Məhkəmə qərarları › İş №2(036)-127/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-127/2022

06.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-127/2022 06.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X10 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus İmişli şəhəri, H.Əliyev prospekti 124A ünvanında yerləşən 0.035 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz inşa etdiyi tikilinin öz hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qonşusu X6 ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt edib imişli rayonunun Ağaməmmədli kənd sakini Cavabdeh Yunus oğluna satmış, Cavabdeh Yunus oğlu da onun həmin ərazidə yaşamamasından istifadə edib ona məxsus torpaq sahəsində tikinti işi aparmaqdadır. Həmin torpaq sahəsinin ona məxsus olması rəsmi sənədlərlə təsdiq olunur. Belə ki, o, qardaşı X5 qarşı atasından miras qalmış İmişli şəhəri, H.Əİiyev prospekti 124A ünvanlnda yerləşən torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmış və İmişli Rayon Məhkəməsinin 15 aprel 2009cu il tarixli, 2(036)-158/2009 qərardadı ilə İmişli şəhəri, H.Əliyev prospekti 124 saylı ünvanda olan evin həyətyanı sahəsindən H.Əİiyev prospektinə çıxış verməklə 3 metr enində, 38 metr uzunluğunda yol ilə birlikdə 18 metr uzunluğunda, 10 metr enində həyətyanı torpaq sahəsindən ayrılıb onun mülkiyyətinə verilməsi şərti ilə aralarında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Lakin cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını və tikintini dayandırmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhəhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələbi taöm şəkildə əsassızdır. Belə ki, o, əsassız mübahisə predmeti olan torpaq sahəsini qanuni şəkildə alqı-satqı yolu ilə əldə etmiş və orada özünə ev tikməyə başlamışdır. Lakin iddiaçı əsassız olaraq ona qarşı iddia qaldırıb və məhkəmə müvəqqəti təminat tədbiri olaraq mübahisənin həll olunub qurtaranadək tikintinin dayandırılması barədə qərar qəbul edilmişdir. Bununla da iddiaçının ona qarşı əsassız iddia qaldırması və tikintinin dayandırılması nəticsində onun tikinti materialları sıradan çıxmış, o cümlədən sementləri daşlaşaraq məhv olmuş və beləliklə ona ümumilikd 2300 manatdan çox ziyan dəymişdir. Halbuki, o, öz xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edir və onun buna tam şəkildə hüququ vardır. Onun torpaq sahəsinə dair bütün lazımi sanədləri vardır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli, 2(036)-158/2009 qərardadının surətindən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti 124 saylı ünvanda olan evin həyətyanı sahəsindən H.Əİiyev prospektinə çıxış verməklə 3 metr enində, 38 metr uzunluğunda yol ilə birlikdə 18 metr uzunluğunda, 10 metr enində həyətyanı torpaq sahəsindən ayrılıb İddiaçı mülkiyyətinə verilməsi barədə barışıq sazişi təsdiq edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********73 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti 124A ünvanında yerləşən 0.035 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan məhkəmə mühəndis-texniki ekspertizasının 10 mart 2022-ci il tarixli, 10/1136 nömrəli rəyinə əsasən İmişli rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli, 2(036)-158/2009 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə X2 mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsi JN-695A saylı torpağa mülkiyyət hüququna daiş şəhadətnamə ilə X3 xüsusi mülkiyyətinə verilmiş 0.09 ha olan həyətyanı torpaq sahəsindən ayrılmışdır. (İddiaçı 0.035 ha, X7 0.055 ha). İddiaçı 0.035 ha torpaq sahəsinin DƏDR-də qeydiyyata aldırmamışdır. Həmin torpaq sahəsi Sabirabad rayon DƏDRX-nin 07.08.2008-ci il tarixli ********** nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, İmişli 1 saylı DNK 07.11.2008-ci il tarixli 4-Ə1-111 nömrəli bağışlanma müqaviləsi əsasında X8 tərəfindən həyat yoldaşına bağışlanılmışdır. Qeyd olunan torpaq sahəsi MN ******* nömrəli 16.11.2011-ci il tarixli çıxarışa əsasdən X4 mülkiyyətinə verilmişdir. 26.07.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən isə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi İddiaçı isə hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını itirmişdir və onun həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, istifadə və ya sərəncam vermək hüquqları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14.02.2003cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan İmişli rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(036)-1971/2021 saylı qərardadından görünür ki, müvəqqəti təminat tədbiri olaraq İddiaçı istifadəsində olan İmişli şəhəri, H.Əliyev prospekti 124A ünvanında yerləşən 0.035 ha torpaq sahəsində tikinti işlərinin aparılması Cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə görə məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin öz hesabına sökülməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması” tələbi barədə iddiası təmin edilməsin. İmişli rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(036)-1971/2021 saylı qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci ilkin iddia üzrə İddiaçı tutulub X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar