Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1336/2024 31.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 - Cavabdeh qarşı “evə köçürülmə, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə GİRİŞ HİSSƏSİ: İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 - Cavabdeh qarşı “evə köçürülmə, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 - Cavabdeh qarşı “evə köçürülmə, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların onlara məxsus İmişli rayonu, Allahmədətli qəsəbəsində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi və Cavabdeh az yaşlı uşaqları ilə birlikdə İmişli rayonu, Allahmədətli qəsəbəsində yerləşən 2 otaqlı fərdi yaşayış evindən çıxarılması və həmin evin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar iddia tələbi dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıların onlara məxsus İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində yerləşən 64 saylı 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi və Cavabdeh az yaşlı uşaqları ilə birlikdə İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində yerləşən 64 saylı 2 otaqlı fərdi yaşayış evindən çıxarılması və həmin evin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə “Kür” çayının daşması nəticəsində onlara Allahmədətli kəndində olan fərdi yaşayış evlərini sel sularının altında qalaraq yararsız hala düşmüşdür. Bundan sonra Dövlət tərəfindən Allahmədətli qəsəbəsi salındı və həmin qəsəbədə onlara 2 otaqlı fərdi yaşayış evi tikilərək onlara təhfil verilmişdir. Bildirirlər ki, həmin ev aşağıda göstərilən şəxslərə verilmişdir. Babayeva (Aslanova) Dilarə Zakir qızına, İddiaçı2, İddiaçı3 və mərhum X7. Həmin evin onlara verilməsini iş materialları ilə əlavə edilən arayışda sübut edir. Qeyd edirlər ki, hazırda həmin evə heç bir aidiyyatı olmayan Cavabdeh dövlət tərəfindən tikilib onların istifadəsinə verilmiş evi zəbt edərək onları ora buraxmır. Onlar dəfələrlə cavabdehden qanunsuz əməllərinə son qoyub evi boşatlmasını tələb etsələr də o, yenədə qanunsuz əməllərini davam etdirərək evdən çıxmır. Onların başqa çıxış yolu olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bildirir ki, 2008-ci il noyabr ayında keçmiş həyat yoldaşı mərhum Xanoğlan Aslanovla aralarında olan münaqişələrdən sonra məhkəməyə boşanma və birgə mülkiyətlərinin bölünməsi üçün iddia ərizəsi vermişdir. Boşanma və mülkiyyət bölgüsü olana qədər həyat yoldaşı Cavabdeh ilə qeyri rəsmi evlənərək onun və övladlarının icazəsi olmadan İmişli rayonu, Allahmədətli kəndindəki evlərinə gətirdi. Onu və böyük oğlu İddiaçı3 evə qoymadı. Bundan sonra Məhkəməyə müraciət edildi və İmişli Rayon Məhkəməsinin 27 avqust 2008-ci il tarixli qərarı ilə Cavabdeh onların evindən çıxarıldı. Oğlu Xosrov və o, evlərinə yerləşdirildi. Sonradan İmişli Rayon Məhkəməsinin 14 noyabr 2008-ci il tarixli 2 (036) 209/2008 saylı qərarı ilə mərhum keçmiş həyat yoldaşı Xanoğlan Aslanovla boşanma və mülkiyyətin bölünməsi qərarı çıxarıldı. Həmin məhkəmə qərarında İmişli rayonu, Allahmədətli kəndində olan 2( iki) yataq otaqı və 1 (bir) zaldan ibarət ev 2 (iki) yerə bölündü. Böyük oğlu Xosrov və o, o zaman Aslanova indi (Babayeva) Dilarəyə evin bir otaq və zalın yarısı, kiçik oğlu İddiaçı2 və keçmiş həyat yoldaşı mərhum Xanoğlan Aslanova bir otaq və zalın yarısı verildi. Digər yerlərdə müştərək istifadəyə verilmişdir. Bundan sonra Xanoğlan Aslanov qeyri rəsmi yaşadığı Cavabdeh oğlu Kənanla paylarına düşən yerə gətirdi və orda yaşadılar. Evin yarısında oğlu Xosrov və o, yarısında da, oğlu Kənan, Xanoğlan və Adilə yaşayırdı. 2010cu ildə “Kür” çayında baş verən daşqın və sel nəticəsində hər kəs kimi onların da təhlükəsizliyi üçün dövlətin adiyatı qurumları tərəfindən Atlahmədətli kəndində evdən çıxarıldıq. O, və oğlu Xosrovla Bəhrəmtəpə qəsəbəsində qohumlarının evinə müvəqqəti olaraq yerləşdilər. Sonradan 2010-cu ilin sonlarında Dövlət tərəfindən onların da evin içində olduğu Sel fəlakətindən uçan evlərin əvəzinə Telişli kənd ərazisində 104 (yüz dörd) evlik qəsəbə salındı və 64 (altımış dörd) saylı ev də onlara verildi. Amma 2010-cu ildən bu günə kimi nə oğlu Xosrov nədə ki, o, İddiaçı1 (Aslanova) dövlət tərfindən tikilən evə girə bilmirlər. İlk öncə evdə kiçik oğlu Kənan, Xanoğlan və Cavabdeh qalırdı. Sonradan oğlu Kənanı da Cavabdeh evdən çıxardmışdır. Hətda mübarizə apardığı üçün bir dəfə döyülmə bəhanəsi ilə 500 (beş yüz) manat cərimə də olunmuşdur. Cavabdeh evi tam olaraq əlinə keçirmiş və heç kimi evə buraxmır. 2022-ci ilin fevral ayında Xanoğlan Aslanov baxımsızlıqdan xəstələnir amma Cavabdeh heç kimə xəbər vermir. X22 komaya düşüb heç kimi tanımadığı və danışa bilmədiyi vəziyyətdə övladlarına, ona və digər qohumlara xəbər verdi. Heç kimlə bir kəlmə belə danışa bilmədi və Xanoğlan Aslanov dünyasını dəyişdi. Cavabdeh bir gün də onu övladlarını haqları olan evə girməyə imkan vermir. İş materiallarında olan arayışlardan da çox açıq şəkildə görünür ki, qəsəbədə tikilən ev Xanoğlan, Dilarə, Xosrov və Kənan üçün Allahmədətli kəndində uçan evin əvəzinə tikilmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilən 2008-ci il tarixli Məhkəmə qərarında açıq şəkildə Allahmədətli kəndində olan evin 2 yerə bölündüyünü tam yarısının oğlu Xosrov və ona, digər tam yarısının kiçik oğlu Kənan və Xanoğlana aid olduğu qərara alınmışdır. Bütün yazılanlara, Məhkəmə qərarları dövlət tərəfindən verilən arayışa baxdıqda çox açıq şəkildə bəlli olur ki, Cavabdeh Xanoğlan Aslanovla qeyri qanuni və qeyri rəsmi yaşamış, aralarında heç bir rəsmi evlilik olmamışdır. Ona görə də 2008-ci ildə İmişli Rayon Məhkəməsinin qərarı ilə evdən çıxarılmış, eyni zamanda qəsəbədə tikilən ev Allahmədətli kəndindəki evin əvəzinə 4 nəfər Xanoğlan, Dilarə, Xosrov və Kənana aid olduğu ortadadır. Cavabdeh Xanoğlan Aslanov və İddiaçı2 düşən payda sadəcə yaşamaq hüququ olmasına baxmayaraq artıq 14 (on dörd) ildir onları qanuni dövlət tərəfindən tanınan və qorunan Konstitusiya hüquqlarından məhrum edib. Ona görədə hesab edir ki, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulmalı və uşaqları ilə birlikdə onlara məxsus evdən çıxarılmasını və onların qanunla hüququ olan evə köçürülməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı2 və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ İİ 264152 nömrəli şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə insulindən asılı olmayan şəkərli diabet, koma ilə səbəbindən vəfat etmişdir: İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ İV 740135 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2011-ci il tarixdə İmişli şəhərində anadan olmuş, atası X11, anası X3r: İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ İV 740134 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə İmişli şəhərində anadan olmuş, atası X11, anası X3r: İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 226 nömrəli məktubundan görünür ki, İmişli rayonu ərazisində yeni salınmış Allahmədətli qəsəbəsində RİH Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olan X7 ailə üzvlərinin sayı 4 nəfərdən – Aslanova (Babayeva) Dilarə Zakir qızı, İddiaçı3 və X5 ibarət olmaqla 2 otaqlı fərdi yaşayış evi tikilmişdir: İmişli RİH Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 219 nömrəli arayışından görünür ki, 2010-cu il “Kür” çayının daşması ilə əlaqədar olaraq yeni salınmış Allahmədətli qəsəbəsində Aslanova (Babayeva) Dilarə Zakir qızı, İddiaçı3 və X9 2 otaqlı ev verilmişdir: İmişli Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(036)-117/2008 saylı qətnaməsindən görünür ki, X2 rayonu, Allahmədətli kəndində yerləşən ona birgə nikahla məxsus olan fərdi yaşayış evinə köçürülmüş və Cavabdeh İmişli rayonu, Allahmədətli kəndində yerləşən X12 birgə mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evindən çıxarılmışdır: İmişli Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(036)-209/2008 saylı qətnaməsi ilə qət edilmişdir ki, İmişli rayonu Allahmədətli kəndində yerləşən iki otaqdan və bağlı eyvandan ibarət ev tikilisi təsərrüfat təyinatlı yardımçı tikililər və tövlə tikilisi, həmin ev tikilisinin və digər tikililərin yerləşdiyi və onların birgə mülkiyyəti olan 1,50 ha torpaq sahəsi onların yaşadıqları faktiki vəziyyətə uyğun olaraq ev tikilisinə və digər tikililərə bitişik olmaqla iki bərabər paylara bölünsün. Ev tikilisinin bir otağı və onun qarşısında yerləşən bağlı eyvan hissəsi və təsərrüfat təyinatlı yardımçı tikililərin və tövlə tikilisinin yarısı ilə birlikdə həmin tikili hissəsinə bitişik olmaqla yerləşən 0,75 ha torpaq sahəsi X10 mülkiyyətinə və həmin daşınmaz əmlakın digər yarısı, təsərrüfat təyinatlı yardımçı tikililər və tövlə tikilisinin yarısı isə X6 mülkiyyətinə verilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(036)-654/2010 saylı qətnaməsindən görünür ki, X4 2010-cu il “Kür” çayının daşması nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 400 manat kompensasiyanın 200 (iki yüz) manat məbləğində hissəsi və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı3 verilmişdir: İmişli RİH Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 105 nömrəli arayışından görünür ki, 2010-cu il “Kür” çayının daşması nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində 64 nömrəli ev mərhum X11, İddiaçı1, İddiaçı3 və X9 2 otaqlı ev verilmişdir:
ƏSASLANDİRMA HİSSƏSİ:
4. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
5. Məhkəmənin mövqeyi
Beləliklə məhkəmə araşdırması zamanı, tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(036)-117/2008 saylı qətnaməsinə əsasən X2 rayonu, Allahmədətli kəndində yerləşən ona birgə nikahla məxsus olan fərdi yaşayış evinə köçürülmüş və Cavabdeh İmişli rayonu, Allahmədətli kəndində yerləşən X12 birgə mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evindən çıxarılmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(036)-209/2008 saylı qətnaməsi ilə qət edilmişdir ki, İmişli rayonu Allahmədətli kəndində yerləşən iki otaqdan və bağlı eyvandan ibarət ev tikilisi təsərrüfat təyinatlı yardımçı tikililər və tövlə tikilisi, həmin ev tikilisinin və digər tikililərin yerləşdiyi və onların birgə mülkiyyəti olan 1,50 ha torpaq sahəsi onların yaşadıqları faktiki vəziyyətə uyğun olaraq ev tikilisinə və digər tikililərə bitişik olmaqla iki bərabər paylara bölünsün. Ev tikilisinin bir otağı və onun qarşısında yerləşən bağlı eyvan hissəsi və təsərrüfat təyinatlı yardımçı tikililərin və tövlə tikilisinin yarısı ilə birlikdə həmin tikili hissəsinə bitişik olmaqla yerləşən 0,75 ha torpaq sahəsi X10 mülkiyyətinə və həmin daşınmaz əmlakın digər yarısı, təsərrüfat təyinatlı yardımçı tikililər və tövlə tikilisinin yarısı isə X6 mülkiyyətinə verilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(036)- 654/2010 saylı qətnaməsindən görünür ki, X4 2010-cu il “Kür” çayının daşması nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 400 manat kompensasiyanın 200 (iki yüz) manat məbləğində hissəsi və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı3 verilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 226 nömrəli məktubundan görünür ki, İmişli rayonu ərazisində yeni salınmış Allahmədətli qəsəbəsində RİH Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olan X7 ailə üzvlərinin sayı 4 nəfərdən – Aslanova (Babayeva) Dilarə Zakir qızı, İddiaçı3 və X5 ibarət olmaqla 2 otaqlı fərdi yaşayış evi tikilmişdir. İmişli RİH Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 219 nömrəli arayışından görünür ki, 2010-cu il “Kür” çayının daşması ilə əlaqədar olaraq yeni salınmış Allahmədətli qəsəbəsində Aslanova (Babayeva) Dilarə Zakir qızı, İddiaçı3 və X9 2 otaqlı ev verilmişdir. İmişli RİH Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 105 nömrəli arayışından görünür ki, 2010-cu il “Kür” çayının daşması nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində 64 nömrəli ev mərhum X11, İddiaçı1, İddiaçı3 və X9 2 otaqlı ev verilmişdir: Hazırki iddia tələbi ilə iddiaçılar İmişli rayonu, Allahmədətli qəsəbəsində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi və Cavabdeh az yaşlı uşaqları ilə birlikdə İmişli rayonu, Allahmədətli qəsəbəsində yerləşən 2 otaqlı fərdi yaşayış evindən çıxarılması və həmin evin onlara təhvil verilməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, Cavabdeh İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində yerləşən 64 nömrəli yaşayış evinə heç bir subyektiv hüququ olmadığı üçün iddia təmin edilməlidir. Bunun əksinə olaraq iddiaçılar İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində yerləşən 64 nömrəli yaşayış evinə və həyətyanı sahəsinə İmişli Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(036)-117/2008 saylı qətnaməsi və xx.xx.2008-ci il tarixli 2(036)-209/2008 saylı qətnamələri əsasında subyektiv hüquqlar əldə etmişlər. Həmin qətnamədə göstərilən və iddiaçıların subyektiv hüquqları mövcud olan İmişli rayonu Allahmədətli kəndində yerləşən iki otaqdan və bağlı eyvandan ibarət ev tikilisi təsərrüfat təyinatlı yardımçı tikililər və tövlə tikilisi, həmin ev tikilisinin və digər tikililərin yerləşdiyi və onların birgə mülkiyyəti olan 1,50 ha torpaq sahəsi 2010-cu il “Kür” çayının daşması nəticəsində yararsız vəziyyətə düşmüşdür. Bunun müqabiləndə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində 64 nömrəli ev mərhum X11, İddiaçı1, İddiaçı3 və X9 2 otaqlı ev verilmişdir. Bu fakt İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 226 nömrəli məktubu, İmişli RİH Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 219 nömrəli arayış, İmişli RİH Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 105 nömrəli arayış ilə öz əksini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıların Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində 64 nömrəli ev üzərində istifadə hüquqları mövcuddur. Həmçinin, cavabdeh tərəfindən subyektiv hüququnun mövcudluğu ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh X11 faktiki nikah münasibətlərindən olan uşaqların İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində 64 nömrəli evdən çıxarılması hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, X6 həmin daşınmaz əmlak üzərində mövcud olmuş subyektiv hüquqları vərəsəlik qaydasında keçməlidir. Buna görə də Cavabdeh X11 faktiki nikah münasibətlərindən olan uşaqların İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində 64 nömrəli evdən çıxarılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3 və X1 rayonu, Yeni Allahmədətli qəsəbəsində yerləşən 64 saylı 2 otaqlı fərdi yaşayış evinə köçürülməli, Cavabdeh İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində yerləşən 64 saylı 2 otaqlı fərdi yaşayış evindən çıxarılmalı və həmin ev iddiaçılara təhvil verilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və X1 rayonu, Yeni Allahmədətli qəsəbəsində yerləşən 64 saylı 2 otaqlı fərdi yaşayış evinə köçürülsün. Cavabdeh İmişli rayonu, Yeni Allahmədətli qəsəbəsində yerləşən 64 saylı 2 otaqlı fərdi yaşayış evindən çıxarılsın və həmin ev iddiaçılara təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud