Məhkəmə qərarları › İş №2(036)-1567/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1567/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1567/2021 17.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı nümayəndəsi: X1 Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xəndəyin doldurulması, şor kollektorunun lildən təmizlənməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülk işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “xəndəyin doldurulması, şor kollektorunun lildən təmizlənməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı “xəndəyin doldurulması, şor kollektorunun lildən təmizlənməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin müvafiq maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını, eləcə də, İddiaçı nümayəndəsi X1 ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçı tərəfin vəsatəti ilə iddia ərizəsi geri qaytarılamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “xəndəyin doldurulması, şor kollektorunun lildən təmizlənməsi və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar