Məhkəmə qərarları › İş №2(106)-430/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-430/2025

13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-430/2025 13.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad etmə” tələbinə dair mülki iş üzrə Q Ə R A R D A D İ İş № 2(106)-430/2025 Açar sözlər: alimentin silinməsi, aliment öhdəliyindən azad etmə (xəstəliyi və maddi vəziyyəti ilə bağlı deyil) X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının uşağı X5 görə müəyyən olunmuş aliment öhdəliyinə xitam verilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)- 1530/2021 saylı icra sənədi üzrə yaranmış 5810 manat aliment borcundan azad edilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(036)-1256/2024 saylı qətnaməsindən (hakim Z.Pirverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddiaçının uşağı X5 görə müəyyən olunmuş aliment öhdəliyinə xitam verilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)- 1530/2021 saylı icra sənədi üzrə yaranmış 5810 manat aliment borcundan azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü Elvin və xx.xx.2014-cü il təvəllüdlü Cəmilə adlı 2 uşağı vardır. Xasiyyətləri tutmadığından ayrılmışlar və İmişli rayon məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, hər iki uşağın ananın himayəsində saxlanması və iddiaçıdan hər ay hər uşağa aliment müəyyən edilməsi qət edilmişdir. Cavabdeh sonradan başqa şəxslə ailə qurmuş, Cəmiləni özü ilə aparmış, Elvini isə baba-nənəsinin yanında atıb getmişdir. Bundan sonra, yəni 09 avqust 2019-cu ildə Elvin iddiaçının yanına gəlmiş və həmin tarıxdən də iddiaçının himayəsindədir. Hazırda uşağın məhkəmə qətnaməsi ilə iddiaçının himayəsinə verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Elvin iddiaçının himayəsində olsa da ondan cavabdehin xeyrinə Elvini saxlamağa görə aliment tutulmaqda davam edir və hazırda 5810 manat borc yığılmışdır. Uşağı iddiaçı saxlayır. Bu arayış və aktlarla təsdiq olunur ki, Elvin 09 avqust 2019-cu ildən iddiaçının himayəsinə gəlib onunla yaşayır. Qanuna gorə aliment yetkinlik yaşına çatmayan uşağı saxlamağa görə verilir. 2 uşağdan birini iddiaçı saxladığına görə İmişli rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməli və iddiaçı yığılmış aliment borcundan azad edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, qızı onun yanında qalır, oğlu isə 4-5 ay olar atasının yanına gedib orda qalır. Cavabdeh uşağı ondan alımentə görə almışdır. Alimentin ödənilməsini istəyir. Alimenti ödəmək atasının borcudur. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(036)-1256/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 görə müəyyən olunmuş aliment ödəməkdən azad edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, İmişli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-1256/2024 saylı qətnaməsini qismən, tələbin rədd edilməsi hissəsində ləğv edib, xx.xx.2021-ci il tarixli 2(036)-1530/2021 saylı icra sənədi üzrə yaranmış 5810 manat aliment borcundan azad edilməyi barədə tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icra məmurunun borc haqqında araylşını əsas götürmüş, onu araşdırmaq üşün icra məmurunu dindirib, borcun 2019-cu ildən himayəsində olan Elvinə görə yaranmadığını aydınlaşdırmadan səhv nəticəyə gəlmişdir. Hesab etmişdir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib. İmişli rayon Məhkəməsinin həmin qətnaməsinin qismən qanunsuz və əsassız olması onunla sübuta yetirilir ki, İmişli rayon Məhkəməsinin gəldiyi nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və sübut edilməmişdir.Yaşadığı kənd icra nümayəndəliyinin və bələdiyyənin tərtib etdikləri aktla təsdiq olunur ki, uşağı Məmmədzadə Elvin xx.xx.2019-cu ildən onun yanına gəlmiş və onun himayəsində yaşayır. Həmin vaxtdan o, Elvinin saxlanmasına görə alimenti göndərməmişdir və borc bu səbəbdən yaranıb. Məhkəmə isə İcra və probasiya şöbəsinin borcun hər iki uşağa görə yaranması barədə məktubunu əsas götürüb, onu araşdırmadan səhv nəticəyə gəlmiş, uşağın birinin 5 ildir ki, onun yanında olmasına və onu saxlamağa görə anasına aliment vermək borcunun olmadığına hüquqi qiymət verməmişdir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehlə birgə nikahdan Elvin və Cəmilə adında 2 uşaqları olmuş, münasibətləri pozulduğundan 2018-ci ildə nikahları ləğv edilmiş, uşaqlar cavabdehin yanında saxlanılmış və yetkinlik yaşına çatanadək hər uşaq üçün 130 manat, cəmi 260 manat pulun ondan cavabdehin xeyrinə tutulması qət edilmişdir. İlk vaxtlar alimenti zamanında ödəmiş, heç bir aliment borcu yaranmamışdır. Lakin sonradan cavabdeh ailə qurmuş, uşaqlardan qızı Cəmiləni də özü ilə aparmış, lakin Elvini babanənəsinin yanında saxlamışdır. Elvin xx.xx.20219-cu ildə onun yanına gəlmiş və həmin vaxtdan indiyədək onun yanında qalır. Bundan sonra cavabdehin atası qızının nümayəndəsi qismində onun yanına gələrək bundan sonra daha aliment ödəməməsi ilə bağlı razılığa gəlmişlər. Həmin vaxtdan sonra nə Elvinə görə nə də anasının yanında qalan Cəmilə üçün aliment ödəməmişdir. Həmçinin aliment ödəməmək barədə cavabdehlə razılığa gəlsə də birlikdə İcra və Probasiya şöbəsinə getməmiş, cavabdehin icra şöbəsinə alimentdən imtina etməsi ilə bağlı ərizə verməsini xahiş etməmişdir. Təxminən 5 il belə yaşamışlar. Lakin sonradan cavabdeh ondan aliment ödəməsini tələb etmiş və hazırda da tələb edir. Bildirmişdir ki, ikinci dəfə ailə qurmuş 3 uşağı var. Kəlbəcərdə inşaat işlərində işləyir. Elvinlə Cəmiləyə aliment ödəməməsinin səbəbi onun xəstəliyi və ya maddi durumunun ağır olması ilə bağlı olmamışdır. Yəni hazırda iddiasının əsasını onun xəstəliyi və ya maddi durumunun ağır olması ilə bağlı aliment ödəyə bilməməsi təşkil etmir, onun əsasını sadəcə Elvinin artıq 5 ildir ki, onun yanında qalması və bu müddətdə ona aliment hesablanması və digər uşaq Cəmiləyə münasibətdə isə cavabdehlə aliment ödəməmə barədə gəldikləri razılaşma təşkil edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, tələbin rədd edilməsi hissəsində ləğv olunmasını xahiş etməklə, mahiyyətcə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının şikayətinin dəlilləri üzrə, qismən yoxlanılmasını qanunauyğun hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin; Maddə 106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Mülki Prosessual Məcəllə Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1530/2021 saylı qətnaməsindən görünür ki, 15 yanvar 2009-cu il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq anası Cavabdehnın himayəsinə verilməsi, İmişli Rayon Məhkəməsinin 21 may 2018- ci il tarixli, 2(036)-235/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, 15 yanvar 2009-cu il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin tutulmasının əvvəli X4 atasından alınıb anasının himayəsinə verildiyi tarixdən hesablanması, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin tutulmasının əvvəli hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-202/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan İmişli Rayon İcra Hakimiyyəti başçısının Ölcələr kənd inzibati dairəsi üzrə nümayəndəsi və İmişli rayonu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdən öz istəyi ilə atası iddiaçının yanına gəlmiş və hal-hazırda atası ilə bərabər İmişli rayonu, Soltanmuradlı kəndində yaşayır. İşdə olan İmişli Rayon İcra Hakimiyyəti başçısının Ölcələr kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdən öz istəyi ilə atası iddiaçının yanına gəlmiş və hal-hazırda atası ilə bərabər İmişli rayonu, Soltanmuradlı kəndində yaşayır. İşdə olan Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli e274015/2021-37-6-008 saylı cavab məktubundan görünür ki, icra sənədi üzrə İmişli rayon İcra və Probasiya şöbəsində xx.xx.2021 -ci il tarixdə başlanılmış icraat zamanı borclu tərəfindən müntəzəm şəkildə ödənilməmiş, onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. İcraat dövründə İddiaçı tərəfindən “Million elektron" ödəmə sistemi vasitəsi ilə tələbkarın kart hesabına ümumilkidə cəmi 1300 manat ödəniş etmişdir. Tələbkar xx.xx.2024-cü il tarixli ərizəsində hər iki uşaqın və X4 atasının himayəsində çatanadək yəni 2023-cü ilin oktyabrınadək olan aliment borcunu və bugünədək X3 ümumilikdə 6240 manat aliment borcunun ödənilməsini tələb edir. Göründüyü kimi iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq 5810 manat aliment məbləğindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin etmiş İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 görə müəyyən olunmuş alimenti ödəməkdən azad edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, məhkəmə icra sənədi üzrə mövcud olan və yığılıb qalmış 5810 manat aliment öhdəliyindən onu azad etməmişdir. Kollegiyanın iclası zamanı iddiaçı göstərmişdir ki, cavabdehlə birgə nikahdan Elvin və Cəmilə adında 2 uşaqları olmuş, münasibətləri pozulduğundan 2018-ci ildə nikahları pozulmuş, uşaqlar cavabdehin yanında saxlanılmış və yetkinlik yaşına çatanadək hər uşaq üçün 130 manat, cəmi 260 manat pulun ondan cavabdehin xeyrinə tutulması qət edilmişdir. İlk vaxtlar alimenti zamanında ödəmiş, heç bir aliment borcu yaranmamışdır. Lakin sonradan cavabdeh ailə qurmuş, uşaqlardan qızı Cəmiləni də özü ilə aparmış, lakin Elvini baba-nənəsinin yanında saxlamışdır. Elvin xx.xx.20219-cu ildə onun yanına gəlmiş və həmin vaxtdan indiyədək onun yanında qalır. Bundan sonra cavabdehin atası qızının nümayəndəsi qismində onun yanına gələrək bundan sonra daha aliment ödəməməsi ilə bağlı razılığa gəlmişlər. Həmin vaxtdan sonra nə Elvinə görə nə də anasının yanında qalan Cəmilə üçün aliment ödəməmişdir. Həmçinin aliment ödəməmək barədə cavabdehlə razılığa gəlsə də birlikdə İcra və Probasiya şöbəsinə getməmiş, cavabdehin icra şöbəsinə alimentdən imtina etməsi ilə bağlı ərizə verməsini xahiş etməmişdir. Təxminən 5 il belə yaşamışlar. Lakin sonradan cavabdeh ondan aliment ödəməsini tələb etmiş və hazırda da tələb edir. Həmçinin qeyd etmişdir ki, Elvinlə Cəmiləyə aliment ödəməməsinin səbəbi onun xəstəliyi və ya maddi durumunun ağır olması ilə bağlı olmamışdır. Göründüyü kimi alimentin hesablanma tarixi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuş, iddiaçının tələbi isə məhz xx.xx.2019-cu ildən sonra övladı Elvin və Cəmilə üçün ödəmədiyi və icra məmuru tərəfindən hesablanan borcun silinməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki, iddiaçı həmin zaman aralığında həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı ilk növbədə icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Kollegiya qeyd edir ki, qanunvericiliklə şəxsin aliment borcundan tam və ya qismən azad edilməsi ilə bağlı iddialara iddia icraatı qaydasında da baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və diqqətdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi durumu və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı, ümumiyyətlə, icra məmuru tərəfindən borcun hesablanması ilə razı deyil və onun borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Hazırda iddiasının əsasını onun xəstəliyi və ya maddi durumunun ağır olması ilə bağlı aliment ödəyə bilməməsi təşkil etmir, onun əsasını sadəcə Elvinin artıq 5 ildir ki, onun yanında qalması və bu müddətdə ona aliment hesablanması və digər uşaq Cəmiləyə münasibətdə isə cavabdehlə aliment ödəməmə barədə gəldikləri razılaşma təşkil edir. Belə ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Lakin Kollegiyanın iclası zamanı iddiaçı bildirmişdir ki, 2018-ci ildə aliment müəyyən edilərkən hər ay alimenti vaxtı-vaxtında ödəmiş, hazırda da Kəlbəcər rayonunda tikintidə işlədiyini qeyd etmiş və göstərmişdir ki, bütün bu müddət ərzində uşaqları üçün aliment ödəməməsinin səbəbi onun xəstəliyi, maddi durumunun ağır olması və digər üzürlü səbəblərlə bağlı deyil. Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslarını, mübahisənin mahiyyətini, işin faktiki hallarını nəzərə almadan və müəyyən etmədən işə mülki məhkəmə icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşağı X5 görə müəyyən olunmuş aliment öhdəliyinə xitam verilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1530/2021 saylı icra sənədi üzrə yaranmış 5810 manat aliment borcundan azad edilməsi” tələbinə dair mülki iş üzrə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməlidir. Hazırkı iş üzrə əsaslandırma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1637/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarındakı mövqeyə uyğun olaraq aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(036)-1256/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “uşağı X5 görə müəyyən olunmuş aliment öhdəliyinə xitam verilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1530/2021 saylı icra sənədi üzrə yaranmış 5810 manat aliment borcundan azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar