Məhkəmə qərarları › İş №2(036)-1670/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1670/2021

14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1670/2021 14.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X12 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçı Ərizəçi nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh İmişli regional “ASAN” xidmət mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzülü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X1 qalmış miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbinin üzürlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X9 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçının oğlu X4 19 oktyabr 2020-ci il tarixdə 2-ci Qarabağ müharibəs zamanı şəhid olmuşdur. İddiaşçı Ərizəçi keçmiş həyat yoldaşı X6 ilə şəhid oğlu X3 dövlət tərfində müəyyənləşdirilmiş, hərbi qulluqçuların toplanış çağırılmış hərbi vəzifəlilərin dövlət icbari şəxsi sığortasıə üzrə 11000 manatın alınması üçün vərəsəlik işinin açılması üçün İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etdikdə oradan onlara bildirilmişdir ki, əgər aralarında hər hansı mübahisə yoxdursa hər ikisi qanun üzrə vərəsə qəbul edib müvafiq şəhadətnamə verilə bilər. Orada keçmiş həyat yoldaşı ilə aralarında narazılıq yarandığından Notriat Ofisində heç bir sənədləşmə aparılmadan oranı tərk etmişlər. Sonradan o, özü İmişli regional “ASAN” xidmət mərkəzində Notariat ofisinə ərizə versə də aralarında olan mübahisəyə görə və mirasın qəbulu müddəti ötdüyündən ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Onun oğlu şəhid olduğundan və bunun acısını hazırkı tarixədək çəkdiyindən və bu müddət ərzində fikir içərisində yaşadığından hesab edir ki, iddiaçının miras əmlakı qəbul etməsi müddətinin ötürülməsi səbəbləri üzrlü hesab edilməli və mirasın qəbulu müddəti uzadılmalıdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X13 məhkməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 10 dekabr 1998-ci il tarixli 26 nömrəli doğum akt qeydindən görünür ki, X4 30 noyabr 1998-ci ildə Saatlı rayonunda anadan olmuşdur, atası Ərizəçi, anası isə X5r. 11 dekabr 2020-ci il tarixli AZ-İİ 116378 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X4 19 oktyabr 2020-ci ildə hərbi əməliyyatlar nəticəsində ölmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon Bölməsinin 12 yanvar 2021-ci il tarixli 96 nömrəli arayışından görünür ki, X4 Azərbaycan uğrunda döyüşlərdə hərbi anda sadiq qalaraq mətinlik və mərdlik nümayiş etdirərək həlak olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon Bölməsinin 22 may 2021-ci il tarixli 11 nömrəli arayışından görünür ki, 19 oktyabr 2020-ci il tarixdə həlak olmuş X4 hərbi qulluqçuların, toplanışa çağırılmış hərbi vəzifəlilərin Dövlət İcbari şəxsi sığortası üzrə 11000 manat məbləğində sığorta olunmuşdur. Məhkəmə iddiaçının vəkilini dinləyib, təqdim olunmuş və işə əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı qanunvericilik aktı normalarına əsasən hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnamə altı aydan da tez verilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddiaçı Ərizəçi oğlu X2 ölümündən sonra miras qalmış əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbləri üzrlü hesab edilməli və miras əmlakın qəbulu müddəti uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Ərizəçi - oğlu X2 ölümündən sonra miras qalmış əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbləri üzrlü hesab edilsin və miras əmlakın qəbulu müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar