Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1196/2023 11.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və ərizəçilər, Ərizəçi və X4 iştirakı ilə, ərizəçilər, ərizəçilər, Ərizəçi və X4 doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər, Ərizəçi və X8 doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək xx.xx.2019-cu il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olub Ərizəçi və X3 törəmiş X5 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, 2017-ci ildə X8 ilə faktiki surətdə evlənərək onunla birlikdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşamış, onların iki övladı olmuş və xx.xx.2023-cü il tarixdə nikahları bağlanmışdır. xx.xx.2019-cu il təvəllüdlü X1 şəhər xəstəxanasında qeysəriyyə əməliyyatı ilə doğulmuş, lakin xəstəxana tərəfindən verilmiş şəhadətnamə itdiyi üçün idiyədək uşağın doğum akt qeydi aparılmamışdır. Ona görə də, xx.xx.2019-cu il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olub Ərizəçi və X3 törəmiş X5 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə vermişlər. Ərizəçi X2 Elsevər Qərib oğlunun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan AZ-İİ 526074 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən,Ərizəçi və X4 nikahı 11 fevral 2023-cü il tarixdə 87 nömrə ilə qeydə alımışdır. İşdə olan Füzuli MRX PHŞ Horadiz Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 109 saylı Arayışa əsasən X8 xx.xx.2019-cu il tarixdə Horadiz şəhər xəstəxanasında qeysəriyyə əməliyyatı olmuş, bir oğlan övladı dünyaya gəlmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli Doğumun qeydə alınmasından imtina haqqında Rəyə əsasən X4 ərizəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X5 doğumunun qeydə alınmasından imtina edilmişdir. İşdə olan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan X14, X11, X12, X10 və X6 tərəfindən tərtib edilib İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbə İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.2023cü il tarixli Akta əsasən Ərizəçi ilə X8 evlidir və onların xx.xx.2019-cu il tarixdə bir oğlan övladı dünyaya gəlmişdir. Uşaq sağlamdır və hal-hazırda valideynləri ilə birlikdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi və X3 törəmiş xx.xx.2019-cu il təvəllüdlü X5 doğumunun doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə qismən təmin olunsun. X5 doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer- Füzuli rayonu Horadiz şəhəri ; doğum tarixi – xx.xx.2019-cu il ; anası X8; atası Ərizəçi qeyd olunsun. İddia tələbi təmin edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hакim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1196/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1196/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver