Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1479/2021 28.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X5 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı İmişli rayon Aqrar İslahat Komissiyasının Babaşov Vəli Qəhrəman oğlunun 5 nəfər ailə üzvünə həyətyanı torpaq sahəsinin verilməsinə dair 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı İmişli rayon Aqrar İslahat Komissiyasının Babaşov Vəli Qəhrəman oğlunun 5 nəfər ailə üzvünə həyətyanı torpaq sahəsinin verilməsinə dair 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası Babaşov Vəli Qəhrəman oğluna İmişli şəhər ZDS İK-nin 15 fevral 1977-ci il tarixli, 3 saylı qərarı ilə 0,06 hektar həyətyanı torpaq sahəsi verilmiş, İmişli rayon XDS İK-nin 26 sentyabr 1980-ci il tarixli, 18 saylı qərarı ilə V.Q.Babaşova həmin sahədə ev tikməyə icazə verilmişdir. İmişli şəhəri, Şərq küçəsində yerləşən 125 saylı ünvanda V.Q.Babaşov 2 fərdi yaşayış evi tikmişdir. Evlərin birinə 26 sentyabr 1980-ci ildə, digərinə isə 15 iyun 1988-ci ildə qeydiyyat vəsiqəsi verilmiş və mülkiyyət hüququ rəsmiləşdirilmiş, hətta 04 iyun 1990-cı il tarixdə fərdi yaşayış evinə texniki pasprot da verilmişdir. Buna baxmayaraq, İmişli rayon Aqrar İslahat Komissiyası Babaşov Vəli Qəhrəman oğlunun 6 nəfər ailə üzvlərinin mülkiyyətinə həmin 0,06 hektar torpaq sahəsinin verilməsinə dair 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərar qəbul etmiş və qərar əsasında torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) nömrəli şəhadətnamə tərtib olunmuşdur. Qeyd olunan şəhadətnamədə Babaşov Vəli Qəhrəman oğlunun, Babaşova Güllübəyim Soltan qızının, Babaşov Əyyam Vəli oğlunun, X1, Cavabdeh2 və Babaşov Saleh Əyyam oğlunun ümumi paylı mülkiyyətinə 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsi göstərilmişdir. Cavabdeh1 iddiaçının qardaşı Babaşov Əyyam Vəli oğlu ilə 1995-ci ildə evlənmiş və 2007-ci ildə boşanmışdır. 2003-cü ildən isə iddiaçının atasına məxsus evdə, eləcə də həyətyanı torpaq sahəsində yaşamır və iddiaçının qardaşı ilə birgə nikahından anadan olmuş uşaqların saxlanması üçünü sonuncudan aliment alır. İddiaçının qardaşı Ə.V.Babaşov isə başqa bir qadınla nikaha girmişdir. Buna görə də Cavabdeh1 iddiaçı və sonuncunun ailəsinə qarşı düşmənçilik münasibəti bəsləyir. İddiaçının atasının fərdi yaşayış evinə və həyəytanı torpaq sahəsinə qanuni sənədləri olduğu halda, islahat komissiyası qanunsuz olaraq V.Q.Babaşovun digər ailə üzvlərini də torpaq sahəsinin mülkiyyətçiləri sırasında göstərmişdir. Həmin şəhadətnamə tamamilə qanunsuz verilmişdir. Belə ki, Şərafətin adı Şərəf, soyadı isə Abbasova kimi göstərilmişdir. V.Q.Babaşov İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən 126 saylı ünvanda yerləşən torpaq sahəsini və fərdi yaşayış evini 10 iyul 2005-ci il notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etmişdir. İddiaçının atası Babaşov Vəli Qəhrəman oğlu 18 dekabr 2020-ci ildə, anası Babaşova Güllübəyim Soltan qızı isə 30 mart 2003-cü ildə, qardaşı Babaşov Əyyam Vəli oğlu isə 22 noyabr 2020-ci ildə vəfat etmişdir. Cavabdehlərin vərəsə kimi də iddiaçının atasına məxsus əmlakdan pay almaq hüququ yoxdur. Buna baxmayaraq, cavabdehlər iddiaçıya hədə-qorxu gəlirlər. Qeyd olunan səbəblərdən İmişli rayon Aqrar İslahat Komissiyasının Babaşov Vəli Qəhrəman oğlunun 5 nəfər ailə üzvünə həyətyanı torpaq sahəsinin verilməsinə dair 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməli, həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) nömrəli şəhadətnamənin etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdilər və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, xx xxxxxx 1974-cü ildə İmişli rayonunun Göbəktala kəndində anadan olmuş və 1995-ci ildə iddiaçının qardaşı Babaşov Əyyam Vəli oğlu ilə nikaha girmişdir. Onların birgə nikahlarından 3 uşaq anadan olmuşdur. Lakin sonradan Ə.V.Babaşovla onun arasında olan nikah münasibətləri pisləşmiş və 2007-ci ildə həmin nikah pozulmuşdur. 1995-ci ildən 2007-ci ilədək ötən 12 il müddət ərzində o, Ə.V.Babaşovla birgə yaşamış və həmin şəxslə birlikdə təsərrüfat aparmışdır. O, Ə.V.Babaşovla birlikdə yaşayıb, təsərrüfat apardığına və ailə üzvləri sırasında yaşda ən böyük şəxs Ə.V.Babaşovun atası mərhum Babaşov Vəli Qəhrəman oğlu olduğuna görə İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006cı il tarixli, 01 saylı qərarında, eləcə də torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A nömrəli şəhadətnamədə Babaşov Vəli Qəhrəman oğlu təsərrüfat başçısı kimi göstərilmişdir. Bununla yanaşı, həmin torpaq sahəsi onun, Babaşov Vəli Qəhrəman oğlunun, Babaşova Güllübəyim Soltan qızının, Babaşov Əyyam Vəli oğlunun, Cavabdeh2 və Babaşov Saleh Əyyam oğlunun ümumi paylı mülkiyyətinə verilmişdir. Lakin 2007-ci ildə onunla Ə.V.Babaşov arasında nikah pozulduqdan sonra iddiaçının və sonuncunun ailə üzvlərinin hərəkətlərinə görə o, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. Buna baxmayaraq, o, həmin əmlak üzərində mülkiyyət hüquqlarını itirməmişdir. Belə ki, əmlakdan istifadə edilməməsi, ona mülkiyyət hüquqlarının itirilməsinə səbəb deyildir. Bundan başqa, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin daha əvvəl mərhum atası V.Q.Babaşovun mülkiyyətinə verilməsini bildirsə də, həmin torpaq sahəsinin həqiqətən də daha əvvəl mərhum atasının mülkiyyətində olmasını təsdiq edən sənədləri təqdim edə bilməmişdir. Çünki həmin torpaq sahəsi iddiaçının iddia etdiyi kimi sonuncunun atasının mülkiyyətində olmamışdır və keçmiş sovet idarəetmə qaydalarına uyğun olaraq bütün torpaq sahələri dövlət mülkiyyəti olduğuna görə, ən yaxşı halda istifadəsində ola bilərdi. Bu isə əmlakın şəxsin mülkiyyətində olması mənası ilə eyniləşdirilə bilməz. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə həmin şəxsin mərhum atasının istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra dövlət mülkiyyətində olan torpaq sahələri onun vətəndaşları arasında bölüşdürülmüşdür və bu zaman hər bir vətəndaşın mülkiyyətinə müəyyən ölçüdə torpaq sahəsi verilmişdir. Yəni torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçının ailə üzvü olduğuna görə deyil, Azərbaycan Respublikası vətəndaşı olduğuna görə verilmişdir. Artıq bir dəfə pay torpaq sahəsi onun mülkiyyətinə verildiyində görə, onun yenidən pay torpaq sahəsi almaq hüququ yoxdur. Həmçinin bəhs edilən şəhadətnamədə onun adı və soyadı yalnış göstərilsə də, şəhadətnamə ona məxsusdur və o, şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmədə iddia qaldıracaqdır. Sonda Cavabdeh1 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 və Babaşov Cavabdeh3 Şərafət Səməd qızı ilə eyni məzmunlu izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə məhkmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İmişli şəhər ZDS İcraiyyə Komitəsinin 15 fevral 1977-ci il tarixli 3 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, Şərq küçəsində yaşayan Babaşov Vəli Qəhrəman oğluna indiyədək yaşadığı ərazidən həyətyanı torpaq sahəsi verilməsi təsdiq edilmişdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli arayışdan görünür ki, İmişli şəhəri, Şərq küçəsinin adı dəyişdirilərək, İmişli şəhəri, P.Həsənov adlandırılmışdır. İşdə olan İmişli rayon XDS İcraiyyə Komitəsinin 26 sentyabr 1980-ci il tarixli, 18 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, rayon XDS İcraiyyə Komitəsinə təqdim etdiyi ərizə və tikinti sənədlərini nəzərə alaraq, Qəhrəman oğluna oğluna yaşayış sahəsi 60 kvadrat metr, yardımçı sahəsi 35 kvadrat metr olmaqla fərdi yaşayış evi tikdirməsinə icazə verilmişdir. İş materiallarında olan 10 iyul 2005-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Babaşov X3 rayonu, P.Həsənov küçəsində yerləşən 126 saylı ünvanda yerləşən fərdi yaşayış evini həyətyanı sahəsi ilə birlikdə Babaşova İlhamə Vəli qızına vəsiyyət etmişdir. İşdə olan AZ-İİ seriyalı, 158879 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşov Əyyam Vəli oğlu 22 noyabr 2020-ci ildə kəskin respirator çatmamazlıq diaqnozu ilə ölmüşdür. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) saylı şəhadətnamənin surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə Babaşov Vəli Qəhrəman oğlunun, Babaşova Güllübəyim Soltan qızının, Babaşov Əyyam Vəli oğlunun, X1, Cavabdeh2 və Babaşov Saleh Əyyam oğlunun ümumi paylı mülkiyyətinə 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, İddiaçı, iddiaçının nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 07 sentyabr 1995-ci ildə Babaşov Əyyam Vəli oğlu ilə nikaha girmişdir. Cavabdeh1 və Ə.V.Babaşovun birgə nikahından xx xxxxxx 1996-cı ildə Cavabdeh3, 04 may 1999-cu ildə Cavabdeh2 və 19 may 2003-cü ildə Babaşov Adəm Əyyam oğlu adlı 3 uşaqları anadan olmuşdur. İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə Babaşov Vəli Qəhrəman oğlunun, Babaşova Güllübəyim Soltan qızının, Babaşov Əyyam Vəli oğlunun, X1, Cavabdeh2 və Babaşov Saleh Əyyam oğlunun ümumi paylı mülkiyyətinə 0,06 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin xüsusat torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) saylı şəhadətnamə ilə də təsdiq olunmuşdur. Lakin 07 may 2007-ci ildə Ə.V.Babaşovla Cavabdeh1 arasında olan nikah pozulduqdan sonra Cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Aqrar İslahat Komissiyasının Babaşov Vəli Qəhrəman oğlunun 5 nəfər ailə üzvünə həyətyanı torpaq sahəsinin verilməsinə dair 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini JN – 1378A (KOD ********) nömrəli şəhadətnamədə Cavabdeh1 adının yalnış qeyd olunması və sonuncunun mülkiyyətinə verilmiş torpaq sahəsinin bundan daha əvvəl iddiaçının mərhum atası Babaşov Vəli Qəhrəman oğlunun mülkiyyətinə verilməsi ilə izah etmişdir. Lakin İddiaçı İmişli şəhər ZDS İcraiyyə Komitəsinin 15 fevral 1977-ci il tarixli 3 nömrəli iclasında Babaşov Vəli Qəhrəman oğluna hansı ölçüdə həyətyanı torpaq sahəsinin verilməsinin qərara alınmasını və V.Q.Babaşovun hansı ölçüdə torpaq sahəsini ona vəsiyyət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) saylı şəhadətnamədə göstərilən torpaq sahəsinin daha əvvəl onun mərhum atası Babaşov Vəli Qəhrəman oğlunun mülkiyyətinə verilməsini göstərməklə, öz iddia tələbinin əsası qismində istinad etdiyi halları təsdiq edən sübut kimi İmişli şəhər ZDS İcraiyyə Komitəsinin 15 fevral 1977-ci il tarixli 3 nömrəli iclas protokolundan çıxarışın surətini və İmişli rayon XDS İcraiyyə Komitəsinin 26 sentyabr 1980-ci il tarixli, 18 nömrəli iclas protokolundan çıxarışın surətini, eləcə də 10 iyul 2005-ci il tarixli vəsiyyətnamənin surətini məhkəməyə təqdim etsə də, həmin sənədlərlə hansı ölçüdə torpaq sahəsinin V.Q.Babaşovun mülkiyyətində olmasını, həmçinin cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahəsinin məhz İmişli şəhər ZDS İcraiyyə Komitəsinin 15 fevral 1977-ci il tarixli 3 nömrəli iclas protokolundan çıxarışda və İmişli rayon XDS İcraiyyə Komitəsinin 26 sentyabr 1980-ci il tarixli, 18 nömrəli iclas protokolundan çıxarışda göstərilən torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarının qanunsuz olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı İmişli rayon Aqrar İslahat Komissiyasının Babaşov Vəli Qəhrəman oğlunun 5 nəfər ailə üzvünə həyətyanı torpaq sahəsinin verilməsinə dair 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı İmişli rayon Aqrar İslahat Komissiyasının Babaşov Vəli Qəhrəman oğlunun 5 nəfər ailə üzvünə həyətyanı torpaq sahəsinin verilməsinə dair 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN – 1378A (KOD ********) nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1479/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1479/2021
28.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver