Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-122/2021 15.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı1, Cavabdeh: X4 iştirakı ilə, İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 Ələkbər oğlunun, X7, İddiaçı5, X2, İddiaçı7 Məmməd qızının və İddiaçı8 cavabdeh X6 qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4 Ələkbər oğlu, X7, İddiaçı5, X5, İddiaçı7 Məmməd qızı və İddiaçı8 cavabdeh X6 qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsinin, geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını, eləcə də, İddiaçı1 ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, iddiaçı tərəf ərizənin geri qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etdiyi, cavabdeh tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 Ələkbər oğlunun, X7, İddiaçı5, X2, İddiaçı7 Məmməd qızının və İddiaçı8 cavabdeh X6 qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-122/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-122/2021
15.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver