Məhkəmə qərarları › İş №2(036)-128/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-128/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-128/2025 16.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci ildən X9 xəstəxanasında feldşer vəzifəsində işləməsi barədə X9 xəstəxanasının baş həkiminin verdiyi arayışların ona məxsus olması və 1972-1993-cü illərdə X9 xəstəxanasında feldşer işləməyi yəni sosial sığorta stajının olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, o, xx.xx.1952-ci ildə Cəbrayıl rayounun Xudayarlı kəndində anadan olmuşdur. 1972-ci ildə feldşer diplomu almışdır. X9 xəstəxanasında erməni işğalına kimi - 1993-cü ilədək feldşer işləmişdir. Torpaqlarn işğalından sonra İmişli rayonuna gəlmişdir. xx.xx.1994-cü ildən xx.xx.2020-ci ilədək İmişli rayon epidemioloji mərkəzində işləmişdir. Ona xx.xx.2021-ci il tarixdə 497,82 manat pensiya müəyyən edilmişdir, sonrakı illərdə indeksləşdirilərək 692,45 manata çatdırıldı. Cavabdeh təşkilat yenidən hesablama apararaq xx.xx.2024-cü il tarixli məktubda ona bildirmişdir ki, "X9 xəstəxanasının arayışında qaralama olduğundan 1974-1992-ci illər dövrü sığorta stajına düzgün daxil edilməmişdir və həmin dövr çıxılmalıdır. Buna görə son 3 ildə ona artıq pensiya ödəməsi müəyyən edilir. 1974- 1992-ci illərin staja daxil edilməsi məhkəmə qərarından sonra mümkündür". Onun 1972-1993-cü illərdə X9 xəstəxanasında feldşer işləməyi həmin xəstəxananın baş həkiminin arayışları ilə təsdiq olunur. Arayışlarda adı səhvən X2 yazılmışdır. Sənədlər və ştamp işğal altında qaldığından əlavə sənədlər əldə etmək mümkün deyildir. Buna görə pensiyası dayandırılmışdır. Həmin arayışın ələ götürülməməsi orada yazılmış 1991-ci il rəqəmində 1 rəqəminin əllə qaralaması olmuşdur. Halbuki arayışda sonuncu rəqəmin qaralanması 1972-ci ildən 1993- cü ilə kimi həmin xəstəxanada işləməyini şübhə altına almır. 1972-ci ildə feldşer diplomu almışdır və ixtisası üzrə işləmişdir. Bu faktı şahidlər də təsdiq edə bilərlər. Belə ki, Cəbrayıl rayon sakinləri, hazırda İmişli rayonunda məskunlaşmış X4, X1 və X6 X8 yol xəstəxanasında erməni işğalına kimi - 1993-cü ilədək feldşer iişləməyini təsdiq edə bilərlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Ərizəçi ərizədə onun 1972-1993-cu illərdə Mincivan Dəmiryol xəstəxanasında feldşer işləməsinin həmin xəstəxanasının baş həkimin arayışı ilə təsdiq edildiyini bildirmişdir Arayışda adının səhvən X5 oglu yazılmışdır. Sənədlər və ştamp işgal altında qaldığından əlavə sənədlər əldə etməsi mümkün olmamış və bununla da pensiyası dayandırılmışdır. Buna səbəb arayışda sonuncu rəqəmin qaralanması, 1972-ci ildən 1993-cü ilədək həmin xəstəxanada işləməyi şübhə altına almışdır. Ərizəçi həmin faktların təsdiq olunması lə bağlı məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizəçi pensiya təyin edilməsi üçün maraqlı şəxsə müraciət etmişdir. Lakin ərizəçinin təqdim etdiyi X11! Xəstəxanasının arayışının surətində qaralama olduğundan arayışda qeyd olunan dövrun sığorta stajına daxıl edilməsi mümkün hesab edilməmişdir. İş materiallarından da göründüyü kimi ərizəçinin 1972-ci ildən X9 xəstəxanasında feldser vəzifəsində işləməsi barədə arayış mövcuddur. Bu hal isə işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lakin is materiallarından göründüyü kimi ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair arayış mövcuddur. Həmin arayış işə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qaydasında məhkəmədə baxılmasını istisna edir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçini dinləyib, ərizə iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, ərizə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş X9 xəstəxanası tərəfindən verilmiş arayışlardan görünür ki, X2 1972-ci ildən feldşer vəzifəsində işləmişdir. 1991-ci ildən birinci dərəcəli feldşerdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-148902/2824 nömrəli məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş müraciətinizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işinizə daxil olan sənədlərin surətlərinə əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrünüz nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 11 il 9 ay sığorta stajınız və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 14871,57 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2015-ci il tarixindən işdən azad olunduğunuz tarixədək 10276,74 manat (2020-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əməkpensiyanızın məbləği yenidən hesablanmış və pensiyanızın məbləğində (687,43 manat) dəyişiklik olmamışdır. Bildiririk ki, X9 Xəstəxanasının arayışının surətində qaralama olduğundan, eyni zamanda sənədlər işğal zonasında olduğu üçün arayışda qeyd olunan dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Müraciətinizlə əlaqədar olaraq bir daha bildiririk ki, 1974-1992-ci illərə aid əmək fəaliyyətiniz məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.7-ci maddələrinə görə isə, 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, ərizəçinin hazırki hüquqi marağı X9 xəstəxanasında 1972-ci ildən feldşer vəzifəsində işlədiyi iş işlərinin onun sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasıdır. X8 Yol xəstəxanasında 1972-ci ildən feldşer vəzifəsində işləməsi barədə arayışlar mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci maddəsinə əsasən əmək stajını təsdiq edən sənədlər əmək stajını təsdiq edən arxiv arayışı mövcud olduğu üçün bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəçinin 1972-ci ildən X9 xəstəxanasında feldşer vəzifəsində işləməsi barədə X9 xəstəxanasının baş həkiminin verdiyi arayışların ona məxsus olmasının təsdiqi barədə xahişi inzibati məhkəmə icraat zamanı aparılan araşdırmanın predmeti olmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddələrinin tələbləri baxımından məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda, arayışlarının ərizəçiyə məxsus olması məsələsi mübahisələndirildiyi təqdirdə müvafiq sorğuların verilməsi ilə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar müəyyən edilə bilər. Buna görə də, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında” ərizəsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262-ci maddəsinə əsasən: İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Ərizəçi iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli və iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçı Ərizəçi müvafiq iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar