Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1349/2022 29.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Mən İmişli Rayon Məhkəməsinin hakimi QƏNBƏROV ÜLVİ OKTAY oğlu iddiaçı Ərizəçi cavabdehlər AZƏRBAYCAN RESPUBLİKASİ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN YANİNDA DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT REYESTRİ XİDMƏTİNİN 6 SAYLİ BEYLƏQAN ƏRAZİ İDARƏSİ, İMİŞLİ RAYONU İMİŞLİ BƏLƏDİYYƏSİ qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr digər tələbinə dair iddia ərizəsi baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi cavabdeh AZƏRBAYCAN RESPUBLİKASİ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN YANİNDA DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT REYESTRİ XİDMƏTİNİN 6 SAYLİ BEYLƏQAN ƏRAZİ İDARƏSİ və İMİŞLİ BƏLƏDİYYƏSİ qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İmişli şəhəri, H.Əliyev prospekti 171 ünvanında yerləşən fərdi yaşayış evinə dair 14.04.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən ləğv edilməsini və həmin fərdi yaşayış evinin yerləşdiyi Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməklə qeydoiyyata alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan 14.04.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti 171 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə Bələdiyyə mülkiyyətindədir. İddiaçı isə həmin torpaq sahəsinə dair Bələdiyyə ilə alq-satqı etmədən mülkiyyətinə verilməklə hüququnun qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququnun tanınmasına dair mülki işə xüsusi icraat qaydasında ümumi məhkəmələrdə, mülkiyyət hüququnun qeydə alınmasına dair işə iddia icraatı qaydasında inzibati məhkəmələrdə, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsinə dair iddialara inzibati məhkəmələrdə, etibarsız hesab edilməsinə dair iddialara isə ümumi məhkəmələrdə baxılır. Lakin iddiaçı aidiyyət qaydalarına riayət etməsə də məhkəmə hesab edir ki, aidiyyət məsləsindən öncə iddiaçıya izah edilməlidir ki, Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı yalnız torpaq sahəsinə dair Bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlandıqdan sonra qeydiyyata aına bilər. Qeyd olunanla əsasən məhkəmə hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı və iddiaçıya hansı orqana müraciət etməli olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq əvvəlcə Bələdiyyəyə müraciət etməli, Bələdyyə ilə aralarında torpaq sahəsinin alqısatqısı müqaviləsi bağlandıqdan sonra isə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etməli, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından rəsmi imtina olunarsa Mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ÜLVİ QƏNBƏROV
Məhkəmə qərarları › İş №2(036)-1349/2022
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1349/2022
29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver