Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1444/2023 06.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı və cavabdeh X11 iştirakı ilə, İddiaçı cavabdeh X16 qarşı aliment borcunu ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X16 qarşı aliment borcunu ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbi barədə iddia qaldıraraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü cavabdeh X11 xeyrinə kəsilmiş ayda 240,0 manat sabit pul məbləğində alimenti ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, o, 2012-ci ilin iyun ayında X23 ilə rəsmi nikahla evlənmiş, onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2016-cı il təvəllüdlü X24 anadan olmuşdur. İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə X23 ilə boşanmış və uşaqlar ananın himayəsinə verilərək saxlanmaları üçün xeyrinə ayda 240 manat sabit məbləğdə aliment kəsilmişdir. Ayrıldıqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X5 Yenigül Yusif qızı ilə birlikdə İmişli rayonunun Xoşçobanlı kəndində yaşamış, xx.xx.2012-ci il təvəllüdlü X21 isə anası ilə getməkdən imtina edərək İmişli rayonunun Murğuzallı kəndində onunla birlikdə yaşamışdır. 2021-ci ilin avqust ayında xx.xx.2012-ci il təvəllüdlü X21 özünün iradəsi ziddində ondan alınaraq anasına təhvil verilmiş və iki aydan sonra anası ilə qalmaqdan imtina edərək yenidən onun yanına qayıtmışdır. X23 xx.xx.2012-ci il təvəllüdlü X13 zorla yanında saxlamağın mümkün olmadığını artıq başa düşmüş və uşaqdan imtina etmişdir. Boşanmadan sonrakı müddətdə xx.xx.2012-ci il təvəllüdlü X21 əsasən onun himayəsində olmasına baxmayaraq X11 xeyrinə kəsilmiş ayda 240,0 manat məbləğində alimenti 2023-cü ilin yanvar ayınadək böyük məbləğdə ödəsə də, müəyyən məbləğdə aliment borcu yığılaraq qalmışdır. O, himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X21 və başqa nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X17 ilə birlikdə İmişli rayonu Murğuzallı kəndində yaşayır və heç yerdə işləmədiyindən ailə üzvlərinin maddi ehtiyaclarını günəmuzd işlərin görülməsindən əldə etdiyi təsadüfi qazancla ödəyir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü cavabdeh X11 xeyrinə kəsilmiş ayda 240,0 manat sabit pul məbləğində alimenti ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh X23 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2012-ci ilin iyun ayında İddiaçı ilə rəsmi nikahla evlənmiş, onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2016-cı il təvəllüdlü X24 anadan olmuşdur. İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə boşanmış, uşaqlar onun himayəsinə verilərək saxlanmaları üçün xeyrinə ayda 240 manat sabit məbləğdə aliment kəsilmişdir. Ayrıldıqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X24 onunla birlikdə İmişli rayonunun Xoşçobanlı kəndində yaşamış, xx.xx.2012-ci il təvəllüdlü X21 isə atası tərəfindən psixi təsirə məruz qaldığı üçün onunla gəlməkdən imtina edərək bir müddət İddiaçı ilə birlikdə İmişli rayonu Murğuzallı kəndində yaşadıqdan sonra 2021-ci ilin avqust ayında icra icraatı qaydasında alınaraq ona verilmiş və 2022-ci ilin dekabr ayınadək onun yanında qaldıqdan sonra yenidən atasının yanına getmişdir. xx.xx.2012-ci il təvəllüdlü X9 bundan sonra atası ilə birlikdə İmişli rayonu Murğuzallı kəndində yaşamasına tərəfdar olsa da, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü xeyrinə kəsilmiş alimentdən imtina etməmişdir. O, Xoşçobanlı kənd mədəniyyət evində 0,5 ştat vahidi həcmində xadimə vəzifəsində işləməklə ayda cəmi 150,0 manat əmək haqqı alır və başqa gəlirləri yoxdur. Ona görə də, İddiaçı aliment öhdəliyinə xitam verilməsi haqqında iddiası əsassız hesab edilməlidir. İşdə olan İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı qətnaməsinin surətinə əsasən X23 ilə İddiaçı nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2016-cı il təvəllüdlü X6 Məhəmməd Məhərrəm oğlundan alınaraq X11 himayəsinə verilmiş və uşaqların saxlanması üçün onun xeyrinə 02 iyul 2018-ci il tarixdən başlayaraq ayda 240,0 manat sabit pul məbləğində aliment kəsilmişdir. İşdə olan İmişli RİHB –nin Murğuzallı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 553-1216/2-100 nömrəli arayışa əsasən X8 rayonu Murğuzallı kəndində yaşayır və atası İddiaçı himayəsindədir. İşdə olan AR TN İmişli rayon TŞ A.Mejdunov adına Murğuzallı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 saylı arayışa əsasən X2 tam orta məktəbinin V sinfində oxuyur. İşdə olan AR TN İmişli rayon TŞ İ.Əhmədov adına Xoşçobanlı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18 saylı arayışa əsasən X21 xx.xx.2021-ci il tarixdə Xoşçobanlı kənd tam orta məktəbinin İV sinfinə qəbul olunmuş, xx.xx.2023-cü ildə təhsilini Murğuzallı kənd tam orta məktəbində davam etdirdiyinə görə məktəbin şagird kontingentindən çıxarılmışdır. İşdə olan AR ƏN İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 407 saylı məlumata əsasən İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraat başlanmış və 26 avqust 2021ci il tarixdə xx.xx.2012-ci il təvəllüdlü X21 borclu İddiaçı alınaraq tələbkar X16 təhvil verilmişdir. İcraat dövründə borcludan cəmi 7550,0 manat aliment alınaraq tələbkara ödənilməsi təmin edilmişdir. İşdə olan AZ-İV 644817 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X4 Məhəmməd Məhərrəm oğlundan və X14 törəmişdir. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər İmişli Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı qətnaməsi ilə boşandıqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X24 anası X23 ilə birlikdə İmişli rayonunun Xoşçobanlı kəndində, xx.xx.2012-ci il təvəllüdlü X21 isə atası İddiaçı ilə birlikdə İmişli rayonu Murğuzallı kəndində yaşamışdır. İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı icra sənədi üzrə icraat zamanı 26 avqust 2021-ci il tarixdə xx.xx.2012-ci il təvəllüdlü X21 borclu İddiaçı alınaraq tələbkar X16 təhvil verilmiş və borcludan cəmi 7550,0 manat aliment alınaraq tələbkara ödənilmişdir. xx.xx.2012-ci il təvəllüdlü X21 3023-cü ilin yanvar ayından etibarən atası İddiaçı himayəsinə keçərək onunla birlikdə yaşamışdır. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. АR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanılmasının qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsaəsn sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, tərəflərin maddi imkanları arasında fərqlər müəyyən edilmədiyindən İddiaçı birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X13 himayəsində saxladığı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün tələbkar X11 xeyrinə ayda 240,0 manat məbləğində aliment ödəməkdən yerinə yetirilməmiş tələb həcmində azad edilməli və xx.xx.2012-ci il təvəllüdlü X21 yetkinlik yaşına çatanadək İmişli Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı icra sənədi üzrə aliment öhdəliyinə xx.xx.2023-cü il tarixdən xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T Dİ : İddia tələbi təmin edilsin. İddiaçı İmişli Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı icra sənədi üzrə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2016-cı il təvəllüdlü X1 ötrü cavabdeh X11 xeyrinə ayda 240,0 (iki yüz qırx) manat sabit pul məbləğində aliment ödəməkdən yerinə yetirilməmiş tələb həcmində azad edilsin və xx.xx.2012-ci il təvəllüdlü X21 yetkinlik yaşına çatanadək həmin icra sənədi üzrə aliment öhdəliyinə xx.xx.2023-cü il tarixdən xitam verilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hакim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-1444/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1444/2023
06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver