Məhkəmə qərarları › İş №2(036)-1160/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1160/2020

07.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1160/2020 07.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxx 1948-ci ildə İmişli rayonunun Gövhərli kəndində doğulması faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində soyadının Əhmədova, adının Fiqura, ata adının Havar, doğum tarixinin xx xxxx 1948-ci il, doğulduğu yerin İmişli rayon Gövhərli kəndi, ata qrafasında atasının X7, ana qrafasında anasının X2 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 ərizəyə uyğun izahat verərək göstərmüşdir ki, ərizəçi xx xxxx 1948-ci ildə İmişli rayonunun Gövhərli kəndində anadan olmuşdur. Atası X7 anası isə X4r. Ərizəçi doğum haqqında şəhadətnaməsinin olubolmamasını unudub, yaddaşında deyil. Doğum şəhadətnaməsi ona lazım olduğu üçün Qeydiyyat şöbəsinə yenisinin verilməsi ilə bağlı müraciət etmiş, lakin qeydiyyat şöbəsindən bildirilmişdir ki, onun doğum akt qeydi aşkar olunmadığı üçün ona yeni doğum şəhadətnaməsi verilə bilməz. Bundan sonra o, məcbur olub məhkəməyə müraciət etmişdir. Hazırda doğumu haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X10 ifadələrində Ərizəçi xx xxxx 1948-ci ildə İmişli rayonunun Gövhərli kəndində doğulmasını təsdiq etmişlər. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Ərizəçinun doğumu haqqında akt qeydləri aşkar olunmadığından ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, Ərizəçi xx xxxx 1948-ci ildə İmişli rayonunun Gövhərli kəndində doğulmuşdur, lakin onun doğumu qeydə alınmamışdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci madəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1948-ci il tarixdə İmişli rayonunun Gövhərli kəndində doğulması faktı qeydə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1948-ci il tarixdə İmişli rayonunun Gövhərli kəndində doğulması faktı qeydə alınsın və doğum akt qeydinin ata qrafasında X7, ana qrafasında X5 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar