Məhkəmə qərarları › İş №2(036)-1502/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1502/2022

24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1502/2022 24.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və İddiaçı iştirakı ilə, iddiaçı X14 oğlunun Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması tələbi barədə iddia qaldırıb ona məxsus olan İmişli rayonu Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus olan 1 ədəd servant, 1 ədəd kamot, 1 ədəd termo, 1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd taxt, 1 ədəd kravat, 1 ədəd xalodelnik, 1 ədəd televizor, 1 ədəd paltar yuyan, 1 ədəd ət maşını, 1ədəd toz soran, 1 ədəd ütü, 8 ədəd stul, 80 ədəd stol, 3 ədəd xalça, 2 ədəd tumba, 1 ədəd kuxna mebeli, 10 ədəd güldan, 3 ədəd pəncərə karnizi, 3 ədəd tül və pərdə, 2 ədəd çörək peçi, 1 ədəd dvd, 3 ədəd yorğan, 6 ədəd yastıq, 6 ədəd döşəkcə, 5 ədəd ədyal, 1 ədəd taxt üstü, 3 ədəd qəfədan, 1 ədəd samavar, 1 ədəd mikser, 2 ədəd ləyən çuğun, 1 ədəd bagema güldan, 1 ədəd hüykəl, 1 ədəd bagema vaz, 1 ədəd abedni, bir çaynı, 1 ədəd kofeni, 1 ədəd su bagema dəsti, 1 qaşıq nabor, 1 ədəd qazan dəsti, 1 ədəd kuxna lüstür, 6 ədəd qazan, 1 ədəd ədviyyat dəsti, 1 ədəd altı bakallı zərli subnik, 20 ədəd su bakalı, 1 ədəd zərli vaz, 2 ədəd zərli konfet qabı,1 ədəd at suvenir, 1 ədəd saat, 1 ədəd ütü altı, 1 ədəd stəkan-nəlbəki, 2 ədəd armudu stəkan, 2 ədəd qutu nəlbəki, 2 dəst sadə boşqab, 1 dəst podnist, 12 ədəd rəngli bakal, 1 ədəd vaz və 1 ədəd blendrin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 2015-ci ildə X7 ilə fakti surətdə evlənərək ona məxsus olan İmişli rayonu Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və özünə məxsus olan məişət əşyalarnı gətirərək həmin evdə yerləşdirmişdir. X1 Leyla Süleyman qızı ilə bir müddət yaşadıqdan sonra ayrılmış və həmin vaxtdan etibarən başqa yaşayış sahəsinə köçməsinə baxmayaraq özünə məxsus olan 1 ədəd servant, 1 ədəd kamot, 1 ədəd termo, 1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd taxt, 1 ədəd kravat, 1 ədəd xalodelnik, 1 ədəd televizor, 1 ədəd paltar yuyan, 1 ədəd ət maşını, 1ədəd toz soran, 1 ədəd ütü, 8 ədəd stul, 80 ədəd stol, 3 ədəd xalça, 2 ədəd tumba, 1 ədəd kuxna mebeli, 10 ədəd güldan, 3 ədəd pəncərə karnizi, 3 ədəd tül və pərdə, 2 ədəd çörək peçi, 1 ədəd dvd, 3 ədəd yorğan, 6 ədəd yastıq, 6 ədəd döşəkcə, 5 ədəd ədyal, 1 ədəd taxt üstü, 3 ədəd qəfədan, 1 ədəd samavar, 1 ədəd mikser, 2 ədəd ləyən çuğun, 1 ədəd bagema güldan, 1 ədəd hüykəl, 1 ədəd bagema vaz, 1 ədəd abedni, bir çaynı, 1 ədəd kofeni, 1 ədəd su bagema dəsti, 1 qaşıq nabor, 1 ədəd qazan dəsti, 1 ədəd kuxna lüstür, 6 ədəd qazan, 1 ədəd ədviyyat dəsti, 1 ədəd altı bakallı zərli subnik, 20 ədəd su bakalı, 1 ədəd zərli vaz, 2 ədəd zərli konfet qabı,1 ədəd at suvenir, 1 ədəd saat, 1 ədəd ütü altı, 1 ədəd stəkan-nəlbəki, 2 ədəd armudu stəkan, 2 ədəd qutu nəlbəki, 2 dəst sadə boşqab, 1 dəst podnist, 12 ədəd rəngli bakal, 1 ədəd vaz və 1 ədəd blendr (hər birinin fotoşəkili əlavə edilmişdir) aparmayaraq evin yaşayış sahəsini tutmaqla ailə üzvlərinin mənzil hüququnu pozmuşdur. Ona görə də, Cavabdeh məxsus olan həmin əşyaların ona məxsus olan İmişli rayonu Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasıı haqqında iddia qaldırmışdır. İşdə olan JN-196A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin qərarı ilə İmişli rayonunun Qaraqaşlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.20 ha torpaq sahəsi İddiaçı Qanı, X5, X10 və X3 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon İHB-nın Qaraqaşlı kənd İƏD üzrə İN tərəfindən verilmiş 08.04.2022ci il tarixli 75 saylı arayışa əsasən İddiaçı oğlunun İmişli rayonu Qaraqaşlı kəndində 0,12 ha həyətyanı torpaq sahəsi (JN-196A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə)və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi vardır. İşdə olan İmişli rayon İHB-nın Qaraqaşlı kənd İƏD üzrə İN tərəfindən verilmiş 24.05.2022-ci il tarixli 102 saylı arayışa əsasən İddiaçı oğlunun İmişli rayonu Qaraqaşlı kəndində 0.20 ha torpaq sahəsində 3 otaq, 1 zal və 1 dəhlizdən ibarət özünəməxsus fərdi yaşayış evi vardır. O, həmin evdə öz ailə üzvləri ( X6, X10, X8, X12, X11, X7) ilə birlikdə yaşayır. İşdə olan İmişli rayon İHB-nın Qaraqaşlı kənd İƏD üzrə İN tərəfindən verilmiş 24.05.2022-ci il tarixli 103 saylı arayışa əsasən Cavabdeh İmişli rayonu Qaraqaşlı kəndində qeydiyyatda deyil və həmin ünvanda yaşamır. AR Ailə Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı oğlunun ailə üzvü hesab edilmədiyindən sonuncuya məxsus olan İmişli rayonu Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququ yoxdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh özünə məxsus olan əşyaları 1 ədəd servant, 1 ədəd kamot, 1 ədəd termo, 1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd taxt, 1 ədəd kravat, 1 ədəd xalodelnik, 1 ədəd televizor, 1 ədəd paltar yuyan, 1 ədəd ət maşını, 1ədəd toz soran, 1 ədəd ütü, 8 ədəd stul, 80 ədəd stol, 3 ədəd xalça, 2 ədəd tumba, 1 ədəd kuxna mebeli, 10 ədəd güldan, 3 ədəd pəncərə karnizi, 3 ədəd tül və pərdə, 2 ədəd çörək peçi, 1 ədəd dvd, 3 ədəd yorğan, 6 ədəd yastıq, 6 ədəd döşəkcə, 5 ədəd ədyal, 1 ədəd taxt üstü, 3 ədəd qəfədan, 1 ədəd samavar, 1 ədəd mikser, 2 ədəd ləyən çuğun, 1 ədəd bagema güldan, 1 ədəd hüykəl, 1 ədəd bagema vaz, 1 ədəd abedni, bir çaynı, 1 ədəd kofeni, 1 ədəd su bagema dəsti, 1 qaşıq nabor, 1 ədəd qazan dəsti, 1 ədəd kuxna lüstür, 6 ədəd qazan, 1 ədəd ədviyyat dəsti, 1 ədəd altı bakallı zərli subnik, 20 ədəd su bakalı, 1 ədəd zərli vaz, 2 ədəd zərli konfet qabı,1 ədəd at suvenir, 1 ədəd saat, 1 ədəd ütü altı, 1 ədəd stəkan-nəlbəki, 2 ədəd armudu stəkan, 2 ədəd qutu nəlbəki, 2 dəst sadə boşqab, 1 dəst podnist, 12 ədəd rəngli bakal, 1 ədəd vaz və 1 ədəd blendr İddiaçı oğluna məxsus olan İmişli rayonu Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarıb evin yaşayış və köməkçi sahəsini boşaldaraq mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoymalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh məxsus olan növü və çeşidi fotoşəkillərdə əks olunmuş 1 ədəd servant, 1 ədəd kamot, 1 ədəd termo, 1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd taxt, 1 ədəd kravat, 1 ədəd xalodelnik, 1 ədəd televizor, 1 ədəd paltar yuyan, 1 ədəd ət maşını, 1ədəd toz soran, 1 ədəd ütü, 8 ədəd stul, 80 ədəd stol, 3 ədəd xalça, 2 ədəd tumba, 1 ədəd kuxna mebeli, 10 ədəd güldan, 3 ədəd pəncərə karnizi, 3 ədəd tül və pərdə, 2 ədəd çörək peçi, 1 ədəd dvd, 3 ədəd yorğan, 6 ədəd yastıq, 6 ədəd döşəkcə, 5 ədəd ədyal, 1 ədəd taxt üstü, 3 ədəd qəfədan, 1 ədəd samavar, 1 ədəd mikser, 2 ədəd ləyən çuğun, 1 ədəd bagema güldan, 1 ədəd hüykəl, 1 ədəd bagema vaz, 1 ədəd abedni, bir çaynı, 1 ədəd kofeni, 1 ədəd su bagema dəsti, 1 qaşıq nabor, 1 ədəd qazan dəsti, 1 ədəd kuxna lüstür, 6 ədəd qazan, 1 ədəd ədviyyat dəsti, 1 ədəd altı bakallı zərli subnik, 20 ədəd su bakalı, 1 ədəd zərli vaz, 2 ədəd zərli konfet qabı,1 ədəd at suvenir, 1 ədəd saat, 1 ədəd ütü altı, 1 ədəd stəkan-nəlbəki, 2 ədəd armudu stəkan, 2 ədəd qutu nəlbəki, 2 dəst sadə boşqab, 1 dəst podnist, 12 ədəd rəngli bakal, 1 ədəd vaz və 1 ədəd blendr İddiaçı oğluna məxsus olan İmişli rayonu Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən 1(bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar