Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-140/2022 10.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı oğlunun və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Musayev Sənan Rüfət oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh "xxxx" MMC-ə qarşı isifadə olunmayan məzuniyyətə və iş vaxtından artıq işləməyə görə əvəz ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı oğlu cavabdeh "xxxx" MMC-ə qarşı isifadə olunmayan məzuniyyətə və iş vaxtından artıq işləməyə görə əvəz ödənilməsi tələbi barədə iddia qaldıraraq ona 3-cü qrup əlilliyə görə qanunvericilikdə nəzərdə tutulan məzuniyyətlərə görə 6400,0 manat, gecə növbəsində iş vaxtından artıq işlədiyinə görə 2150,0 manat və istifadə etmədiyi cəmi 48 gün əsas məzuniyyətə görə pul əvəzi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 08.01.2007-ci il tarixdən 07.07.2021-ci il tarixədək "xxxx" MMC-ə hidrovlik yağlama çilingəri vəzifəsində işləmiş və 3-cü qrup əlil olmasına baxmayaraq işlədiyi müddətdə ona əlilliyə görə ildə 21 gün əlavə məzuniyyət verilməmişdir. Bundan başqa o, 2007-2011-ci illərdə fasiləsiz davam edən dörd il müddətində gecə növbəsində işləmiş və iş vaxtından artıq işlədiyinə baxmayaraq ödənc almamışdır. Ona görə də, "xxxx" MMC-nin üzərinə ona 3-cü qrup əlilliyə görə qanunvericilikdə nəzərdə tutulan məzuniyyətlərə görə 6400,0 manat , gecə növbəsində iş vaxtından artıq işlədiyinə görə 2150,0 manat və istifadə etmədiyi cəmi 48 gün əsas məzuniyyətə görə pul əvəzi ödənilməsi vəzifəsinin qoyulması haqqında iddia qaldırmışdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Musayev Sənan Rüfət oğlu göstərmişdir ki, İddiaçı oğlu 08.01.2007-ci il tarixdə "xxxx" MMC-ə hidrovlik yağlama çilingəri vəzifəsinə qəbul edilmiş, 02.04.2019-cu il tarixdə təmirçi çilingər vəzifəsinə keçirilmiş və 07.07.2021-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı oğlu işə girərkən tam sağlam olması barədə tibbi arayış təqdim etmiş və əlil olduğunu gizlətmişdir. İddiaçı oğlu işini əmək müqaviləsinə uyğun şəkildə üç növbədə yerinə yetirmiş və əmək qabiliyyətinin itirilmə faizi nəzərə alınmadan əmək haqqı nı almışdır. İddiaçı oğlu iş vaxtından artıq işləməmiş və hər il məzuniyyət hüququndan istifadə etmişdir. İşdən çıxarkən onun istifadə olunmayan məzuniyyət günləri 10,5 gün olmuş və son haqq hesab verilərək ödənilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan İT-İ ******* nömrəli Əmək kitabçasının surətinə əsasən İddiaçı oğlu , 08.01.2007-ci il tarixli 005k saylı əmrlə "xxxx" MMC-ə hidrovlik yağlama çilingəri vəzifəsinə qəbul edilmiş, 02.04.2019-cu il tarixli 083 k saylı əmrlə həmin müəssisədə təmirçi çilingər vəzifəsinə keçirilmiş və 07.07.2021-ci il tarixli 077k saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşdə olan 01.09.2014-cü il tarixli Əmək müqaviləsinin surətinə əsasən İddiaçı oğlu 08.01.2007-ci il tarixdə "xxxx" MMC-ə hidrovlik yağlama çilingəri vəzifəsinə qəbul edilmişdir. İşlərin üç növbədə ( 1-ci növbə saat 8-00-dan 16-00-dək; 2-ci növbə saat 16-00-dan 24-00-dək; 3-cü növbə saat 24-00-dan 8-00-dək) yerinə yetirilməsi, işçiyə 21 təqvim günü əsas məzuniyyət və əmək stajına görə 4 gün əlavə məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. İşdə olan Elektron informasiya mənbəyinin “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınması” barədə məlumatına əsasən İddiaçı oğlu ilə "xxxx" MMC arasında bağlanmış 08.01.2007-ci il tarixli müddətsiz əmək müqaviləsi 17.09.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan 02.04.2019-cu il tarixli Əmək müqaviləsinin surətinə əsasən İddiaçı oğlu 02.04.2019-cu il tarixdə "xxxx" MMC-ə təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir. İşlərin üç növbədə ( 1-ci növbə saat 8-00-dan 16-00-dək; 2-ci növbə saat 16-00-dan 24-00-dək; 3-cü növbə saat 24-00-dan 8-00-dək) yerinə yetirilməsi, işçiyə 21 təqvim günü əsas məzuniyyət və əmək stajına görə 4 gün əlavə məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. İşdə olan Əmək müqaviləsinə Əlavənin surətinə əsasən əsasən İddiaçı oğlunun aylıq əmək haqqı 30.03.2021-ci il tarixədək 154,0 manat, həmin tarixdən etibarən 633,90 manat olmuşdur. İşdə olan tarixdə "xxxx" MMC üzrə verilmiş 07.07.2021-ci il tarixli 077 k saylı əmrin surətinə əsasən İddiaçı oğlu ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşçinin istifadə olunmayan məzuniyyət günləri 10,5 gün göstərilmişdir. İşdə olan Elektron informasiya mənbəyinin 10.03.2021-ci il tarixli məlumatına əsasən İddiaçı oğlu 13.04.2016-cı il tarixdən 13.04.2021-ci il tarixədək olan müddətdə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlil hesab edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 08.01.2007-ci il tarixdən 07.07.2021-ci il tarixədək "xxxx" MMC-də işləmiş İddiaçı oğlu işini əmək müqaviləsinə uyğun şəkildə üç növbədə yerinə yetirmiş və əmək qabiliyyətinin itirilmə faizi nəzərə alınmadan əmək haqqı nı almışdır. Onun 21 təqvim günü əsas və əmək stajına görə 4 gün əlavə məzuniyyət hüququ olmuş və əsasən istifadə edilmişdir. İddiaçı oğlu işdən çıxdığı günədək 3-cü qrup əlil olduğunu bildirməmiş, əlilliyə görə əlavə məzuniyyət və gecə növbəsində iş vaxtından artıq işlədiyinə görə pul əvəzi tələb etməmişdir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. AR Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən .......fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 08.01.2007-ci il tarixdən 07.07.2021-ci il tarixədək "xxxx" MMC-də işləmiş İddiaçı oğlunun yerinə yetirdiyi işlər və istifadə etdiyi məzuniyyətlərin müddəti tərəflər arasında bağlanmış əmək müqaviləsinə uyğun olduğundan və ödənilməsi haqqında indiyədək mübahisə olmadığından İddiaçı oğlu əlilliyə görə qanunvericilikdə nəzərdə tutulan məzuniyyətlərdən istifadə edilməməyə və iş vaxtından artıq işləməyə görə pul əvəz ödənilməsini tələb etməkdə haqlı heyil. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-140/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-140/2022
10.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver