Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-43/2024 11.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaq tələbi və aliment öhdəliyinə xitam verilməsi barədə mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, 22 avqust 2014-cü il təvəllüdlü uşağı X1 Cavabdeh himayəsindən alınaraq onun himayəsinə verilməsi və İmişli Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə hər iki uşağa görə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(017)-187/2020 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından doğulmuş 22 avqust 2014-cü il təvəllüdlü X3 və 05 oktyabr 2018-ci il təvəllüdlü X2 cavabdehin himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Lakin sonradan uşaqlarından biri X3 anasından ayrılıb onun yanına gəlmiş, hazırda Ağcabədi şəhər orta məktəbində oxuyur və anasının yanına geri qayıtmaq istəmir. Cavabdeh isə başqa şəxslə ailə həyatı qurub və uşaqla maraqlanmır.
3. Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(017)-187/2020 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından doğulmuş 22 avqust 2014-cü il təvəllüdlü X3 və 05 oktyabr 2018-ci il təvəllüdlü X2 cavabdehin himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
4. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 22 avqust 2014-cü il təvəllüdlü X3 və 05 oktyabr 2018-ci il təvəllüdlü X2 cavabdehin himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
5. İmişli Rayon Məhkəməsinin 2(036)-1516/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə mülki iş 22 avqust 2014-cü il təvəllüdlü X1 valideynlərindən hansının yanında qalmasının onun mənafeyinə uyğunluğu məsələsinin həll edilməsi ilə bağlı rəy alınması üçün İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasına göndərilmişdir.
6. İmişli Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 14 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası 22 avqust 2014cü il təvəllüdlü X3 atası İddiaçı ilə birlikdə Ağcəbədi şəhəri, H.Hacıyev küçəsi 298 ünvanında yaşadığından onun fikri öyrənilməmişdir.
7. İş materiallarına əlavə edilmiş müayinə aktı ilə müəyyən olur ki, İddiaçı Ağcəbədi şəhəri, H.Hacıyev küçəsi, ev 289 ünvanında yaşadığı ev ümumi olaraq yaşayış üçün normal vəziyyətdədir.
8. Ağcəbədi Rayon Təhsil Şöbəsi M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 729 nömrəli arayışla müəyyən olunur ki, X3 həqiqətən də, Ağcəbədi rayon M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin 3-cü sinfində təhsil alır. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə rəsmi məlumat verməmişdir.
11. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan şəxs X1 fikri dinlənilmiş və o, 2022-ci ildən atası ilə birlikdə Ağcabədi rayonunda yaşadığını və 2022-ci ilin sentyabr ayından həmin rayonda orta məktəbdə oxuduğunu və həmin vaxtdan sonra bir daha anası ilə əlaqəsinin olmadığını göstərərək, atasının yanında qalmaq istədiyini bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstıtusiyası
12. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur.
13. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyası
14. Maddə 9. Uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu, uşağın ən yaxşı mənafelərinə zidd olmasın. Uşaq valideynlərindən biri ilə və ya hər ikisi ilə əlaqə saxlamaq hüququna malikdir.
15. Maddə 27. Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsi
16. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
17. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
18. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
21. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
22. Maddə 19.1 Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
28. Məhkəmə işdə iştirak edən şəxslərin izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
29. Belə ki, iş materialları ilə müəyyən olur ki, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(017)-187/2020 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından doğulmuş 22 avqust 2014-cü il təvəllüdlü X3 və 05 oktyabr 2018-ci il təvəllüdlü X2 cavabdehin himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 22 avqust 2014-cü il təvəllüdlü X3 və 05 oktyabr 2018-ci il təvəllüdlü X2 cavabdehin himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Lakin, X3 2022-ci ildən anasından ayrılaraq atası ilə birlikdə yaşamağa başlamışdır. X3 2022-ci ilin sentyabr ayından həmin rayonda orta məktəbdə oxuyur və hazırda Ağcəbədi rayonu M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin 3-cü sinfində təhsil alır.
30. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
31. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
32. Məhkəmə qeyd edir ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, öz valideynləri tərəfindən tərbiyə olunmaq, onlarla birgə yaşamaq hüququna, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
33. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlardan valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
34. Həmin qərarla məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Eyni zamanda qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir.
35. Məhkəmə işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, X3 anasının himayəsində olmadığından onun saxlanması üçün iddiaçıdan alimentin alınaraq cavabdehə verilməsi üçün əsas olmamışdır.
36. Ona görə də, xx.xx.2022-ci il tarixdən iddiaçıdan cavabdehin xeyrinə ödəməli olduğu alimentə görə hesablanmış borc silinməlidir.
37. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X3 Cavabdeh himayəsindən alınaraq İddiaçı himayəsinə verilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməli və İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh xeyrinə ödəməli olduğu alimentə görə hesablanmış borc silinməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı uşaq tələbi və aliment öhdəliyinə xitam verilməsi barədə iddiası qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 Cavabdeh himayəsindən alınaraq İddiaçı himayəsinə verilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment öhdəliyinə xitam verilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh xeyrinə ödəməli olduğu alimentə görə hesablanmış borc silinsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Telman Quliyev