Məhkəmə qərarları › İş №2(036)-1212/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1212/2025

20.05.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1212/2025 20.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 18 avqust 1942-ci ildə Cəfərli kəndində anadan olmuş əri X4 1992-ci ilin noyabr ayında Rusiya Federasiyasına getmişdir və bu günə kimi geri qayıtmamışdır. Həmin vaxdandan ərindən heç bir məlumat yoxdur. Ərizəçi1 mülkiyyətinə verilmiş torpaq sahəsini nəvəsinə bağışlamaq istəyən zaman ərinin imza atmağını, əgər vəfat edibsə ölüm şəhadətnaməsini istəmişər. Oğlu Əhədov X6 rayon Qeydiyyat şöbəsinə müraciət edib ki, ərinə ölüm haqqında şəhadətnamə verilsin. Lakin İmişli rayon Qeydiyyat şöbəsində bildirmişlər ki, mərhumun ölməsi faktı tibbi sənədlə təsdiq olunmadığından ölüm haqqında şəhadətnamə verilə bilməz. Həmin faktın müəyyən edilməsi üçün oğluna məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Belə ki, Cəfərli kənd sakinləri X13 (AA1687857 FİN: 2MRD7JL tel:050 3979738), X7 (AZE 08808708 FİN 3PXPE6U tel:051 6173292), X8 (AZE 06491421 FİN 20DPU98 tel:050 6835060) ərinin Rusiya Federasiyasına getməsini və bir daha geri qayıtmamasını təsdiq edərlər. İmişli rayon İcra Hakimiyyəti Başçısının Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinində verdiyi arayışda da görünür ki, əri X2 Federasiyasına getmişdir və bu günə kimi geri qayıtmamışdır. Hazırda torpağın mülkiyyətə verilməsinə dair çıxarışda əri X3 imzası lazım olduğu üçün alqı-satqı və ya bağışlamanı rəsmiləşdirə bilməmişlər. Bu səbəbdən ərinin ölmüş elan edilməsi zəruridir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hər biri ayarı-ayrılıqda ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və ərizənin məzmununa uyğun olaraq izahat verdilər. Maraqlı şəxs İmişli Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 şəxsin ölmüş elan edilməsi haqqında ərizəsinə üzürlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçilərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 11 noyabr 1980-cı il tarixli, Vİİ-JQ seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1970-ci il tarixdə İmişli şəhərində doğulmuşdur. Onun atası X11, anası X5r. İş materiallarında olan xx.xx.1990-cı il tarixli, V-JQ seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X9 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmış və akt qeydləri kitabında 23 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan İmişli rayon İHB-nın İmişli şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 583 nömrəli arayışından görünür ki, X4 1992-ci ilin noyabr ayında Rusiya Federasiyasına getmiş və bu günə kimi geri qayıtmamışdır. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiləryə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, işin həqiqi halları, ərizəçinin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 1992-ci ilin noyabr ayında Rusiya Federasiyasına getmiş və bu günə kimi geri qayıtmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. İstinad edilən maddi hüquq normasından göründüyü kimi, hazırkı iddiaya münasibətdə şəxsin ölmüş elan edilməsinin müəyyən edilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması tələb olunur. Hazırkı halda isə iş materiallarında olan sənədlərlə şəxsin 1992-ci ildən həqiqətən ölkəni tərk etməsi və Rusiya Federasiyasına getməsi öz təsdiqini tapır. Məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Hazırda isə, nə qədər ki şəxsin Rusiya Federasiyasına getməsi məlumdur, onun ölmüş elan edilməsi, yalnız həmin şəxsin Rusiya Federasiyasında da olmaması ilə bağlı rəsmi məlumatın əldə edildiyi təqdirdə mümkün ola bilər. Göründüyü kimi, ərizəçilər də X3 Rusiya Federasiyasına getməsi barədə məlumat olsa da, onun nə ölkə ərazisində axtarışı, nə də ki Rusiya Federasiyası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası MPM-in 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiləryə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçilərin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçilər X3 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsələr də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmamışdır. İş materiallarında olan İmişli rayon İHB-nın İmişli şəhər İƏD üzrə nümayəndəliyinin arayışında X1 dəfə 1992-ci ilin noyabr ayında dövlət sərhədindən Rusiya Federasiyasına hərəkəti barədə məlumat olması əks olunsa da, bu fakt həmin şəxsin ölmüş hesab edilməsinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsi barədə ərizələrdən 100 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar