Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1382/2022 20.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi və iddiaçı X3 nümayəndəsi X6 iştirakı ilə, iddiaçı X3 cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı X8 cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi və mənzilin boşaldılması tələbi barədə iddia iddia qaldıraraq İmişli şəhəri, H.Əliyev prospekti ev 168, mənzil 74-də yerləşən yaşayış sahəsini Cavabdeh2 tutmasına dair İmişli rayon İHB tərəfindən verilmiş 19 may 2006-cı il tarixli 686 nömrəli orderin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh2 adına mülkiyyət hüququ əsasında qeydə alınması barədə AR ƏK DƏDRX 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MA ******* saylı Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh2 ailə üzvləri və əşyaları ilə birlikdə yaşayış sahəsindən çıxarılaraq mənzilin təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 nümayəndəsi X11 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İmişli şəhəri, H.Əliyev prospekti ( İmişli şəhəri, Kommunist küçəsi) ev 168-də yerləşən 7 nömrəli mənzil İmişli rayon XDS İK-nin 27 iyul 1978-ci il tarixli 14 saylı qərarı ilə X9 verilmiş və yaşayış sahəsi həmin orqan tərəfindən verilmiş müvafiq order əsasında tutularaq uzun müddət ərzində X7 ailə üzvlərinin istifadəsində olunmuşdur. 1996-cı ildə X12 ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçmüş və həmin mənzili müvəqqəti olaraq yaşamaqdan ötrü qohumu Cavabdeh2 vermişdir. Cavabdeh2 həmin vaxtdan etibarən İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 74 nömrəli mənzildə qeydiyyatsız yaşamış və mənzil kirayə haqqını X7 adından ödəmişdir. X12 xx.xx.1999-cu ildə vəfat etdikdən sonra həmin mənzillə bağlı kirayə münasibətləri mərhumun ailə üzvü X8 ilə davam etdirilmişdir. İmişli rayon İH-nin 19 may 2006-cı il tarixli 2006-cı il tarixli 110 saylı sərəncamı ilə mübahisəli mənzil Cavabdeh2 verilmiş və yaşayış sahəsi xx.xx.2006-cı il tarixli 686 saylı order əsasında sonuncunun ailə üzvləri tərəfindən tutulmuşdur. İmişli şəhəri, H.Əliyev prospekti ev 168də yerləşən 7 nömrəli mənzil göstərilən sənədlər əsasında Cavabdeh2 adına özəlləşdirilmiş və xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə Dövlət qeydiyyatına alınmışdır. İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 nömrəli mənzilin X7 ailə üzvlərinin istifadəsinə verilməsi haqqında İmişli rayon XDS İK-nin 27 iyul 1978-ci il tarixli 14 saylı qərarı və həmin orqan tərəfindən verilmiş müvafiq order ləğv edilmədiyindən mənzil sahəsinin boş olmaması səbəbindən həmin ünvanda yerləşən mənzilin Cavabdeh2 ailə üzvlərinin istifadəsinə verilməsi haqqında İmişli rayon İH-nin 19 may 2006-cı il tarixli 2006-cı il tarixli 110 saylı sərəncamı və yaşayış sahəsinin tutulması haqqında xx.xx.2006-cı il tarixli 686 saylı orderı qanunsuz olmuşdur. Ona görə də, İmişli şəhəri, H.Əliyev prospekti ev 168, mənzil 74-də yerləşən yaşayış sahəsini Cavabdeh2 tutmasına dair İmişli rayon İHB tərəfindən verilmiş 19 may 2006-cı il tarixli 686 nömrəli orderin etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh2 adına mülkiyyət hüququ əsasında qeydə alınması barədə AR ƏK DƏDRX 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MA ******* saylı Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh2 ailə üzvləri və əşyaları ilə birlikdə yaşayış sahəsindən çıxarılaraq mənzilin iddiaçı X4 təhvil verilməsi haqqında iddia qaldırılmışdır. İşdə olan İmişli rayon XDS İK-nin 27 iyul 1978-ci il tarixli 14 saylı qərarının surətinə əsasən İmişli şəhəri, Kommunist küçəsi 7 saylı evdəki 2 otaqlı 36,8 kv/m-lik mənzil sahəsinin X7 dörd nəfərdən ibarət ailə üzvlərinə verilməsi təsdiq olunmuşdur. İmişli rayon İH-nin 19 may 2006-cı il tarixli 2006-cı il tarixli 110 saylı sərəncamının surətinə əsasən İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən yaşayış sahəsi 38,0 kv/m olan üç otaqlı 7 saylı mənzil Cavabdeh2 verilmişdir. İşdə olan 19 may 2006-cı il tarixli 686 nömrəli Orderin surətinə əsasən İmişli rayon İHB-nin 19 may 2006-cı il tarixli 2006-cı il tarixli 110 saylı sərəncamı ilə Cavabdeh2 ailə üzvləri, X5 və Həsənova ilkanə Əlihəsən qızı ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən yaşayış sahəsi 38,0 kv/m olan üç otaqlı 7 saylı mənzilin yaşayış sahəsini tutmaq hüququ verilmişdir. İşdə olan İmişli rayon İH İmişli MKTİS tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 18 nömrəli Mənzil sahəsi haqqında arayışın surətinə əsasən İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 saylı mənzildə Cavabdeh2 ailə üzvləri, X5 və Həsənova ilkanə Əlihəsən qızı ilə birlikdə yaşayır və adına 19 may 2006-cı il tarixdən 686 nömrəli Order əsasında maliyyə hesabı açılmışdır. İşdə olan İmişli rayon İH İmişli MKTİB tərəfindən verilmiş xx.xx.2022-ci il il tarixli 66 nömrəli məlumatda göstərilmişdir ki, İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 saylı mənzildə Cavabdeh2 uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. İHB-nin 19 may 2006-cı il tarixli 2006-cı il tarixli 110 saylı sərəncamı və 686 saylı order əsasında mənzil özəlləşdirilərək Cavabdeh2 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır və qeyd olunan ünvanda pasport qüydiyyatındadır. İşdə olan MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 3 otaqlı 7 saylı mənzil (reyestr nömrəsi: **********085-05101-093006; qeydiyyat nömrəsi: **********) xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmədə tədqiq olmunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İmişli rayon XDS İK-nin 27 iyul 1978-ci il tarixli 14 saylı qərarı ilə İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 saylı mənzil X9 verilmişdir. 1996-ci ildə Cavabdeh2 X7 razılığı ilə heç kim tərəfindən etiraz edilmədən ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş və İHB-nin 19 may 2006-cı il tarixli 2006-cı il tarixli 110 saylı sərəncamı və 686 saylı order əsasında mənzili tutaraq adına açılmış maliyyə hesabına mənzil kirayə və kommunal xidmət haqlarını ödəmişdir. X12 ardıcıl keçən iyirmi səkkiz il müddətində həmin mənzildə yaşamayaraq ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsindən istifadə etmiş və mübahisəli mənzilin kirayə haqlarını ödəməmişdir. Mənzil özəlləşdirilərək xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. AR MPM-nin 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 3 otaqlı 7 saylı mənzil dövlət fonduna daxil olduğundan və mübahisəli mənzil hüquq münasibətləri 2006-cı ilədək yarandığından həmin yaşayış sahəsinə dair mübahisə 2009-cu ilin oktyabr ayının 01-dək adək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə həll edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olan АR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil-istismar təşkilatı ( belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab edilirlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab ediliə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını( ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 saylı mənzildə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin tələbinə uyğun şəkildə köçdüyündən həmin ünvanda yaşayış sahəsindən istifadə etmək hüququ əldə etmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olan АR Mənzil Məcəlləsinin 55-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədara və onun ailə üzvlərinə müəyyən edilmiş norma ilə düşən mənzil sahəsinin haqqı, eləcə də bütün ailənin bir adamlıq normanın yarısından çox olmayan artıq mənzil sahəsinin haqqı birqat ödənilir. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən mənzil haqqından əlavə, müəyyən edilən qaydada təsdiq edilmiş tariflər üzrə kommunal xidmətlər ( su təchizatı, qaz, elektrik energisi, istilik enerjisi və başqa xidmətlər) üçün haqq alınır. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci abzastına əsasən icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında AR Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, AR Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, AR MM-nın 87-ci maddəsində və ARnın digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən icarədarın müvəqqəti olaraq başqa yerə getməsi, onu yaşayış sahəsinin icarə müqaviləsi üzrə bütün vəzifələrini yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci abzastına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X12 1996-ci ildə ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə gedərək həmin vaxtdan etibarən yaşayış sahəsinin icarə müqaviləsi üzrə vəzifələrini yerinə yetirmədiyindən İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 saylı mənzildə yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Onunla bağlanmış mənzil kirayə müqaviləsinə xitam verildiyindən qeyd olunan ünvanda yerləşən mənzilin Cavabdeh2 verilməsi haqqında İmişli rayon İHB-nin 19 may 2006-cı il tarixli 110 saylı sərəncamı və yaşayış sahəsinin onun ailə üzvləri tərəfindən tutulması haqqında İmişli rayon İH-nin 19 may 2006cı il tarixli 686 saylı orderi qanunsuz olmamışdır. xx.xx.2009-cu ilədək qüvvədə olan АR Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətinə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzastına əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2009-cu ilədək qüvvədə olan АR Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsində göstərilən hallar yoxdur və maddənin 2-ci abzastında göstərilən müddət keçmişdir. İmişli şəhəri, H.Əliyev prospekti ev 168-də yerləşən 7 saylı mənzildə yaşayış sahəsindən istifadə hüququ olmadığından iddiaçı X8 həmin mənzilə dair orderin etibarsız hesab edilməsi, reyestr qeydinin ləğv edilməsi və mənzilin boşaldılmasını tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-2020, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə AR Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1382/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1382/2022
20.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver