Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1616/2025 29.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işi baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Qafarov X2 Samir Səyyad oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh özbağına qanunsuz zəbt etdiyi, İmişli rayonunun Xəlfəli kəndində yerləşən, ümumi birgə mülkiyyətində olan 1,5684 hektar torpaq sahəsindən çıxarılması və cavabdehdən ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş matrialların geri qaytarılması barədə ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəf iddia ərizəsini və ona əlavə edilmiş materialların geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.9, 152.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 İddiaçı6, İddiaçı7, X1, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu (qəbz nömərsi **********) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1616/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1616/2025
29.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver