə verilməsi müddəti) onun tərəfindən mirasın faktiki surətdə qəbul edilməsinə əsaslanaraq uzadılsın. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov. .
Məhkəmə qərarları › İş №2(036)-1103/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1103/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver