Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1579/2023 09.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İddiaçı cavbabdeh Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavbabdeh Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə hazırlıq iclası 29 may 2023-cü il tarixdə tərəfələrin iştirakı olmadan keçirilmiş və işin mahiyyət üzrə baxılması 05 iyul 2023-cü il tarixə, saat 10-20-ə təyin olunaraq tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmin gün tərəflər gəlmədiyindən məhkəmə iclası 09 avqust 2023-cü il tarixə, saat 10-30-a təxirə alınmış, lakin eyni səbəbdən işin baxılması baş tutmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavbabdeh Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində İmişli rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-1579/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1579/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver