Məhkəmə qərarları › İş №2(036)-1238/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1238/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1238/2020 01.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdehnа qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3 ədəd 583 əyarlı 29.1 qram çəkidə boyunbağı, 1 ədəd 585 əyarlı 6.2 qram çəkidə qolbağı, 1 ədəd 585 əyarlı 7.1 qram çəkidə sırğa, 1 ədəd 500 əyarlı 11.4 qram çəckidə komplekt, 1 ədəd 583 əyarlı 27.8 qram çəkidə üzük, 1 ədəd 585 əyarlı 4.4 qram çəkidə üzük və 1 ədəd 375 əyarlı 7.9 qram çəkidə komplektdən ibarət qızıl-zinət əşyalarının və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ailə üzvünün müalicə xərci ilə bağlı yaranmış maddi problem səbəbindən həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymaqla faizlə borc pul götürmək məcburiyyətində qalmış və buna görə İmişli rayonu, H.Əliyev prospekti 111 ünvanında qızıl girov saxlamaqla kredit verən, fiziki şəxs Cavabdeh müraciət etmişdir. Müraciəti əsasında kreditor Cavabdeh onagötürəcəyi məbləğə uyğun olaraq 94 qram qızıl griov qoymalı olduğunu bildirmişdir.Şərtlərə uyğun olaraq lazımı sənədləri və 94 qram müxtəlif adda qızıl-zinətəşyalarını kreditora təqdim etmişdir. Belə ki, xx xxxxx 2018-ci il tarixdə onunla kreditor fiziki şəxs Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında ona aylıq 5 % (illik 60%) olmaqla 18 ay müddətə 3060 manat kredit verilmişdir. Bunun müqabilində də aralarında həmin tarixdə tərtib olunmuş girov müqaviləsi hesab olunan, ona məxsus qızıl-zinət əşyalarının girov alınmasını və saxlanmasını sübut edən girov aktı tərtib olunmuşdur.Həmin aktaəsasən o, kredit götürən zaman 3 ədəd 583 əyarlı 29.1 qram çəkidə boyunbağı, 1 ədəd 585 əyarlı 6.2 qram çəkidə qolbağı, 1 ədəd 585 əyarlı 7.1 qram çəkidə sırğa, 1 ədəd 500 əyarlı 11.4 qram çəckidə komplekt, 1 ədəd 583 əyarlı 27.8 qram çəkidə üzük, 1 ədəd 585 əyarlı 4.4 qram çəkidə üzük və 1 ədəd 375 əyarlı 7.9 qram çəkidə komplektdən ibarət qızılzinət əşyalarınıgirov qoymuşdur. Aralarında bağlanmış kredit müqaviləsi üzrə 18 ay müddətdə öhdəliyini vaxtı-vaxtında yerinə yetirərək, hər ay 270 manat olmaqla kredit ödənişlərini icra etmişdir. Bu müddət ərzində kredit müqaviləsi üzrə kreditora 3060 manat müqavilində toplam 4860 manat pul qaytarmışdır. Kredit müqaviləsi üzrə müəyyən olunmuş son ödəniş tarixinə, yəni xx.xx.2019-cu il tarixə bütün borc öhdəliyini icra etməsinə və həmin vaxtdan artıq 5 ay keçməsinə baxmayaraq, kreditor Cavabdeh müxtəlif bəhanələr gətirməklə girov saxladığı qızıl-zinət əşyalarını geri qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini tam şəkildə qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3 ədəd 583 əyarlı 29.1 qram çəkidə boyunbağı, 1 ədəd 585 əyarlı 6.2 qram çəkidə qolbağı, 1 ədəd 585 əyarlı 7.1 qram çəkidə sırğa, 1 ədəd 500 əyarlı 11.4 qram çəckidə komplekt, 1 ədəd 583 əyarlı 27.8 qram çəkidə üzük, 1 ədəd 585 əyarlı 4.4 qram çəkidə üzük və 1 ədəd 375 əyarlı 7.9 qram çəkidə komplektdən ibarət qızıl-zinət əşyalarının və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 3 ədəd 583 əyarlı 29.1 qram çəkidə boyunbağı, 1 ədəd 585 əyarlı 6.2 qram çəkidə qolbağı, 1 ədəd 585 əyarlı 7.1 qram çəkidə sırğa, 1 ədəd 500 əyarlı 11.4 qram çəckidə komplekt, 1 ədəd 583 əyarlı 27.8 qram çəkidə üzük, 1 ədəd 585 əyarlı 4.4 qram çəkidə üzük və 1 ədəd 375 əyarlı 7.9 qram çəkidə komplektdən ibarət qızıl-zinət əşyaları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3 ədəd 583 əyarlı 29.1 qram çəkidə boyunbağı, 1 ədəd 585 əyarlı 6.2 qram çəkidə qolbağı, 1 ədəd 585 əyarlı 7.1 qram çəkidə sırğa, 1 ədəd 500 əyarlı 11.4 qram çəckidə komplekt, 1 ədəd 583 əyarlı 27.8 qram çəkidə üzük, 1 ədəd 585 əyarlı 4.4 qram çəkidə üzük və 1 ədəd 375 əyarlı 7.9 qram çəkidə komplektdən ibarət qızıl-zinət əşyaları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar