Məhkəmə qərarları › İş №2(036)-1661/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1661/2022

16.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1661/2022 16.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh İmişli rayon Məzrəli kənd tam orta məktəbinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh İmişli rayon Məzrəli kənd tam orta məktəbinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru Ə.F.İsayevin xx.xx.2021-ci il tarixli 41 nömrəli əmrinin ləğv edilməsini, onun əvvəlki vəzifəsinə, yəni texnologiya müəllimi işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru Ə.F.İsayevin xx.xx.2021-ci il tarixli 41 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə, yəni texnologiya müəllimi işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini və iddia ərizəsi üzrə digər tələblərinin nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclasında İmişli rayon Məzrəli kənd tam orta məktəbinin nümayəndəsi X2 iddia tələbini qəbul edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdən görünür ki, İddiaçı cavabdeh İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru Ə.F.İsayevin xx.xx.2021-ci il tarixli 41 nömrəli əmrinin ləğv edilməsini, onun əvvəlki vəzifəsinə, yəni texnologiya müəllimi işinə bərpa edilməsini tələb etmiş, cavabdehin nümayəndəsi isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru Ə.F.İsayevin xx.xx.2021-ci il tarixli 41 nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə, yəni İmişli rayon Məzrəli kənd tam orta məktəbinə texnologiya müəllimi işinə bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233-234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru Ə.F.İsayevin xx.xx.2021-ci il tarixli 41 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni İmişli rayon Məzrəli kənd tam orta məktəbinə texnologiya müəllimi işinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar