Məhkəmə qərarları › İş №2(106)-1348/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1348/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1348/2023 11.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızına qarşı aliment borcunu ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızına qarşı aliment borcunu ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbi barədə iddia qaldıraraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının xeyrinə kəsilmiş ayda 240,0 manat sabit pul məbləğində alimenti ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, o, 2012-ci ilin iyun ayında Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı ilə rəsmi nikahla evlənmiş, onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X25 anadan olmuşdur. İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı ilə boşanmış və uşaqlar ananın himayəsinə verilərək saxlanmaları üçün xeyrinə ayda 240 manat sabit məbləğdə aliment kəsilmişdir. Ayrıldıqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X5 (Hümbətova) Yenigül Yusif qızı ilə birlikdə İmişli rayonunun Xoşçobanlı kəndində yaşamış, xx.xx.2012-ci il təvəllüdlü X22 isə anası ilə getməkdən imtina edərək İmişli rayonunun Murğuzallı kəndində onunla birlikdə yaşamışdır. 2021-ci ilin avqust ayında xx.xx.2012- ci il təvəllüdlü X22 özünün iradəsi ziddində ondan alınaraq anasına təhvil verilmiş və iki aydan sonra anası ilə qalmaqdan imtina edərək yenidən onun yanına qayıtmışdır. Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı xx.xx.2012-ci il təvəllüdlü X13 zorla yanında saxlamağın mümkün olmadığını artıq başa düşmüş və uşaqdan imtina etmişdir. Boşanmadan sonrakı müddətdə xx.xx.2012-ci il təvəllüdlü X22 əsasən onun himayəsində olmasına baxmayaraq Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının xeyrinə kəsilmiş ayda 240,0 manat məbləğində alimenti 2023-cü ilin yanvar ayınadək böyük məbləğdə ödəsə də, müəyyən məbləğdə aliment borcu yığılaraq qalmışdır. O, himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X22 və başqa nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X18 ilə birlikdə İmişli rayonu Murğuzallı kəndində yaşayır və heç yerdə işləmədiyindən ailə üzvlərinin maddi ehtiyaclarını günəmuzd işlərin görülməsindən əldə etdiyi təsadüfi qazancla ödəyir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının xeyrinə kəsilmiş ayda 240,0 manat sabit pul məbləğində alimenti ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2012-ci ilin iyun ayında İddiaçı ilə rəsmi nikahla evlənmiş, onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X25 anadan olmuşdur. İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə boşanmış, uşaqlar onun himayəsinə verilərək saxlanmaları üçün xeyrinə ayda 240 manat sabit məbləğdə aliment kəsilmişdir. Ayrıldıqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X25 onunla birlikdə İmişli rayonunun Xoşçobanlı kəndində yaşamış, xx.xx.2012-ci il təvəllüdlü X22 isə atası tərəfindən psixi təsirə məruz qaldığı üçün onunla gəlməkdən imtina edərək bir müddət İddiaçı ilə birlikdə İmişli rayonu Murğuzallı kəndində yaşadıqdan sonra 2021-ci ilin avqust ayında icra icraatı qaydasında alınaraq ona verilmiş və 2022-ci ilin dekabr ayınadək onun yanında qaldıqdan sonra yenidən atasının yanına getmişdir. xx.xx.2012-ci il təvəllüdlü X10 bundan sonra atası ilə birlikdə İmişli rayonu Murğuzallı kəndində yaşamasına tərəfdar olsa da, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü xeyrinə kəsilmiş alimentdən imtina etməmişdir. O, Xoşçobanlı kənd mədəniyyət evində 0,5 ştat vahidi həcmində xadimə vəzifəsində işləməklə ayda cəmi 150,0 manat əmək haqqı alır və başqa gəlirləri yoxdur. Ona görə də, İddiaçı aliment öhdəliyinə xitam verilməsi haqqında iddiası əsassız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Ü.Qənbərov), iddia tələbinin təmin edilməsi, İddiaçı İmişli Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı icra sənədi üzrə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X1 ötrü cavabdeh X14 xeyrinə ayda 240,0 (iki yüz qırx) manat sabit pul məbləğində aliment ödəməkdən yerinə yetirilməmiş tələb həcmində azad edilsin və xx.xx.2012-ci il təvəllüdlü X22 yetkinlik yaşına çatanadək həmin icra sənədi üzrə aliment öhdəliyinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2 və 78.3, 112.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. İmişli Rayon Məhkəməsinin 2(036)1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddiaçının iddia tələbinin hər ay 240 manat alimentin yerinə yetirilməmiş tələb həcmində azad edilməsi hissəsində ləğv edilməsi, X19 hər ay 120 manat aliment verməsi öhdəliyinin qüvvədə olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini iddiaçının iddia tələbinin hər ay 240 manat alimentin yerinə yetirilməmiş tələb həcmində azad edilməsi hissəsində ləğv edilməsi, X19 hər ay 120 manat aliment verməsi öhdəliyinin qüvvədə olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini İmişli Rayon Məhkəməsinin 2(036)1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin 2(036)1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı tərəfindən mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 113.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. 113.2-ci maddəsinə əsasən Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2-ci maddəsinə əsasən aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3-cü maddəsinə əsasən aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4-cü maddəsinə əsasən aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh iddianın təmin olunan hissəsi ilə qismən razılaşaraq apelyasiya qaydasında mübahisə açmamışdır. Qətnamədən yalnız X19 aliment ödənilməsi öhdəliyinə xitam verilməsi hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının apelyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 2(036)1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı qətnaməsinin surətinə əsasən Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı ilə İddiaçı nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X6 Məhəmməd Məhərrəm oğlundan alınaraq Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının himayəsinə verilmiş və uşaqların saxlanması üçün onun xeyrinə 02 iyul 2018-ci il tarixdən başlayaraq ayda 240,0 manat sabit pul məbləğində aliment kəsilmişdir. İş materiallarında olan İmişli RİHB –nin Murğuzallı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 553-1216/2-100 nömrəli arayışa əsasən X9 rayonu Murğuzallı kəndində yaşayır və atası İddiaçı himayəsindədir. İş materiallarında olan AR TN İmişli rayon TŞ A.Mejdunov adına Murğuzallı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 saylı arayışa əsasən X2 tam orta məktəbinin V sinfində oxuyur. İş materiallarında olan AR TN İmişli rayon TŞ İ.Əhmədov adına Xoşçobanlı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18 saylı arayışa əsasən X22 xx.xx.2021-ci il tarixdə Xoşçobanlı kənd tam orta məktəbinin İV sinfinə qəbul olunmuş, xx.xx.2023-cü ildə təhsilini Murğuzallı kənd tam orta məktəbində davam etdirdiyinə görə məktəbin şagird kontingentindən çıxarılmışdır. İş materiallarında olan AR ƏN İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 407 saylı məlumata əsasən İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018ci il tarixli 2(036)1815/2018 saylı icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraat başlanmış və 26 avqust 2021-ci il tarixdə xx.xx.2012-ci il təvəllüdlü X22 borclu İddiaçı alınaraq tələbkar Nağıyeva (Hümbətova) Yenigül Yusif qızına təhvil. İş materiallarında olan AZ-İV 644817 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X4 Məhəmməd Məhərrəm oğlundan və X15 törəmişdir. Məhkəmə kollegiyası iş materiallarına araşdıraraq müəyyən etdi ki, tərəflər İmişli Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı qətnaməsi ilə boşandıqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X25 anası Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı ilə birlikdə İmişli rayonunun Xoşçobanlı kəndində, xx.xx.2012-ci il təvəllüdlü X22 isə atası İddiaçı ilə birlikdə İmişli rayonu Murğuzallı kəndində yaşamışdır. İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı icra sənədi üzrə icraat zamanı 26 avqust 2021-ci il tarixdə xx.xx.2012-ci il təvəllüdlü X22 borclu İddiaçı alınaraq tələbkar Nağıyeva (Hümbətova) Yenigül Yusif qızına təhvil verilmiş və borcludan cəmi 7550,0 manat aliment alınaraq tələbkara ödənilmişdir. xx.xx.2012-ci il təvəllüdlü X22 2023-cü ilin yanvar ayından etibarən atası İddiaçı himayəsinə keçərək onunla birlikdə yaşamışdır. İşin hallarından görünür ki, hal-hazırda X22 atası İddiaçı himayəsində X25 anası Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının himayəsindədir. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda aliment öhdəliyinə xitam verilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2012-ci il təvəllüdlü X22 2023-cü ilin yanvar ayından etibarən atası İddiaçı himayəsinə keçərək onunla birlikdə yaşayır. Cavabdeh azyaşlı H.Hümbətlinin atası İddiaçı yanında qalmasına etiraz etmir. Həmçinin apellyasiya şikayətinin dəlillərində də Hüseyn Hümbətliyə münasibətdə iddiaçının aliment öhdəliyinə xitam verilməsilədə razılaşır. X7 onun (Cavabdeh (Hümbətova)) himayəsində olmasına baxmayaraq iddiaçının Mələkə münasibətdə aliment öhdəliyinə xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Hesab edir ki, nə qədər ki, azyaşlı Mələk onun himayəsindədir atası İddiaçı aliment öhdəliyinə qanuni əsaslar olmadan xitam verilə bilməz. Məhkəmə kollegiyası cavabdeh həm apellyasiya şikayətinin dəlilləri həm də məhkəmə iclası zamanı verdiyi izahatı ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarına səhv təfsir etdiyindən qətnamənin apellyasiya qaydasında qismən ləğv üçün əsaslar yaratmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə azyaşlı Mələyin mənafeyini ziyan gətirə bilər. Belə ki, məhkəmələr tərəfindən aliment müəyyən edilərkən uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi üçün sərf olunan məbləğlər nəzərə alınır. Lakin birinci instansiya məhkəməsi heçdə aliment öhdəliyinə xitam verilməsi üçün əsaslar olmadan İddiaçı azyaşlı Mələk Hümbətliyə münasibətdə aliment öhdəliyindən azad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Valideynlərin övladlarının maddi təminatını həyata keçirmək vəzifəsidir və vəzifənin yerinə yetirilməsi yuxarıda qeyd edilən hüquq normalarında birbaşa öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 113.2-ci maddəsinə əsasən Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2-ci maddəsinə əsasən aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3-cü maddəsinə əsasən aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4-cü maddəsinə əsasən aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Kollegiya yuxarıda göstərilən qanunvericilik aktları ilə işin hallarını qarşılıqlı təfsir edərək qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2016-cı il təvəllüdlü X19 münasibətdə İddiaçı aliment öhdəliyinə xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, həm ailə məcəlləsinin 113-cü maddəsində göstərilən əsaslar olmamış, həm də iddiaçı maddı və sair vəziyyətində hər hansısa dəyişliklərin baş verməsi müşahidə olunmamışdır. Kollegiya qeyd edir ki, İmişli rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(036)1815/2018 saylı qətnaməsinin surətinə əsasən Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı ilə İddiaçı nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X6 Məhəmməd Məhərrəm oğlundan alınaraq Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının himayəsinə verilmiş və uşaqların saxlanması üçün onun xeyrinə 02 iyul 2018-ci il tarixdən başlayaraq ayda 240,0 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi xx.xx.2012-ci il təvəllüdlü X16 münasibətdə İddiaçı aliment öhdəliyinə xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, xx.xx.2016-cı il təvəllüdlü X19 münasibətdə ddiaçı İddiaçı aliment öhdəliyinə xitam verilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda kollegiya işin halları və apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən yəni xx.xx.2016-cı il təvəllüdlü X1 ötrü cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının xeyrinə ayda 120,0 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməkdən yerinə yetirilməmiş tələb həcmində azad edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən iddianın qiyməti beş min manatdan az 120*12=1440 təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)1444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən yəni xx.xx.2016-cı il təvəllüdlü X1 ötrü cavabdeh Nağıyeva (Hümbətova) Yenigül Yusif qızının xeyrinə ayda 120,0 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməkdən yerinə yetirilməmiş tələb həcmində azad edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar