Məhkəmə qərarları › İş №2(036)-1180/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1180/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1180/2023 23.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbi barədə iddia qaldıraraq xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh məxsus olan İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2012-ci ildə X6 ilə faktiki nikahla evlənərək Cavabdeh məxsus olan İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinə köçüb onunla ər-arvad kimi birlikdə yaşamışdır. Onların xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X3 adında uşaqları olmuş və indiyədək həmin ünvanda heç bir etiraz olmadan yaşayaraq ailənin digər üzvləri ilə birgə təsərrüfat aparmışdır. X6 24 aprel 2020-ci il tarixdə vəfat etdikdən sonra onun İmişli rayonu Murğuzallı kəndində yerləşən həmin fərdi yaşayış evində yaşamasına Cavabdeh etiraz etmiş və ondan yaşayış sahəsini boşaltmağı tələb edərək mənzil hüquqlarını pozmuşdur.Ona görə də, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh məxsus olan İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında iddia qaldırmışdır. İşdə olan AZ-İ № 363472 saylı «atalığın müəyyən edilməsi» haqqında şəhadətnamənin surətinə əsasən surətinə əsasən Cavabdeh İddiaçı doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 atası hesab edilmişdir. İşdə olan İmişli regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 09/69-21 saylı arayışa əsasən İddiaçı doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 doğumu xx.xx.2021-ci il tarixli 786 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Atası kimi X7 qeyd olunmuşdur. İşdə olan AZ-İİ 078053 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı 2012-ci ildə X6 ilə faktiki surətdə evlənərək onunla birlikdə Cavabdeh məxsus olan İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evində indiyədək yaşamış, onun xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X3 adında uşaqları olmuşdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ailə üzvləri sırasında olmamış və ona məxsus olan İmişli rayonu Murğuzallı kəndində yerləşən fərdi yaşayış evində AR Mülki Məcəlləsinin 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan qaydada yaşayış sahəsindən istifadə hüququ əldə etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar