Məhkəmə qərarları › İş №2(036)-1113/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1113/2020

10.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1113/2020 10.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi: X5, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İmişli meşəbəylinin 3 saylı dolayının 9-cu sahəsi dövlət meşə fonduna məxsusdur. xx xxxxxx 2019-cu il tarixdə Mərkəzin əməkdaşları tərəfindən İmişli meşəbəylinin 3 saylı dolayının 9-cu sahəsində yoxlama keçirilən zaman Cavabdeh 2015ci ilin payız mövsümündə əkilmiş 3x1 sxemində 5.0 ha. göyrüş cinsindən ibarət meşə əkinini iri və xırda buynuzlu mal-qara ilə otarmaqla, tingləri inkişafdan dayandırması faktı aşkar edilmişdir. Təbii ki, Cavabdeh bu qanunsuz hərəkəti nəticəsində dövlət meşə fonduna maddi zərər dəymişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 saylı, xx xxxxxx 2019-cu il tarixli Qərarının 1 saylı Əlavəsinə əsasən dəymiş maddi zərərin məbləği 1400 (min dörd yüz) AZN məbləği həddində qiymətləndirilmişdir. Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 52483 saylı, xx xxxxxx 2019-cu il tarixli akt tərtib edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 X7 Təsərrüfatı Mərkəzi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə MN ******* saylı, xx xxxxxx 2019-cu il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin MN ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli “İnzibati xəta haqqında” qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 (beş yüz)manat məbləğində inzibati cərimə edilmişdir. Onu da qeyd edir ki, Cavabdeh müəyyən edilmiş cərimə məbləğindən 100 (yüz) AZN məbləğində və müəyyən edilmiş maddi zərərin məbləğindən 400 (dörd yüz) AZN məbləğində Dövlət nəfinə pul ödənişini həyata keçirmişdir. Lakin dəymiş maddi zərər bu günədək Cavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir. Hesab edir ki, Cavabdeh təqsirli və qanuna zidd hərəkətləri nəticəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinə dəymiş maddi zərərin əvəzi tam ödənilməlidir. İddiaçı tərəf dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün dəfələrlə Cavabdeh müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə dəymiş maddi zərərin əvəzini ödəməkdən yayınmışdır. Bu səbəbdən də, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzi Cavabdeh oğluna qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, dövlət meşə fonduna dəymiş 1000 (min) AZN məbləğində maddi zərərin əvəzininCavabdeh tutularaq, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavadeh Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Şəhriyar küçəsi, ev 18 ünvanda yaşayır. O, bir müddət əvvəl dostunun fermasında işləmiş və onun mal-qarasını saxlamışdır. Belə ki, 2019-cu ilin avqust ayında dostunun iri və xırda buynuzlu mal-qarasını özünün nəzarəti altında İmişli meşəbəylinin göyrüş cinsindən ibarət olan meşə sahəsində otarmışdır. Təbii ki, iri və xırda buynuzlu mal-qaranı otarması nəticəsində ərazidə əkilmiş meşə tingləri məhv olmuş və bununla da, dövlət meşə fonduna maddi zərər dəymişdir. Lakin özü də bilməmişdir ki, mal-qaranı meşə ərazisində otarmaq qanunsuz əməldir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzi tərəfindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə MN ******* saylı, xx xxxxxx 2019-cu il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin MN ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli “İnzibati xəta haqqında” qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 (beş yüz)manat məbləğində inzibati cərimə edilmişdir. Onu da qeyd edir ki, o, müəyyən edilmiş maddi zərərin bir hissəsini dövlət nəfinə ödəmişdir. Hal-hazırda isə, onun dövlət meşə fonduna dəymiş maddi zərəri ödəməyə maddi cəhətdən imkanı yoxdur. Ümumiyyətlə, hesab edir ki, mal-qaranı meşə ərazisində otarmağın qanunsuz əməl olduğunu bilmədiyi üçün onun heç bir təqsiri yoxdur. Bütün bunları nəzərə alaraq, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Ağcabədi Regional X3 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olanmüvafiq qaydada təsdiq edilmiş 52483 №-li, xx xxxxxx 2019cu il tarixli “aktın” surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən İmişli meşəbəylinin 3 saylı dolayının 9-cu sahəsində Cavabdeh 2015-ci ilin payız mövsümündə əkilmiş 3x1 sxemində 5.0 ha. göyrüş cinsindən ibarət meşə əkinini iri və xırda buynuzlu mal-qara ilə otarmaqla, tingləri inkişafdan dayandırması faktı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 saylı, xx xxxxxx 2019-cu il tarixli Qərarının 1 saylı Əlavəsinə əsasən dəymiş maddi zərərin məbləği 1400 (min dörd yüz) AZN məbləği həddində qiymətləndirilmişdir. İş materiallarında olanmüvafiq qaydada təsdiq edilmiş MN0302104 №-li, xx xxxxxx 2019-cu il tarixli “İnzibatixəta haqqında” protokolun surətindən görünür ki, xx xxxxxx 2019cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən baxış keçirilən zaman İmişli meşəbəylinin 3 saylı dolayının 9-cu sahəsində 2015-ci ilin payız mövsümündə əkilmiş 3x1 sxemində 5.0 ha. göyrüş cinsindən ibarət meşə əkinini iri və xırda buynuzlu mal-qara ilə otarılmaqla, tinglərin inkişafdan dayandırılması faktı müəyyən edilmişdir. İş materiallarında olanmüvafiq qaydada təsdiq edilmiş MN0280738 №-li, xx xxxxxxxx 2019-cu il tarixli “İnzibatixəta haqqında” qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 (beş yüz)manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli meşəbəylinin 3 saylı dolayının 9-cu sahəsi dövlət meşə fonduna məxsusdur və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması; 2. Dəymiş maddi zərərin məbləğinin 1400 (min dörd yüz) AZN məbləği təşkil edib-etməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İmişli meşəbəylinin 3 saylı dolayının 9-cu sahəsi dövlət meşə fonduna məxsus olduğu, eləcə də, mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi iləiddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinin İ və İV hissəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əssəm heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə “dövlət meşə fonduna dəymiş maddi zərərin məbləği” ilə bağlı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 saylı, xx xxxxxx 2019-cu il tarixli Qərarının 1 saylı Əlavəsinə, yəni dəymiş maddi zərərin məbləği normativ hüquqi akta əsasən müəyyən edildiyi üçün həmin məbləğin həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 30 saylı, xx xxxxxx 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, digər hüquqi şəxslər və vətəndaşlar aşağıdakı hallarda maddi məsuliyyət daşıyırlar: a) meşə qırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların kəsilməsi; b) köküstə yaş ağac və kolların boy artımı dayanacaq və ya dayanmayacaq dərəcəyə qədər zədələnməsi; v) kökdən kəsilmiş, həmçinin külək, qar və başqa səbəblər nəticəsində sınmış və yerə yıxılmış ağac və kolların mənimsənilməsi və yaxud köküstə quru ağac və kolların özbaşına qırılması; q) yandırılması və odla ehtiyatsız rəftar edilməsi nəticəsində meşənin, həmçinin tək-tək və qrup hallında olan ağac və kolların məhv edilməsi, yaxud zədələnməsi; ğ) meşənin, həmçinin tək-tək və qrup halında olan ağac və kolların quruyacaq və yaxud xəstələnəcək dərəcəyə qədər axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılar ilə zədələnməsi və ya məhv edilməsi; d) lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işləri aparılması, anbarlar tikilməsi, ağac emalı və digər işlərin görülməsi; e) meşə əkinlərində, meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacarların və tinglərin, həmçinin meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi, yaxud zədələnməsi; ə) meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanması; j) qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletinə əsasən icazə verilən sahələrdə özbaşına qoz, fındıq, şabalıd, yabanı (cır), habelə peyvənd çərdəkli meyvələrin və giləmeyvələrin, qamış və dərman bitkilərinin, meşə döşənəyinin, tökülmüş yarpaqların və bu müqabildən olan digər meşə məhsullarının tədarükü və yığılması; z) dövlət meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların məhv edilməsi və ya korlanması. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. X4 1.0.2-ci maddəsinə əsasən qanunvericilik aktları-Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin iddia ərizəsində qeyd etdiyi hallar, yəni mülki işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzi iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X8 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X8 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, 1. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzi mülki hüquq pozuntusuna (delikt) görə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edildiyi; 3. Mülki hüquq pozuntusu (delikt) nəticəsində dövlət meşə fonduna maddi zərərin dəyməsi və maddi zərərin məbləği məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı; 4. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bildiyi və eləcə də, bu hal məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 1000 (min) AZN məbləğində pul tutularaq, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (min) AZN məbləğində pul tutularaq, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 X7 Təsərrüfatı Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar