Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1654/2021 10.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Ayxan Elnur oğlunun katibliyi, İddiaçı: İddiaçı, İddiaçı vəkili: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, xx xxxxxx 1952-ci ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş və uzun məddət İmişli şəhəri, M.Əzizbəyov (indiki adı N.Savalanov küçəsi) küçəsi, ev 43 ünvanda yaşamışdır. Həmin ünvanda yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış sahəsi mərhum X1na məxsus olmuşdur. X1 06 avqust 2010-cu ildə ölmüşdür. İmişli Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 09 saylı, 30 iyul 1990-cı il tarixli iclas protokolu ilə İmişli şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 1963-cü il tarixdə özbaşına tikilmiş fərdi yaşayış evinin X1nın adına rəsmiləşdirilməsi qərara alımışdır. Mübahisə predmeti olan həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi 0.05 ha. ibarətdir. İmişli rayonunda torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 25 yanvar 2005-ci il tarixli qərarı ilə 0.05 ha. həyətyanı torpaq sahəsi onların ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair 2006-ci il tarixdə JN-604 A Kod 90701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rgional “Asan Xidmət” X6 müraciət edərək, mərhum X1nın adına vərəsəlik işinin açılmasını və miras əmlakı olan İmişli şəhəri, M.Əzizbəyov küçəsi, ev 43 ünvanda yerləşən həyətyanı torpaq sahəsini və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edilməsini xahiş etmişdir. Eyni zamanda, o, İmişli Şəhəri, N.Savalanov küçəsində yerləşən (keçmiş İmişli şəhəri, M.Əzizbəyov küçəsi, ev 43) mərhum X1na məxsus torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestr Xidmətini 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, lakin ərazidə mübahisə yarandığı üçün inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılmasından imtina edilmişdir. Belə ki, 2016-cı il tarixdə Cavabdeh1 onun razılığı ilə ailəsinə məxsus 2 (iki) otaqdan ibarət olan həmin fərdi yaşayış evinə yerləşmişdir. Belə ki, onlar 2015-ci il tarixdə mübahisə predmeti olan 0.05 ha. həyətyanı torpaq sahəsinin 0.03 ha. hissəsinin və həmin hissədə yerləşən 2 (iki) otaqdan ibarət olan köhnə fərdi yaşayış evinin Cavabdeh1 25000 (iyirmi beş min) AZN məbləğinə satılması şifahi razılıq əldə etmişlər. O, Cavabdeh1 şifahi alğı-satqı müqaviləsinə əsasən 11000 (on bir min) AZN məbləğində nağd pul almış, lakin həmin pul vəsaitinin qalıq hissəsini bu günədək almamışdır. Cavabdeh1 həmin pul vəsaitinin qalıq hissəsini, yəni 14000 (on dörd min) AZN məbləğində pulu ona ödəmədiyi üçün o, Cavabdeh1 həmin torpaq və yaşayış sahəsindən çıxmağını tələb etmişdir. O, mübahisə predmeti olan həmin torpaq və yaşayış sahəsindən çıxması üçün dəfələrlə Cavabdeh1 müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə həmin torpaq və yaşayış sahəsindən çıxmaqdan yayınmışdır. Məhz bu səbəbdən də, o, Cavabdeh1 qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh1 İmişli şəhəri, N.Savalamov küçəsi, ev 43 (əvvəlki adı M.Əzizbəyov küçəsi, ev 43) ünvanda yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iddia tələbini müdafiə edərək, İddiaçı izahatı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, uzun müddətdir ki, İmişli şəhəri, N.Savalanov küçəsi, ev 43 A (əvvəlki adı M.Əzizbəyov küçəsi, ev 43 A) ünvanda yaşayır. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, mübahisə predmeti olan həmin torpaq sahəsi və fərdi yaşayış evi nə İddiaçı nə mülkiyyətindədir, nə də onun istifadəsindədir. O, 2015-ci il tarixdə mübahisə predmeti olan 0.05 ha. həyətyanı torpaq sahəsinin 0.03 ha. hissəsini və həmin hissədə yerləşən 2 (iki) otaqdan ibarət olan köhnə fərdi yaşayış evini qarşlıqlı şifahi alğısatqı müqaviləsinə əsasən 13000 (on üç min) ABŞ dolları məbləğində İddiaçı almışdır. Hal-hazırda İmişli şəhəri, N.Savalanov küçəsi, ev 43 A (əvvəlki adı M.Əzizbəyov küçəsi, ev 43 A) ünvanda yerləşən 0.03 ha. həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Onun xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrində 01 noyabr 2019cu il tarixdə qeydiyyata alınmış və ona ********** №-li çıxarış da verilmişdir. Hesab edir ki, İddiaçı məhz qərəzli olaraq, ona qarşı bu məzmunda iddia tələbi irəli sürmüşdür və iddia tələbinin qanuni əsası yoxdur. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiasının rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş JN-604 A Kod 90701004 saylı, 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 25 yanvar 2005-ci il tarixli qərarı ilə İmişli şəhərində 0.05 ha. həyətyanı torpaq sahəsi X3, İddiaçı, X7, X8, X9 və Qarayeva Umleylanın ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 131 saylı, 19 noyabr 2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İmişli Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 09 saylı, 30 iyul 1990-cı il tarixli iclas protokolu ilə İmişli şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 1963-cü il tarixdə özbaşına tikilmiş fərdi yaşayış evinin X1nın adına rəsmiləşdirilməsi qərara alımışdır. İş materiallarında olan İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 05/70-500 saylı, 11 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, X5 06 avqust 2020-ci ildə ölmüş, bu barədə akt qeydləri kitabında 424 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********45 saylı, 24 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, İmişli şəhəri, M.Əzizbəyov küçəsi, 58 (indiki adı N.Savalanov küçəsi, 43) ünvanda yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********22 saylı, 21 aprel 2021-ci il tarixli məktubundan görünür ki, İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən mərhum X4 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərazidə mübahisə yarandığına görə inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 01 noyabr 2019-cu il tarixli çıxarışın (elektron çıxarış forması) surətindən görünür ki, İmişli şəhəri, N.Savalanov küçəsi, 43 A ünvanda yerləşən 0.03 ha. həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 1/7921 №-li, sentyabr 2019-cu il tarixli “Fərdi yaşayış evinin texniki pasport”un surətindən görünür ki, İmişli şəhəri, N.Savalanov küçəsi, 43 A ünvanda yerləşən fərdi yaşayış evinin hüquq sahibi Cavabdeh1dur, mülkiyyətin növü xüsusi mülkiyyətdir və **********68-10301 № ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 25 yanvar 2005-ci il tarixli qərarına əsasən İmişli şəhərində 0.05 ha. həyətyanı torpaq sahəsi X3, İddiaçı, X7, X8, X9 və Qarayeva Umleylanın ümumi birgə mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsi haqqında” JN-604 A Kod 90701004 saylı, 2006-ci il tarixli şəhadətnamə əldə edilmiş, İmişli Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 09 saylı, 30 iyul 1990-cı il tarixli iclas protokolu ilə İmişli şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 1963-cü il tarixdə özbaşına tikilmiş fərdi yaşayış evinin X1nın adına rəsmiləşdirilməsi qərara alımış və X5 06 avqust 2020-ci ildə ölmüş, bu barədə akt qeydləri kitabında 424 № ilə qeyd edilmişdir. Bundan başqa, İmişli şəhəri, N.Savalanov küçəsi, 43 A ünvanda yerləşən 0.03 ha. həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh1 xüsusi mülkiyyətindədir, yəni Cavabdeh1 əmlakın mülkiyyətçisidir. Bundan başqa, 2015-ci il tarixdə mübahisə predmeti olan İmişli şəhəri, N.Savalanov küçəsi, 43 ünvanda yerləşən 0.05 ha. həyətyanı torpaq sahəsinin 0.03 ha. hissəsinə və həmin hissədə yerləşən 2 (iki) otaqdan ibarət olan köhnə fərdi yaşayış evinə dair qarşlıqlı şifahi alğı-satqısı müqavilənin bağlanması faktı məhkəmə iclasında tərəflərin izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı Cavabdeh1 qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması; 2. Mübahisə predmeti olan İmişli şəhəri, N.Savalanov küçəsi, ev 43 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən zəbt edilib-edilməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülkiyyət hüququ və mülkiyyətin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, məhz mübahisə predmeti olan İmişli şəhəri, N.Savalanov küçəsi, ev 43 A ünvanda yerləşən 0.03 ha. torpaq sahəsinə və fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı, yəni torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olmadığı üçün onun həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh1 qraşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən daşınmaz əmlak üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, daşınmaz əmlaka dair mülkiyyət və digər hüquqların müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda, daşınmaz əmlak üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarına qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması və cavabdehin bu pozuntunun edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh1 daşınmaz əmlaka dair (İmişli şəhəri, N.Savalanov küçəsi, ev 43 A ünvanda yerləşən 0.03 ha. torpaq sahəsi və fərdi yaşayış evi) mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı üçün, yəni daşınmaz əmlakın “mülkiyyətçisi” olduğu onun xüsusi mülkiyyət hüququnun müdafiəsinə və toxunulmazlığına dövlət təminatı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır...Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Marckx Belçikaya qarşı” iş üzrə 13 iyul 1979cu il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbini maddi hüquq normaları ilə əsaslandıra bilməmiş, iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh1 iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Ümumiyyətlə, Cavabdeh1 izahatında etirazının əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə daşınmaz əmlak üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminatının verilməsi əsasları tənzimlənmədiyinə görə İddiaçı xüsusi mülkiyyətində olmayan və dövlət reyestrində qeydiyyatdan keçməmiş daşınmaz əmlaka dair mülkiyyət hüququnun maneəsiz həyata keçirilməsinin təmini məqsədi ilə iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmadığı; 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə daşınmaz sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminatı verilmədiyi; 3. Cavabdeh1 daşınmaz əmlakın (İmişli şəhəri, N.Savalanov küçəsi, ev 43 A ünvanda yerləşən 0.03 ha. həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) “mülkiyyətçisi” olduğu onun xüsusi mülkiyyət hüququnun müdafiəsinə və toxunulmazlığına dövlət təminatı verildiyi; 4. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbini maddi hüquq normaları ilə, eləcə də, iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı, bununla yanaşı, cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki halını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanan sübutlar təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün İddiaçı Cavabdeh1 qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh1 qarşı “torpaq və yaşayış sahəsindən çıxarılması” tələbinə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Tərlan Nüsrətov