Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1363/2025 15.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı cavabdeh İmişli rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı İmişli rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 03 may 2023-cü il tarixli PHŞ-6- 46/3-1-515/2023 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehin 03 may 2023-cü il tarixli PHŞ-6-46/3-1- 515/2023 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh İmişli rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı İmişli rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 03 may 2023-cü il tarixli PHŞ-6- 46/3-1-515/2023 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.
Məhkəmə qərarları › İş №2(036)-1363/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1363/2025
15.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver