Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1356/2025 08.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının böyük mütəxəssisi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs olmaqla, “işləmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs olmaqla, onun İmişli rayon keçmiş Nizami adına kolxozda çalışdığı ayrıca olaraq 1970, 1991, 1992, 1993 və 1996-cı illərdə əmək fəaliyyəti ilə adam günü normasını tam yerinə yetirməklə məşğul olmağı faktının, eləcə də 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1994, 1995-ci illər üzrə adam günü normasını yerinə yetirməyi faktının, yekun olaraq, 1970, 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1991, 1992, 1993, 1994, 1995, 1996-cı illərin onun sosial sığorta stajı kimi hesab olunması faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin dəlilləri: Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin 7-ci maddənin qeydində göstərilir ki: “Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. İstinad etdiyi Qanunun həmin maddəsinin onun qeyd hissəsi ilə əlaqəli mənasına görə, kişilər barəsində 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək pensiyaya çıxmaq üçün yaş həddi hər il 6 ay artırıldığı üçün, 2020-ci ilin iyulun 1-i və 2021-ci ilin iyulun 1-i müddət aralığı pensiya hüququnun yaranması baxımından onların yaş həddinin son 6 ay artırılması olmaqla, yekun yaş həddinin 65 yaş olması tamamlanmış olur. Başqa sözlə, 2020-ci ilin iyulun 1-dən sonra 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ müvafiq qanuna əsasən əmələ gəlir. Bildirir ki, o, xx xxxxx 1955-ci ildə İmişli rayonu, Bəcirəvan kəndində anadan olmuşdur. Hazırda 70 yaşına çatmışdır. 2020-ci ilin aprelin 1-də 65 yaşı tamam olduğu üçün qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, 2020-ci ilin iyulun 1-i tarixindən yaşa görə əmək pensiyası hüququ əmələ gəlib. Lakin tələb olunan qədər sığorta kapitalı olmadığına görə, ona əmək pensiyası təyin olunması üçün sosial sığorta stajına istinad etməlidir. Bununla əlaqədar isə nəzərə çatdırır ki, 1970-ci ildən əmək fəaliyyətinə başlamışdır. Rəsmi əmək fəaliyyəti 1970-1996-cı illəri əhatə edib. 1996-cı ildən sonra fərdi əməklə məşğul olsa da, məcburi dövlət sosial sığorta haqqı ödənişi ilə, (eləcə də 2006-cı ilin yanvarın 1-dən sonra) əhatə olunmayıb. Əslində isə, o, bir gün də olsun əmək fəaliyyətini dayandırmamış, ictimai-faydalı əməklə hələ tam yetkinlik yaşına çatmadığı vaxtlardan məşğul olmuş, hazırda da belə fəaliyyələ məşğul olur. Sadəcə olaraq, 1996-cı ildən sonrakı fəaliyyəti fərdi əmək xarakteri daşımış, lakin ailənin xərclərini qarşılamaqdan əlavə artıq vəsait qazana bilmədiyi üçün, məcburi dövlət sosial sığorta haqqı ödəyə bilməmişdir. Buradan belə çıxır ki, ona əmək pensiyası təyin olunması üçün yalnız rəsmi və qeydə alınmış əmək fəaliyyəti ilə məşğul olduğu 1970- 1996-cı illər ərzində topladığı sosial sığorta stajına ümid edə bilər. Məlumat üçün bildirir ki, 1970-ci ildə qüvvəyə minmiş “SSR İttifaqının və müttəfiq respublikaların əmək qanunvericiliyi Əsasları”nın 70-ci maddəsinin 2-ci hissəsinə görə, 15 yaşına çatmış şəxslərin işə qəbuluna həmin müəssisəsnin həmkarlar ittifaqı komitəsinin razılığı ilə yol verilməsini nəzərə alaraq, ailə vəziyyətini ağır olduğu üçün yaşadığı kəndin aid olduğu Nizami adına kolxoz həmkarlar komitəsinin razılığı əsasında 1970-ci ildən, yəni 15 yaşından kolxozda işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış (İmişli rayon Dövlət Arxivinin müvafiq arayışına görə, Nizami adına kolxozun 1970-ci ilə aid sənədləri arxivdə saxlanmadığı üçün həmkarlar ittifaqı komitəsinin ona dair qərarını da əldə edə bilməmişdir). 1970-ci ilin yazından 1973-cü ilin may ayına qədər kolxozda əmək fəaliyyətini davam etdirmişdir. 1973-cü ilin may ayından 1975-ci ilin may ayına qədər olan müddətdə keçmiş sovet ordusundə hərbi xidmətdə olmuşdur. 1975-ci ilin mayından 1977ci ilin yanvar ayınadək yenə də kolxozda üzv kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1977-ci ilin yanvarın 13-dən 1981-ci ilin 6-sı aprel gününədək müvafiq olaraq İmişli Tikinti Quraşdırma İdarəsində və PMK-23-də (Səyyar mexanikləşdirilmiş dəstə) işləmişdir. 1981ci ilin aprelin 6-smdan sonra 1996-cı ilin oktyabrın 20-si gününədək Nizami adına kolxozda fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu faktları ona verilmiş və bu ərizəyə əlavə etdiyi İmişli rayon Dövlət Arxivinin 07 mart 2025-ci il tarixli, 3-48-22RA/2-62/2025 saylı arayışı və əmək kitabçası da təsdiq edir. Lakin qeyd etdiyi illərə dair müəyyən çatışmazlıqlar da mövcuddur. Belə ki, ona 1970-ci ildə kolxozda əmək kitabçası açılmamış, həmin sənəd yalnız 1977-ci ilin yanvar ayında İmişli Tikinti Quraşdırma İdarəsində işə qəbul olunduğu zaman həmin idarədə açılmışdır. Bu səbəbdən də 1970-ci ildən 1977-ci ildək əmək fəaliyyəti barədə əmək kitabçasında qeyd edilməyib. Amma yuxarıda istinad etdiyi İmişli rayon Dövlət Arxivinin 07 mart 2025-ci il tarixdə verdiyi 3-48- 22RA/2-62/2025 saylı arayışında 1971-ci ildən 1977-ci ildək miiddət aralığında əmək fəaliyyəti ilə məşğul olmağı və çalışmağı barədə məlumatlar qeyd edilib. Lakin həmin arxiv arayışından müəyyən olunur ki, Nizami adına kolxozun 1970, 1991, 1992, 1993 və 1996-cı illərə aid sənədləri rayon dövlət arxivində saxlanılmır. Bu səbəblərdən da arayışda həmin illərə dair məlumatlar qeyd edilməyib. Digər tərəfdən, arayışın mətnindəki cədvəldən görünür ki, onun Nizami adına kolxozda çalışarkən yalnız 1988, 1989 və 1990-cı illər üzrə adam günü normasını yerinə yetirdiyi barədə məlumat qeyd olunmaqla, 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985,1986,1987,1994,1995-ci illər üzrə adam günü normasını yerinə yetirdiyi barədə heç bir məlumat göstərilməyib. Halbuki, həmin arayışın qeyd olunan cədvəlinin “illik qazanc” adlanan xanasında onun həmin illər üzrə yüksək qazanc əldə etdiyi barədə məlumatlar göstərilib. O, əgər kolxozda işləyib, lazımi qədər qazanc əldə etmişsə, adam günü normasını necə yerinə yetirməyə bilərdi. Bununla bağlı şifahi sorğuya cavab olaraq arxivdən ona bildirilmişdir ki, əslində kolxozun sənədlərində bütün digər kolxozçular barədə də adam günü norması ilə bağlı məlumat qeyd edilməyib və bu, Nizami adına kolxozda sənədlərin natamam doldurulmasının nəticəsində ortaya çıxıb və zaman-zaman başqa kolxozçular da belə problemlə üzləşib. Bununla belə, arayışda adam günü normasın yerinə yetirməyi barədə məlumatın göstərilməməsi onun pensiya təyinatı üçün tələb olunan sığorta stajını toplamağına şübhələr yaradır. Daha kolxoz da mövcud deyil ki, o, 1970, 1991, 1992, 1993 və 1996-cı illər üzrə kolxozda əmək fəaliyyəti ilə məşğul olmağı və 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1994, 1995-ci illər üzrə adam günü normasını yerinə yetirməyi barədə təsdiqedici məlumatları qeyd etdirir, arxivdə də bu barədə məlumat yoxdur. Buna görə də onun 1970, 1991, 1992, 1993 və 1996-cı illər üzrə sözügedən kolxozda çalışmağı, müvafiq olaraq sığorta stajını toplamağı faktının və 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1994, 1995-ci illər üzrə adam günü normasını yerinə yetirməyi faktının qanunla məhkəmə qaydasında müəyyən edilməli olmasını nəzərə alaraq məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edir. Bu faktların müəyyən olunması ona əmək pensiyası təyin olunması məqsədi üçün lazımdır. Ona görə ki, o, əslində məsul şəxs olduğu və çalışdığı halda, bu faktların rəsmi müəyyən olunmaması yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla tələb olunan ən azı 25 il sığorta stajını toplmağının təsdiq olunmasına imkan vermir. Məlumat üçün nəzərə çatdırır ki, yuxarıda qeyd etdiyi faktları təsdiq edən vaxtilə onunla birlikdə həmin kolxozda müxtəlif işlərdə çalışmış şahidləri də vardır. Belə ki, bu ərizəyə əlavə etdiyi aktdan görünür ki, İmişli rayonu, Bəcirəvan kənd sakinləri, vaxtilə Nizami adına kolxozda üzv olmaqla işləmiş şahidlər X3, X9 və X7 onun onlarla birlikdə 1970, 1991, 1992, 1993 və 1996-cı illərdə həmin kolxozda çalışmağı faktını və 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1994, 1995-ci illər üzrə yenə qeyd edilən kolxozda işləyib adam günü normasını yerinə yetirməyin faktını təsdiq edirlər. Məhkəmə iclasında verilən izahatlar: Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, ərizəyə uyğun məzmunlu izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı bildirdi ki, Şirvan İnzibati Məhkəməsində hazırki işə mahiyyəti üzrə artıq baxılıb qiymət verildiyini, həmçinin iddiaçının işləməsi barədə arayış olduğu üçün iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, o, xx.xx.1954-cü ildə İmişli rayonu, Ağcüyür kəndində anadan olmuşdur. Ərizəçi ilə həmkəndlidir, onu uşaq vaxtından tanıyır. O, 1981-ci illərdən 1985-ci illərədək kolxozda işləyərkən Ərizəçi da həmin vaxt kolxozda işləməsini görmüşdür. O, həmin kolxozdan bir müddət aralaşmış və sonradan yəni 1988-ci ildən kolxoz ləğv olunana kimi həmin kolxozda işləyib. Ərizəçi adam günü norması yerinə yetirməsi ilə bağlı onun məlumatı yoxdur, onun kolxozdakı peşəsi həmin qeyrdləri aparmaq olmamışdır. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, o, xx.xx.1951-ci ildə İmişli rayonu, Bəcrəvan kəndində anadan olmuşdur. O, 1971-ci ildən həmin kolxozda işləmişdir. Ərizəçi həmin vaxt kolxozda kolxozçu işlədiyini görmüşdür. Bundan sonra Ərizəçi hərbi xidmətə getmişdir. Hərbi xidmətdən gələndən sonra yəni 1981-1983-cü illərdə o, kolxozda kolxozçu kimi çalışmışdır. Ərizəçi adam günü norması yerinə yetirməsi ilə bağlı onun məlumatı yoxdur, onun kolxozdakı peşəsi həmin qeyrdləri aparmaq olmamışdır. Məhkəmə iclasında şahid X9 izahatında bildirdi ki, o, xx.xx.1949-cu ildə Kürdəmir rayonu, Pirəkənd kəndində anadan olmuş və İmişli rayonu, Bəcrəvan kəndində yaşayır. Ərizəçi ilə həmkəndlidir. 1972-ci ildən 1996-cı ilə kimi kolxozda işləmişdir. Ərizəçi həmin vaxt kolxozda kolxozçu işlədiyini görmüşdür. Bundan sonra Ərizəçi hərbi xidmətə getmişdir. Hərbi xidmətdən gələndən sonra da həmin kolxozda çalışmışdır. Ərizəçi adam günü norması yerinə yetirməsi ilə bağlı onun məlumatı yoxdur, onun kolxozdakı peşəsi həmin qeyrdləri aparmaq olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən: 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bir qayda olaraq iki dispozitiv şərt tələb olunur: birincisi, belə faktlar şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ilə bağlı olmalı, ikincisi, ərizəçinin bu faktları təsdiq edə bilən sənədləri başqa qaydada ala bilməsi imkanının olmaması (bu imkanın tükənməsi). Ərizəçinin hazırki tələbi gələcəkdə onun pensiya alması məqsədilə irəli sürülmüşdür. Bu halda məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt onun əmlak hüququnun yaranması ilə bağlıdır və qeyd edilən birinci şərt mövcuddur. Bundan başqa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Hazırki iş üzrə Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxiv İdarəsinin 07 mart 2025-ci il tarixli, № 3-48-22RA/2-62/2025 nömrəli arayaışı mövcud olsa da, həmin arayışda ərizəçinin hazırki xahişində qeyd etdiyi 1970, 1991, 1992, 1993-1996-cı illər üzrə kolxozçuların son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivində saxlanılmasının göstərilməsi və 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1994, 1995-ci illər üzrə adam günü normasını yerinə yetirməsi barədə məlumatın olmaması ərizəçinin xahişinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında baxılmasına imkan verir. Belə ki, onun hazırki xahişi göstərilən illərdə kolxozda işləməsi faktının müəyyən edilməsi yox, göstərilən illərdə adam günü normasını yerinə yetirməklə işləməsi faktının təsdiq edilməsidir. Buna görə də, məhkəmə hazırki ərizəyə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxiv İdarəsinin 07 mart 2025-ci il tarixli, № 3-48-22RA/2-62/2025 nömrəli məktubundan görünür ki, Ərizəçi İmişli rayonu Nizami adına kolxozun son hesablaşma kitablarını yoxlayarkən 1988-ci ildə 291 saat, 1989-cü ildə 295 saat, 1990-cu ildə isə 282 saat işəlməsi göstərilsə də, 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985,1986,1987,1994,1995-ci illər üzrə adam günü normasını yerinə yetirməsi – neçə saat işləməsi barədə heç bir məlumat göstərilməmiş, 1970, 1991, 1992, 1993 və 1996-cı illər üzrə kolxozçuların son hesablaşma kitablarının İmişli rayon Dövlət Arxivində saxlanılmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X1, X5 və X4 tərtib etdikləri 20 fevral 2025-ci il tarixli aktdan görünür ki, İmişli rayonu, Bəcrəvan kənd sakini Ərizəçi 1971-1996-cı illərdə, indiki Bəcrəvan kəndində əvvəllər mövcud olan Nizami adına kolxozda birlikdə İmişli rayonu Nizami adına kolxozda, kolxozçu vəzifəsində birlikdə çalışıblar. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X1 İmişli rayonu Nizami adına kolxozunda xx.xx.1970-ci il tarixdən xx.xx.1983cü il tarixə qədər işləmişdir. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X2 rayonu Nizami adına kolxozunda xx.xx.1972-ci il tarixdən xx.xx.1996-cı il tarixə qədər işləmişdir. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X7 xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixə qədər İmişli rayon Nizami adına kolxozunda müəyyən tarixlərdə işləmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(106)-237/2021 saylı qərarının surətindən görünür ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi filialının apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il taricli 2-1(120)-1480/2020 saylı qərarı ləğv edilmiş və iddiaçı Ərizəçi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi filialına qarşı hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi İmişli rayon keçmiş Nizami adına kolxozda çalışdığı ayrıca olaraq 1970, 1991, 1992, 1993 və 1996-cı illərdə əmək fəaliyyəti ilə adam günü normasını tam yerinə yetirməklə məşğul olmağı faktının, eləcə də 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1994, 1995-ci illər üzrə adam günü normasını yerinə yetirməyi faktının, yekun olaraq, 1970, 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1991, 1992, 1993, 1994, 1995, 1996-cı illərin onun sosial sığorta stajı kimi hesab olunması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən İmişli rayonu Nizami adına kolxozda 1970, 1971, 1972, 1973, 1975, 1976, 1981, 1982, 1983, 1984, 1985,1986,1987, 1991, 1992, 1993, 1994, 1995 və 1996-cı illərdə işləyərək adam günü normasını yerinə yetirməsi faktı ilə məhkəmə hər hansı mötəbər sübut təqdim etməmiş, həmin fakt məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasınd dindirilmiş şahidlər ərizəçinin İmişli rayonu Nizami adına kolxozunda onunla birlikdə müxtəlif vaxtlarda işləməsini qeyd etsələr də, ərizəçinin həmin vaxtlarda adam günü normasını yerinə yetirib-yetirməməsi ilə bağlı məlumatsız olduqlarını bildirmişlər. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizə təmin olunmadığından 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilməsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1356/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1356/2025
08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver