Məhkəmə qərarları › İş №2(036)-1337/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1337/2024

24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1337/2024 24.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X8 iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “aliment və uşağın ananın himayəsində qalması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı - Cavabdeh qarşı “aliment və uşağın ananın himayəsində qalması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cü il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, həmçinin X2 onun yanında saxlanması və qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İmişli şəhəri, Sabuhi Əsədov küçəsi, ev 29-da yaşayan Cavabdeh ilə 03 oktyabr 1998-ci il tarixdə İmişli kənd İcra nümayəndəliyində rəsmi nigah münasibətinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 uşağları var. xx.xx.2001-ci il təvəllüdlü X7, xx.xx.1999-cu il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4r. Bir müddət cavadeh ilə mehriban ailə kimi yaşadıqdan sonra ailə münasibətləri pozulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən rəsmi qaydada boşanmışlar. Məhkəmə qətnaməsinə əsasən oğlu X6 atası Şamilin yanında saxlanılmışdır. Boşandığı vaxtdan sonra oğlu Hüseyn Cəbrayılzadə atasının yanında 01 mart 2024-cü il tarixə kimi qalmış, həmin vaxtdan oğlu Hüseyn Cəbrayılzadə atasının yanında qalmaqdan imtina edərək yanına gəlmiş və onunla bir yerdə yaşamışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh xx.xx.2010-cü il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər hər ay bir uşağa görə qazancın və ya valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutularaq ona verilməsi, həmçinin X2 onun yanında saxlanması və qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X14 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və vəkilin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İmişli Rayon Məhkəməsinin 2(036)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında İmişli rayon Muradallı kənd icra nümayəndəliyində bağlanmış xx.xx.1998-ci il tarixli, 10 saylı akt ilə qeydə alınmış nikah pozulmuş və nikahın pozulmasından sonra xx.xx.2010-cu il təvəllüdlü X6 atası Cavabdeh yanında qalmışdır. İş materiallarına əlavə olunmuş İmişli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-53-8/2-1037/2024 saylı rətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment tələbi və uşağın ana himayəsində saxlanması” tələbi barədə İmişli Rayon Məhkəməsindən daxil olmuş mülki işlə bağlı İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı aydın olmuşdur ki, hazırda yetkinlik yaşına çatmayan - X6 anası - İddiaçı himayəsində onunla birlikdə yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə görə 7 yaşına çatmış uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan uşaqların fikiri nəzərə alınmalıdır. Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda Məhkəmə və ya Qəyyumluq və Himayə orqanı yalnız 7 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. xx.xx.2010-cu il təvəllüdlü X6 valideynlərindən hansının yanında qalmaq istəməsi barədə fikri Komissiya üzvlərinin iştirakı ilə yazılı formada öyrənilmişdir. X6 yazılı izahat verərək anası İddiaçı himayəsində saxlanılmasını istəmişdir. Yuxarda qeyd olunanlara əsasən Qəyyumluq və Himayəçilik Komissiyası belə qənaətə gəlmişdir ki, yetkinlik yaşına çatmayan - X2 yazılı izahatını nəzərə alaraq anası İddiaçı himayəsində saxlanılması uşağın mənafeyinə uyğundur. İş materiallarına əlavə olunmuş izahatdan görünür ki, X6 bir müddət atasının himayəsində yaşamışdır. Hazırda anası İddiaçı yanında yaşayır və onun yanında qalmaq istəyir. İş materiallarına əlavə olunmuş İmişli Mənzil Kommunal X3 xx.xx.2024-cü il tarixli 131 nömrəli məktubundan görünür ki, İddiaçı İmişli şəhəri, A.Şadlinski küçəsi, 48 saylı binanın 41 saylı mənzilində aşağıda göstərilən ailə üzvləri ilə birlikdə oğlu X9 və oğlu X5 yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X7, xx.xx.1999-cu il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar. Uşaq anası ilə yaşayır, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya maddi köməklik göstərmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (AM 76.2) Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, hazırda yetkinlik yaşına çatmayan - X6 anası - İddiaçı himayəsində onunla birlikdə yaşayır. Ona görə də, İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşağı xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması uşağın mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, məhkəmə hazırkı iddia tələbi barədə qətnamə çıxararkən həmçinin uşağın valideynlərindən kimin yanında qalması və uşaq üçün alimentin hansı valideyndən hansı miqdarda tutulması məsələsinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda, eləcə də uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən hansı miqdarda tutulmasını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında saxlanılması məsələsini həll edərkən qeyd olunan normaları tətbiq edərək, eləcə də uşağın üstün mənafelərini rəhbər tutaraq, uşağın yaşını, hal-hazırda da anasının yanında yaşamasını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2010-ci il təvəllüdlü X6 iddiaçı (anası) İddiaçı yanında qalmalı və xx.xx.2010-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2010-ci il təvəllüdlü X6 iddiaçı (anası) İddiaçı yanında saxlanılsın. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2010-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 13 may 2024-cü il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar