Məhkəmə qərarları › İş №2(036)-1574/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1574/2025

22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1574/2025 22.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulmağı faktının müəyyən edilməsi, doğum akt qeydində atasının X12, anasının X10 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci ildə İmişli rayonu Cəfərli kəndində anadan olmuşdur. X4, anası X7r. O, anadan olan zaman valideyinlərim savadsız olduğundan onun doğumunu qeyd etdirməmiş və ona doğum haqqında şəhadətnamə götürməmişlər. Onun şəxsiyyət vəsiqəsi var və orada doğulduğu tarix xx.xx.1950-cı il yazılmışdır. Hazırda hər iki valideyini rəhmətə getmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar olaraq ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. O, aidiyyəti üzrə İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Oradan bildirmşlər ki, onun doğum akt qeydim arxivdə, sistemdə yoxdur. İmişli rayon Qeydiyyat şöbəsi 14 aprel 2025-ci il tarixli doğumun qeydə alınmasından imtina haqqında rəyində göstərir ki, bu fakt məhkəmə qaydasında müəyyən edilir. Onun qeyd etdiyi tarixdə və yerdə doğum faktını şahidlərin də təsdiq edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs İmişli Regional Maraqlı şəxs Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə üzürlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, ərizəçi – Ərizəçi valideyinləri- X4, anası X7r. Ərizəçi xx.xx.1950-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, ərizəçi – Ərizəçi valideyinləri- X4, anası X10 olmuşdur. Ərizəçi xx.xx.1950-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli “Doğumun qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası“nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respblikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə İmişli rayonu, Cəfərli kəndində anadan olmuşdur. İş materiallarında olan İmişli RİHB-nın Cəfərli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 137 5-5312-8/2 saylı arayışından görünür ki, Ərizəçi 04 saylı təsərrüfatlar uçotu kitabının 50-ci səhifəsində doğum tarixi xx.xx.1950-ci il təvəllüdlü kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-5/70-719-25 nömrəli ölüm haqqında arayışın surətindən görünür ki, X10 xx.xx.2009-cu ildə İmişli rayonu, Cəfərli kəndində ağciyər ödemi xəstəliyindən vəfat etmiş və xx.xx.2010-cu il tarixdə 32 nömrəli akt qeydləri kitabında qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-5/70-770-24 nömrəli ölüm haqqında arayışın surətindən görünür ki, X12 xx.xx.1990-cı ildə İmişli rayonu, Cəfərli kəndində kəskin ürək qan-damar çatmamazlığı xəstəliyindən vəfat etmiş və xx.xx.1990-cı il tarixdə 01 nömrəli akt qeydləri kitabında qeydə alınmışdır. İş materiallarında olan X9, X2 və X1 iştirakı ilə İmişli rayon RİHB-nın İmişli rayon Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ərizəçi xx.xx.1950-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulmuşdur. Aktı öz imzaları ilə də təsdiq edilmişdir. İşdə olan xx.xx.1974-cü il tarixli, 1635 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1971-ci ildə Şuşa kənd təsərrüfatı texnikumuna daxil olmuş və 1974-cü ildə baytarlıq ixtisası üzrə tam kursu bitirmiş və Dövlət ixtisas komissiyasının xx.xx.1974-cü il tarixli qərarı ilə ona batar feleşeri ixtisası verilmişdir. Əsaslandırıcı hissə: Ərizəçi xx.xx.1950-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulduğu, lakin doğumun qeydə alınmaması səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, Ərizəçi həqiqətən də xx.xx.1950-ci il tarixdə İmişli rayonu, Cəfərli kəndində anadan olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadələri və təqdim olunmuş tibbi sənədlər əsasında öz təsdiqini tapır. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqanı şəxsin doğumunu təsdiq edən tibbi şəhadətnamə olmadığından doğum haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək, onun ərizəçinin qohumları olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X3 və X2 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, iş materiallarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizəçinin xx.xx.1950-ci il tarixdə anadan olması iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə İmişli rayonu, Cəfərli kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5-ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, nikah haqqında şəhadətnamə və uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin qardaşının doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1950-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, ata qrafasında X12, milliyəti azərbaycanlı, ana qrafasında isə X10, milliyəti azərbaycanlı göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1950-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydi icra olunaraq, akt qeydində doğum tarixi qrafasında – xx.xx.1950-ci il, doğum yeri qrafasında – İmişli şəhəri, Cəfərli kəndi, ölkə qrafasında - Azərbaycan, ata qrafasında - X12, milliyəti - azərbaycanlı, ana qrafasında - X10, milliyəti azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar