Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1494/2024 04.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X15 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının mütəxəssisi Nümayəndə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi işləmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi onun 1989-cu ilin iyun ayından 1991-ci ilin iyun ayınadək və 1992-ci ilin iyun ayından 2002-ci il avqust ayınadək İmişli rayonu, Xubyarlı kənd R.Alşov adına tam orta məktəbində müəllim işlədiyi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin dəlilləri: Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1958-ci ildə anadan olmuşdur. 15 avqust 1980-ci ildən 2002-ci ilin iyun ayınadək İmişli rayonu, Xubyarlı kənd tam orta məktəbində müəllim işləmişdir. Hazırda DSMF-nin Mil X13na əmək pensiyasının təyini üçün müraciət etdikdə bildirdilər ki, müəllim işləməyinə dair sənəd olmalıdır. Qeyd edir ki, onun işə qəbul olunmağı barədə əmək kitabçasında yazılıb, lakin sonrakı illər yazılmayıb. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X12-Muğan Regional Təhsil İdarəsinə müraciət etmişdir. Həmin idarədən verilmiş 02 may 2024-cü il tarixli 209 saylı arayışda göstərilir ki, onun 1989-cu ilin iyun ayından 1991-ci ilin iyun ayınadək və 1992-ci ilin iyun ayından 2002-ci il avqust ayınadək olan dövrü əhatə edən əmək haqqına dair məlumat arxiv sənədlərinə baxış keçirilərkən aşkar edilməmişdir. Bu da onun pensiya hüququnu həyata keçirməyinə mane olur. Qeyd edir ki, o, qeyd olunan dövürlərdə Xubyarlı kənd tam orta məktəbində müəllim işləmiş və bu faktı şahidlərdə təstiq edə bilər. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının mütəxəssisi Nümayəndə məhkəmə təqdim etdiyi ərizəyə yazılı etirazında qeyd etmişdir ki, maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 (bundan sonra Mərkəzi Filial) və AzerbaycanRespublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X12- Muğan Regional Təhsil İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində xx.xx.1980-ci il tarixdən xx.xx.2002-ci ii tarixədək İmişli rayonu, Xubyarlı kənd tam orta məktəbində müəllim işlədiyini qeyd etmişdir. Eyni zamanda ərizədə ərizəçinin xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci ii tarixədək və 01,06.1992-ci il tarixdən xx.xx.2002-ci i! tarixədək işlədiyi dövrü əhatə edən əmək haqqına dair məlumatların arxiv sənədlərinə baxış keçirilərkən aşkar edilmədiyi qeyd edilmişdir. Bundan sonra ərizəçi 01,06.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək İmişli rayonu, Xubyarlı kənd tam orta məktəbində müəllim vəzifəsində işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının ərizasi tam asassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Döviət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli» 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir,;Hazırda məhkəmələr tərəfindən yuxanda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsində hüquqi, əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxanda qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır: Ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyəti! faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri mehkəmədənkənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Ərizədən göründüyü kimi ərizəçinin işlədiyini iddia etdiyi müəssisəyə müraciət etməsi və ya həmin müəssisənin mövcudiyyəti ilə bağiı müraciətinin olub-olmaması barədə hər hansı məlumat yoxdur. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü halları iki qrupa bölünür: hüquqi əhəmiyyətli faktlar müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; huquqi əhəmiyyətli faktlar müəyyən etmək səlahiyyəti olan dövlət .orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri (vermədikəri) hallar. Həmin Məcəllənin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Ərizəyə əlavə edilmiş ******* nömrəli əmək kitabçası xx.xx.2024-cü il tarixdə doldurulmuşdur, yəni dublikatdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli.,. 188 nömrəli qərarı iiə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız bala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin qaydaların 7.1-ci bəndinə əsasən bu əsasnamənin 3.10 bəndinə əsasən dubiikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir, işəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Həmin qaydaların 7.3-cü bəndinə əsasən Əmək kitabçasının və onun əiavə içliyinin dubiikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki İş - haqqında emək kitabçasında yuxanda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız senəddəki məlumat daxil edilir. Bildiririk ki, ərizədə ərizəçi tərəfindən onun əmək kitabçasının hansı səbəbdən dublikat olduğu, yəni oğurlanması, yanması, itməsi və ya yararsız hala düşməsi ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Eyni zamanda bildirir ki, ərizəyə əsasən ərizəçi X14 rayonu Xubyarlı kənd tam orta məktəbində xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etsə də, tələbinin ikinci hissəsi onun xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin məktəbdə işləməsi faktının müəyyən edilməsidir. Göründüyü kimi ərizəçinin ifadələri ziddiyyət təşkil edir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X12-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 209 nömrəli arayışında 1980-ci il tarixdən 1992-ci il tarixədək olan dövrü əhatə edən və xx.xx.2002-ci il tarixli əməkhaqqı cədvəllərində ərizəçinin adı qeyd edilmişdir. Həmçinin xx.xx.2002-ci il tarixli tarifləşmə siyahısında ərizəçinin işlədiyi müəllim- psixoloq vəzifəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, emək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ile eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri, sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir; Ən azı iki nəfər şahid olmalı; Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikas! Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında verilən izahatlar: Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, onunla eyni məzmunlu izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək bildirmişdir iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X9 məhkəmə baxışı zamanı izahat verərək bildirmişdir ki, hər hansı təsdiq edilən sənədlərin və sübutların kifayət qədər olmadığından ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X1 izahatında bildirdi ki, o, ərizəçi ilə həmkəndlidir. Özü xx.xx.1981-ci ildən İmişli rayonu Xubyarlı kənd məktəbində müəllim işləyəməyə başlamış, xx.xx.2001-ci il tarixdə bələdiyyə sədri seçildiyi üçün işdən azad edilmiş, xx.xx.2006-cı ildən R.Alışov adına İmişli rayonu Xubyarlı kəndind xx.xx.2021-ci il tarixdə təqaüdə çıxmışdır. Ərizəçi tanıyır və o, 1980-ci il tarixdən 2002-ci ilə kimi İmişli rayonu Xubyarlı kəndində dilədəbiyyat müəllimi vəzifəsində işləmişdir. Onun arvadı da həmin məktəbdə müəllim işləmişdir. İşlədiyi dövrdə əmək haqqını almışdır. Onun əmək haqqını almaması barədə hər hansı şikayətinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirdi ki, Ərizəçi ailəsi ilə birlikdə İmişli rayonu, Xubyarlı kəndində yaşayırlar. O, ərizəçi ilə həmkəndlidir. Özü 1991-ci ildən İmişli rayonu Xubyarlı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, Ərizəçi ona dərs demişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixə qədər, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixə qədər həmin məktəbdə çağırışa qədər hərbi hazırlıq rəhbəri işləmiş, xx.xx.1995-ci il tarixdən həmin məktəbdə əmək təlimi müəllimi işləmişdir. İşlədiyi dövrdə İmişli rayonu Xubyarlı kəndində dil-ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. Onun arvadı da həmin məktəbdə müəllim işləmişdir. İşlədiyi dövrdə əmək haqqın almışdır. Onun əmək haqqını almaması barədə hər hansı şikayətinin şahidi olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bir qayda olaraq iki dispozitiv şərt tələb olunur: birincisi, belə faktlar şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ilə bağlı olmalı, ikincisi, ərizəçinin bu faktları təsdiq edə bilən sənədləri başqa qaydada ala bilməsi imkanının olmaması (bu imkanın tükənməsi). Ərizəçinin iş satıjının olması faktının müəyyən edilməsi tələbi gələcəkdə onun pensiya alması məqsədilə irəli sürülmüşdür. Bu halda məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt onun əmlak hüququnun yaranması ilə bağlıdır və qeyd edilən birinci şərt mövcuddur. İş materiallarına əlavə edilmiş A-İ 003034 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1980-ci ildə X7 İnstitunun Azərbaycan dili və ədəbiyyatı ixtisası verilmişdir; İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının dublikatından görünür ki, Ərizəçi 15 avqust 1980-ci il tarixdə İmişli rayon Xubyarlı kənd tam orta məktəbində müəllim vəzifəsinə təyin edilmişdir; İş materiallarına əlavə edilmiş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X1 xx.xx.1981-ci ildən İmişli rayonu Xubyarlı kənd məktəbində müəllim işləyəməyə başlamış, xx.xx.2001-ci il tarixdə bələdiyyə sədri seçildiyi üçün işdən azad edilmişdir; İş materiallarına əlavə edilmiş İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixə qədər, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixə qədər həmin məktəbdə çağırışa qədər hərbi hazırlıq rəhbəri işləmiş, xx.xx.1995-ci il tarixdən həmin məktəbdə əmək təlimi müəllimi işləmişdir; İş materiallarına əlavə edilmiş İmişli rayon Xubyarlı kənd R.Alışov adına tam orta məktəbin pedoqoji şuranın xx.xx.2024-cü il tarixli 05 saylı protokoldan görünür ki, Pedoqoji şuranın üzvləri X11, X10, X2, X8 və digərləri təsdiq etmişləri ki, həqiqətən X10 xx.xx.1980-ci il tarixdən 2002-ci ilin iyun ayınadək Xubyarlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir; İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X12-Muğan Regional Təhsil İdarəsi xx.xx.2024-cü il tarixli 209 nömrəli arayışından görünür ki, həqiqətən Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə Mərkəzləşdirilmiş Mühasibatlığında saxlanılan arxiv sənədlərinə əsasən 1980-ci ilin avqust ayından başlayaraq 1992-ci ilin may ayınadək əmək haqqına dair məlumat cədvəldə göstərildiyi kimi olmuşdur. 1989-cu ilin iyun ayından 1991-ci ilin iyun ayınadək və 1992-ci ilin iyun ayından 2002-ci il avqust ayınadək olan dövrü əhatə edən əmək haqqına dair məlumat arxiv sənədlərinə baxış keçirilərkən aşkar edilməmişdir; Məhkəmə hesab edir ki, iş materialları və şahid ifadələri əsasında müəyyən edilir ki, ərizəçinin 1989-cu ilin iyun ayından 1991-ci ilin iyun ayınadək və 1992-ci ilin iyun ayından 2002-ci il avqust ayınadək İmişli rayonu Xubyarlı kənd tam orta məktəbində müəllim işləməsi barədə tələbi əsaslıdır. Belə ki, İş materiallarına əlavə edilmiş İmişli rayon Xubyarlı kənd R.Alışov adına tam orta məktəbin pedoqoji şuranın xx.xx.2024-cü il tarixli 05 saylı protokoldan görünür ki, Pedoqoji şuranın üzvləri X11, X10, X2, X8 və digərləri təsdiq etmişləri ki, həqiqətən X10 xx.xx.1980-ci il tarixdən 2002-ci ilin iyun ayınadək Xubyarlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. İmişli rayonu Xubyarlı kənd tam orta məktəbində işləmiş şahidlər X1 və X10 da Ərizəçi 1989-cu ilin iyun ayından 1991-ci ilin iyun ayınadək və 1992-ci ilin iyun ayından 2002-ci il avqust ayınadək İmişli rayonu, Xubyarlı kənd tam orta məktəbində müəllim işləməsini təsdiq etmişlər. Bundan başqa, maraqlı şəxs tərəfindən istinad edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydaları”na istinad edilsə də, həmin qaydalar ləğv edildiyi üçün hüquqi qüvvəsi yoxdur. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, ərizə təmin edilərək, ərizəçinin 1989-cu ilin iyun ayından 1991-ci ilin iyun ayınadək və 1992-ci ilin iyun ayından 2002-ci il avqust ayınadək İmişli rayonu, Xubyarlı kənd tam orta məktəbində müəllim işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1989-cu ilin iyun ayından 1991-ci ilin iyun ayınadək və 1992-ci ilin iyun ayından 2002-ci il avqust ayınadək İmişli rayonu, Xubyarlı kənd tam orta məktəbində müəllim işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1494/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1494/2024
04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver