Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1352/2020 08.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddasına dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdeh X4 qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia qaldıraraq Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********53 reyestr nömrəsi ilə adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən cavabdeh X8 çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayır. 2018-ci ildə X1 ailə üzvlərinin xüsusi mülkiyyətində olan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin 0,02 ha hissəsini alqı-satqı yolu ilə əldə etmişdir. Torpaq sahəsinin yeri A 481392 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»ndə qeyd edilmiş koordinatlar üzrə xəritəyə köçürülmüş və yer üzərində naturada ayrılaraq ona təhkim edilmişdir. X5 həmin torpaq sahəsinin boş qalmasından istifadə edərək ətrafına çəkilmiş məftil çəpəri sökmüş və hüdudları boyunca daş hasar çəkərək ərazidə əlavə tikililər inşa etməklə torpaq sahəsini qanunsuz yolla zəbt etmişdir. Ona görə də, adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən cavabdeh X8 çıxarılması haqqında iddia qaldırmışdır. Cavabdeh X5 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində atası X2 himayəsində yaşayır. Yaşadığı evin yaxınlığında yerləşən və uzun müddət ərzində məişət tullantılarının qalaqlandığı yer kimi istifadə olunan 80 kv/m torpaq sahəsi dörd il bundan qabaq yaşayış evi tikmək məqsədilə onun tərəfindən təmizlənmiş və ətrafına daş hasar çəkilərək ərazidə yardımçı tikililər inşa edilmişdir. İddiaçı ərazidə yeməkxana açmaq məqsədilə həmin torpaq sahəsini qanunsuz yolla öz adına sənədləşdirmişdir. Ona görə də, həmin torpaq sahəsinin **********53 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınması qanunsuz hesab edilərək ləğv edilməli və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən A 481392 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»ndə qeyd edilmiş koordinatlar üzrə sərhədlər daxilində, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə **********53 reyestr nömrəsi ilə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR ƏM DK DƏDRX-nin 6 saylı Ərazi idarəsi tərəfindən verilmiş yerquruluşu planı və ortofotodan çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə **********53 reyestr nömrəsi ilə İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi iki tərəfdə JN 369 A saylı planda yeri göstərilmiş həyətyanı torpaq sahəsi ilə, qalan tərəflərdə isə qəsəbədaxili yolla həmsərhəddir. Məhkəmə tərəfindən yerində müayinə aparılarkən 5,4mx19,0 m ölçüdə daş hasara alınmış mübahisəli torpaq sahəsinin iki tərəfdə JN 369 A saylı planda yeri göstərilmiş həyətyanı torpaq sahəsi ilə, qalan tərəflərdə isə qəsəbədaxili yolla həmsərhəd yerləşdiyi və hüdudları daxilində yardımçı tikililər inşa edildiyi müəyyən edilmişdir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olunmaqla, icazə verilmir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən cavabdeh X5 çıxarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. İddiaçı məxsus olan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən ( reyestr nömrəsi: **********53) cavabdeh X5 çıxarılsın. Qətnamədən 1(bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1352/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1352/2020
08.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver