Məhkəmə qərarları › İş №2(036)-1469/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1469/2021

19.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1469/2021 19.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Ayhan Elnur oğlunun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nin X4rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin X4rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, 2013-cü il tarixdən "xxxx" QSC-nin X7 yük hərəkətində teplovoz dartıcı briqadasında maşinist köməkçisi vəzifəsində işləmişdir. Bu müddət ərzində o, qüsursuz işləmiş və barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. 15 mart 2021-ci il tarixdə X8 rəhbərliyi ona bildirmişdir ki, ərizə yazıb işdən çıxsın. O, səbəbini soruşduqda ona bildirmişlər ki, “ərizə yazmaq lazım deyil, baş idarədən göndərilmiş blankı imzalamaq lazımdır, onu müvəqqəti işdən kənarlaşdıracaq və sonra öz işinə qaytaracaqlar.” Beləliklə, ona məzmunu ilə tanış olmadığı kağız-blankı imzalatmışlar və bu günədək gözləsə də, onu öz işinə qaytarmamışlar. Hətta "xxxx" QSC-nin X16 tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti və əmək kitabçası vaxtında verilməmişdir. O, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini təsadüfən 10 may 2021-ci il tarixdə əldə etmişdir. Həmin əmrdə göstərilmişdir ki, guya o, öz istəyi ilə 16 mart 2021-ci il tarixdə işdən azad olunmuşdur. Halbuki, bu həqiqətə uyğun deyildir. Onu aldadıb məzmununu bilmədiyi blankı imzalatmışlar. Halbuki onun işdən çıxmaq niyyəti olmamışdır. Beləliklə, onun əmək hüquqları ciddi surətdə pozulmuşdur. Hal-hazırda onun himayəsində 2 (iki) azyaşlı uşağı vardır və ailəyə yeganə qazanc gətirən şəxsdir. Bu səbəbdən də, o, cavabdeh "xxxx" QSC-nin X4rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, "xxxx" QSC-nin X8 rəisi X2 “əmək müqaviləsinə xitam verilməsi haqqında” 01 saylı, 16 mart 2021-ci il tarixli əmrinin etibarsız hesab edilməsi, “yük hərəkətində teplovoz dartıcı briqadasında maşinist köməkçisi” ştatı üzrə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh "xxxx" QSC-nin X11baqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh "xxxx" QSC-nin X8 nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ******* №-li, 20 noyabr 2013cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 14 saylı, 21 may 2020-ci il tarixli əmr ilə "xxxx" QSC-nin X9 “yük hərəkətində teplovoz dartıcı briqadasında maşinist köməkçisi” vəzifəsinə təyin edilmiş və 01 saylı, 16 mart 2021-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “əmək müqaviləsinin ləğv edilməsi barədə” ərizədən (ərizə-blank forması) görünür ki, "xxxx" QSC-nin X9 “yük hərəkətində teplovoz dartıcı briqadasında maşinist köməkçisi” vəzifəsinə işləyən işçi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi üçün ərizə ilə "xxxx" QSC-nin X14 müraciət etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 01 saylı, 16 mart 2021-ci il tarixli əmrin surətindən görünür ki, iddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən) "xxxx" QSC-nin X16 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X15 Polis İdarəsi Gəncə st. X22 Ağstafa st. X18 KM/4 saylı, 02 iyun 2021ci il tarixli arayışından görünür ki, 12 mart 2021-ci il tarixdə Böyük-kəsik dəmir yolu stansiyasında 6 (altı) ədəd qabda 120 litr yanacağın 0296 saylı teplovozun yanacaq çənindən çıxarılaraq, mənimsənilməsi faktına görə "xxxx" QSC-nin X7 “yük hərəkətində teplovoz dartıcı briqadasında maşinist köməkçisi” vəzifəsində işləyən İddiaçı barəsində heç bir cinayət və ya inzibati tənbeh tədbiri görülməmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 376154 №-li, 11 oktyabr 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 birgə nikahından 12 may 2014-cü ildə “X12” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 251153 №-li, 04 mart 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 birgə nikahından 16 fevral 2019-cu ildə “X13” adında uşaqları anadan olmuşdur. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı 14 saylı, 21 may 2020-ci il tarixli əmr ilə "xxxx" QSC-nin X9 “yük hərəkətində teplovoz dartıcı briqadasında maşinist köməkçisi” vəzifəsinə təyin edilmiş və 01 saylı, 16 mart 2021-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hal mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı (işçi) İddiaçı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavabdeh (işəgötürən) "xxxx" QSC-nin X10 rəisi X2 01 saylı, 16 mart 2021-ci il tarixli əmrinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun verilibverilməməsi kimi hal mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, “işəgötürən” "xxxx" QSC-nin X8 rəisi X2 “işçi” İddiaçı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” 01 saylı, 16 mart 2021-ci il tarixli əmri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində həmin Məcəllənin 69-cu maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilmək hüququna malik olduğu halda, o cümlədən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi təqdirdə, işəgötürən tərəfindən xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinin, eləcə də, bu Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan olması “imperativ norma” ilə tənzimlənmişdir. İşin faktiki hallarına, eləcə də, iddiaçıya ünlanmış suallara əldə edilmiş cavablara əsasən məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 1. “işçi” İddiaçı yaşa, əlilliyə görə əmək pensiyasına çıxdığına, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olmağına, yeni yaşayış yerinə köçdüyünə, başqa işəgötürənlə əmək müqaviləsi bağladığına, seksual qısnamaya məruz qaldığına və qanunvericilikdə nəzərdə tutulmuş digər hallara görə əmək müqaviləsinin ləğvi barədə ərizə ilə “işəgötürən” "xxxx" QSC-nin X14 müraciət etməmiş; 2. “işçi” İddiaçı ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmiş və 3. “işəgötürən” "xxxx" QSC-nin X8 rəisi X6 həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, “işçi” İddiaçı “əmək müqaviləsinin ləğv edilməsi barədə” "xxxx" QSC-nin X14 müraciət etdiyi ərizə (ərizə-blank forması) “formal xarakter” daşıdığı, işçinin əmək müqaviləsinə xitam verilməsi prosesi Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən həyata keçirildiyi, eləcə də, işçinin Azərbaycan Respublikasının Konstitusiyasında və Əmək Məcəlləsində təsbit edilmiş əmək hüquqları kobud şəkildə pozulduğu üçün “işçi” İddiaçı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” “işəgötürən” Azərbaycan Dəmir Yolları” QSC-nin X10 rəisi X2 01 saylı, 16 mart 2021-ci il tarixli əmri qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır...Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləmək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavabdeh "xxxx" QSC-nin X10 rəisi X2 01 saylı, 16 mart 2021-ci il tarixli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun verilmədiyi üçün iddia təmin edilməli, İddiaçı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavabdeh «Azərbaycan Dəmir Yolları” QSC-nin X10 rəisi X2 01 saylı, 16 mart 2021-ci il tarixli əmri etibarsız hesab edilməli, İddiaçı "xxxx" QSC-nin X7 “yük hərəkətində teplovoz dartıcı briqadası maşinist köməkçisi” ştatı üzrə işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün 16 mart 2021-ci il tarixdən etibarən icra sənədi icra olunduğu günədək əmək haqqı tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X3 ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavabdeh "xxxx" QSC-nin X10 rəisi X2 01 saylı, 16 mart 2021-ci il tarixli əmri etibarsız hesab edilsin. İddiaçı "xxxx" QSC-nin X7 “yük hərəkətində teplovoz dartıcı briqadası maşinist köməkçisi” ştatı üzrə işə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün 16 mart 2021-ci il tarixdən etibarən icra sənədi icra olunduğu günədək əmək haqqı tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar