Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1347/2025 22.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı - cavabdeh İmişli Regional Cavabdehndə Notariat Kontoruna və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-ə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh İmişli Regional Cavabdehndə Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontorunun xx.xx.2021-ci il tarixdə 8İ-4788 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. "xxxx" MMC-nin nümayəndəsinin ərizəsi əsasında "xxxx" MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontoru ondan və qardaşı X5 "xxxx" BOKT MMC-nin tələbi ilə tutmanın ona məxsus İmişli şəhəri, H.Əliyev prospekti, dalan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi barədə xx.xx.2021-ci il tarixdə 8İ-4788 nömrəli icra qeydi aparmışdır. İcra qeydinin aparılması barədə İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontoru və ya tələbkar "xxxx" BOKT MMC tərəfindən ona rəsmi bildiriş göndərilməmiş və icra qeydi aparılması nəzərdə tutulan tələbin mübahisəsiz olub-olmaması aydınlaşdırılmamışdır. Ona görə də hesab edir ki, icra qeydi qanunsuz və əsassızdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir, icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılmasını tələb etmək hüququna malikdir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi iddia ərisinə etiraz göndərərək, göstərmişdir ki, İmişli regional Cavabdeh notariat ofisinin 8İ- 4788 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi aparılmış, ipoteka qoyan X7 (AA1083909, xx.xx.2019 Asan-İmişli, FİN:11050W9) məxsus ipoteka predmeti olan ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli, **********78-10301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İmişli şəhəri H.Əliyev prospekti dalan 1, ev 20 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 290.5 kv.m ümumi sahədən ibarət əmlaka (öhdəliyi müəyyən edən 1466 saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 14840.95 AZN əsas borc, 3400.29 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 18241.24 AZN təşkil etmiş) tutma yönəldilmişdir. "xxxx" MMC tərəfindən keçirilən ilkin və təkrar hərraclar hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla əlaqədar olaraq ipoteka predmeti olan, İmişli şəhəri, H.Əliyev prospekti dalan 1, ev 20 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 290.5 kv.m ümumi sahədən ibarət əmlak “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinin tələbinə uyğun olaraq təkrar hərracdakı satış dəyərinin 25%-dən az olmamaqla xx.xx.2022-ci il tarixli 108/22 saylı “İpoteka predmetinin əldə edilməsi barədə” məktubla ipoteka saxlayan "xxxx" MMC bundan sonra "xxxx" MMC-yə təklif olunmuşdur. Təklif qəbul edilmiş xx.xx.2022-ci tarixdə hərracın yekunları barədə 10/22 saylı protokol tərtib edilmiş, əmlak - 63750 (altmış üç min min yeddi yüz əlli manat) AZN məbləğində "xxxx" MMC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrinin 6 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********78- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İmişli şəhəri H.Əliyev prospekti dalan 1, ev 20 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 290.5 kv.m ümumi sahədən ibarət əmlak "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Plenum qərarına əsasən “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa İmişli regional Cavabdeh notariat ofisinin 8İ-4788 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydini təxminən dörd ildən sonra mübahisələndirilməsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında şifahi formada razılıq olmuşdur. İddiaçı icra qeydinin verilməsindən isə 2024-cü ilin axırlarında məlumatlı olmuşdur. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X12 məhkəmənin elektron kabinetinə ərizə ilə müraciət edərək iş çoxluğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun işıtirakı olmadan baxılıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İmişli Regional Cavabdehndə Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məşkəmə baxışı zamanı tədqiq edilmiş: - İmişli Regional Cavabdehndə Notariat Kontorunun xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, İmişli regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan - AZ1025, ünvan 1 ünvanında yerləşən "PSG FİNANS” Bank Olmayan Kredit X4 Cəmiyyəti tələbi ilə ipoteka qoyan - İmişli şəhəri, Babək küçəsi 9 ünvanında qeydiyyatda olan İddiaçığa Malik oğlundan (AZE*******, xx.xx.2011 - İmişli; FİN: xxxxxxx; d/t: xx.xx.1961), İmişli şəhəri 5 ünvanında qeydiyyatda olan X5 (AA1083909, xx.xx.2019 - Asan-İmişli; FİN: 11Q50W9; d/t: xx.xx.1972) məxsus ipoteka predmeti olan X7 məxsus İmişli şəhəri, H,Əliyev prospekti, dalan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən 1466 saylı kredit müqaviləsi müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 14840.95 AZN əsas borc, 3400.29 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 18241.24 AZN təşkil edir.) Həmin icra qeydi xx.xx.2021 tarixdə aparılmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 10/22 nömrəli hərracın yekunları barədə protokolundan görünür ki, sifarişçi İmişli rayon İcra Şöbəsi, hərracın təşkilatçısı "xxxx" MMC-nin direktor X10 olmaqla ipoteka predmeti olan, borclu İddiaçığa Malik oğluna məxsus, İmişli rayonu, H.Əliyev prospekti, dalan 1 ünvanında yerləşən, ümumi sahəsi 290,5 kv.metr olan fərdi yaşayış evi və yerləşdiyi 0,07 ha torpaq sahəsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinə əsasən Əmlakın tələbkara təklif edilən qiyməti - təkrar hərracdakı satış qiymətindən 25% az olmamaqla 63.750 (altmış üç min yeddi yüz əlli) manata "xxxx" BOKT MMC satılmışdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya ********** saylı «Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İmişli şəhəri, H.Əliyev prospekti, 20 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi üzərində İddiaçığa Malik oğlunun mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya ********** saylı «Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İmişli şəhəri, H.Əliyev prospekti, 20 saylı ünvanda yerləşən fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2019-cu il tarixdən "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində **********78- 10301 №li reyestr kitabında qeydiyyata alınmışdır. - "xxxx" BOKT MMC ilə İddiaçığa Malik oğlu və X9 arasında bağlanmış xx.xx.2019cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçığa Malik oğluna məxsus, İmişli rayonu, H.Əliyev prospekti, dalan 1 ünvanında yerləşən, ümumi sahəsi 290,5 kv.metr olan fərdi yaşayış evi və yerləşdiyi 0,07 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. - İddiaçı "xxxx" BOKT-a olan 1466 saylı kredit müqaviləsi üzrə kredit borcunun hesablanması haqqında arayışın surətindən görünür ki, cavabdeh İddiaçığa Malik oğlunun xx.xx.2021-ci il tarixinə borcu 18241.24 manat təşkil edir. - "xxxx" BOKT MMC ilə İddiaçığa Malik oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1466 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC İddiaçığa Malik oğluna 36 (otuz altı) ay müddətinə 20 000 (iyirmi min) manat məbləğində kredit verməyi, Borcalan isə krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri qrafik üzrə «Borc verənə» qaytarmağına dair pul öhdəlik götürmüşdür. - "xxxx" MMC-nin FŞ001/06-25 nömrəli hesabatından görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti, dalan 2 ünvanında yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq üzərində tikilmiş ümumi sahəsi 298,5 kv.metr olan daşınmaz əmlakin - fərdi yaşayış evinin hazırki dövr üçün faktiki vəziyyətini nəzərə alaraq real bazar qiymətinin müəyyənləşdirilməsi işi həyata keçirilmişdir. Qiymətləndirmə prosesi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa, Azərbaycan milli qiymətləndirmə standartlarına, beynəlxalq qiymətləndirmə standartlarına və digər qanunvericilik aktlarına uyğun olaraq aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən, İmişli şəhəri, H.Əliyev prospekti, dalan 2 ünvanda yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq üzərində tikilmiş ümumi sahəsi 298,5 kv.metr olan daşınmaz əmlakın - fərdi yaşayış evinin hazırki dövr üçün faktiki vəziyyətini nəzərə alaraq real bazar qiymətləri ilə qiyməti torpaqla birlikdə yuvarlaq rəqəmlə 327000,0 (üç yüz iyirmi yeddi min) manat, likvid dəyəri isə 315000,0 (üç yüz on beş min) manat təşkil edir. - "xxxx" BOKT MMC-nin 0918/21 nömrəli, xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, İddiaçığa Malik oğluna "xxxx" BOKT MMC ilə İddiaçığa Malik oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1466 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə ümumilikdə 17825.69 manat məbləğində borcu yarandığı, ödənilmədiyi təqdirdə ipoteka predmeti olan İmişli şəhəri, H.Əliyev prospekti, dalan 2 ünvanda yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq üzərində tikilmiş ümumi sahəsi 298,5 kv.metr olan daşınmaz əmlaka yönəldilicəyi bildirilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İmişli regional Cavabdeh notariat ofisinin 8İ-4788 nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi aparılmış, ipoteka qoyan X7 (AA1083909, xx.xx.2019 Asan-İmişli, FİN:11050W9) məxsus ipoteka predmeti olan ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli, **********78-10301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İmişli şəhəri H.Əliyev prospekti dalan 1, ev 20 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 290.5 kv.m ümumi sahədən ibarət əmlaka (öhdəliyi müəyyən edən 1466 saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 14840.95 AZN əsas borc, 3400.29 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 18241.24 AZN təşkil etmiş) tutma yönəldilmişdir. "xxxx" MMC tərəfindən keçirilən ilkin və təkrar hərraclar hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla əlaqədar olaraq ipoteka predmeti olan, İmişli şəhəri, H.Əliyev prospekti dalan 1, ev 20 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 290.5 kv.m ümumi sahədən ibarət əmlak “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinin tələbinə uyğun olaraq təkrar hərracdakı satış dəyərinin 25%-dən az olmamaqla xx.xx.2022-ci il tarixli 108/22 saylı “İpoteka predmetinin əldə edilməsi barədə” məktubla ipoteka saxlayan "xxxx" MMC bundan sonra "xxxx" MMC-yə təklif olunmuşdur. Təklif qəbul edilmiş xx.xx.2022-ci tarixdə hərracın yekunları barədə 10/22 saylı protokol tərtib edilmiş, əmlak - 63750 (altmış üç min min yeddi yüz əlli manat) AZN məbləğində "xxxx" MMC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrinin 6 saylı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli **********78-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İmişli şəhəri H.Əliyev prospekti dalan 1, ev 20 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən 290.5 kv.m ümumi sahədən ibarət əmlak "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı həmin icra qeydini mübahisələndirərək, iddiası onun əsaslandırmışdır ki, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontoru və ya tələbkar "xxxx" BOKT MMC tərəfindən ona rəsmi bildiriş göndərilməmiş və icra qeydi aparılması nəzərdə tutulan tələbin mübahisəsiz olub-olmaması aydınlaşdırılmamışdır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, icra qeydlərinin aparılması notarius tərəfindən aparılan notariat hərəkətlərinə daxil edilmişdir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması qaydası və halları isə "Notariat haqqında" Azərbaycan Respublikası Qanunu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla tənzimlənir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 3. Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin. Həmin Qərarda göstərilmişdir ki, “bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi üzrə aidiyyət məsələsi və müvafiq olaraq şikayət vermə müddəti ilə bağlı qanunvericilikdə mövcud boşluğun aradan qaldırılması üçün təkmilləşmənin aparılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, qanunvericilikdəki boşluq mahiyyətcə qeyrikonstitusion norma ilə eyni hüquqi nəticəyə malik olduğundan onun aradan qaldırılması ümumi qaydada qanunvericinin səlahiyyətinə aid olsa da, bu boşluğun aradan qaldırılması konstitusiya məhkəmə icraatı vasitəsi ilə də mümkündür (Konstitusiya Məhkəməsi Plenumunun E.Axundovun şikayətinə dair 2023-cü il 6 oktyabr, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 2024-cü il 27 fevral və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 19 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən məsələnin həll edilməsi məqsədilə prosessual qanunvericilikdə təkmilləşdirilmə həyata keçirilənədək mövcud boşluğun qanunun analogiyasından istifadə etməklə aradan qaldırılmasını mümkün hesab edir. Odur ki, notariusun apardığı icra qeydi ilə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədilə notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir.” Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli qərarındakı hüquqi mövqe hazırki iş üzrə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontorunun xx.xx.2021-ci il tarixdə 8İ-4788 nömrəli icra qeydinin ləğv edilməsi tələb etsə də, onun mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Belə ki, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontorunun 8İ-4788 nömrəli icra qeydi xx.xx.2021-ci il tarixdə verilsə də, iddiaçı tərəfindən təxminən 4 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Müddətin ötürülməsinin üzrlü səbəbi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Əksinə, iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında müddətin ötürülməsini iddiaçı ilə "xxxx" BOKT MMC arasında olan şifahi razılaşma ilə əlaqələndirmişdir. İddiaçı icra qeydinin verilməsindən isə 2024-cü ilin axırlarında məlumatlı olmasını bildirmişdir. Məhkəmə, iddiaçının dəlillərini, qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İmişli Regional Cavabdehndə Notariat Kontorunun 19 avqust 2021-ci il tarixli icra sənədi iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddətində məhkəməyə müraciət etmədiyi üçün icra qeydinin ləğv edilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı - cavabdeh İmişli Regional Cavabdehndə Notariat Kontoruna qarşı, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə, “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1347/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1347/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver